Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-176/2021 03.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimli Turan İqbal qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən evdə təmir işlərinə xərclədiyi 4000 manat və mişar daşma ödədiyi 1000 manat, ümumilikdə isə 5000 (beş min) manat məlbəğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi, 100 manat dəyərində “Samsung” markalı və 450 manat dətərində “Samsung A20” markalı mobil telefonlar, telefonlar olmadıqda isə onların dəyərinin Cavabdeh1 alınaraq ona verilməsi, ona məxsus əmlakların, o cümlədən 130 manat dəyərində şkaf, 380 manat dəyərində divan, 1000 manat dəyərində İndesit markalı soyuducu, 1500 manat dəyərində mətbəx mebeli, 40 manat dəyərində əl-üzyuyan, 100 manat dəyərində mətbəx peçi, 100 manat dəyərində aspirator, 300 manat dəyərində Kombi, 150 manat dəyərində qızdırıcı (pyatiminutka), 220 manat dəyərində İran peçi, 300 manat dəyərində paltaryuyan, 320 manat dəyərində velosiped, 35 manat dəyərində mavi şkaf, 400 manat dəyərində qabqacaq, 50 manat dəyərində odeyal, 40 manat dəyərində pokrıval, 60 manat dəyərində sintetik odeyal, 80 manat dəyərində 4 ədəd balış, 35 manat dəyərində 5 ədəd hamam dəsmalları, 50 manat dəyərində 10 ədəd mətbəx dəsmalları, 50 manat dəyərində 10 ədəd əl-üz dəsmalı, 80 manat dəyərində 4 komplekt yataq dəsti, həmin əmlaklar olmadıqda isə onların dəyərlərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən evdə təmir işlərinə xərclədiyi 4000 manat və mişar daşına ödədiyi 1000 manat, ümumilikdə isə 5000 (beş min) manat məlbəğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi, 100 manat dəyərində “Samsung” markalı və 450 manat dətərində “Samsung A20” markalı mobil telefonlar, ona məxsus əmlakların, o cümlədən 130 manat dəyərində şkaf, 380 manat dəyərində divan, 1299 manat dəyərində LG markalı soyuducu, 1500 manat dəyərində mətbəx mebeli, 40 manat dəyərində əl-üzyuyan, 100 manat dəyərində mətbəx peçi, 100 manat dəyərində aspirator, 300 manat dəyərində Kombi, 150 manat dəyərində qızdırıcı (pyatiminutka), 220 manat dəyərində İran peçi, 300 manat dəyərində paltaryuyan, 320 manat dəyərində velosiped, 35 manat dəyərində mavi şkaf, 400 manat dəyərində qabqacaq, 50 manat dəyərində odeyal, 40 manat dəyərində pokrıval, 60 manat dəyərində sintetik odeyal, 80 manat dəyərində 4 ədəd balış, 35 manat dəyərində 5 ədəd hamam dəsmalları, 50 manat dəyərində 10 ədəd mətbəx dəsmalları, 50 manat dəyərində 10 ədəd əl-üz dəsmalı, 80 manat dəyərində 4 komplekt yataq dəsti, həmin əmlaklar olmadıqda isə onların dəyərlərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2019-cu ilin axırlarında ailəsi ilə birlikdə yaşamaq üçün Suraxanı rayonu, Hövsan qəsəbəsində kirayə ev axtarıb. Cavabdeh1 bundan xəbər tutub və onların həyətində dayısı Cavabdeh2 məxsus həyətdə onlar tərəfindən tikilmiş bir yaşayış evi olmasını, lakin həmin yaşayış evinin yaşayış üçün yararsız olmasını, həmin evi təmir edib orada yaşaya biləcəyini iddiaçıya bildirib. İddiaçı gedib evə baxıb və evin yarım tikili olmasını, yalnız mişar daşı ilə hörüldüyünü, başqa heç bir ləvazimatının, qapı, pəncərə, döşəməsinin olmadığını, tavanının vurulmadığını, suvaq çəkilmədiyini, elektrik və santexnik işlərinin görülmədiyini müəyyən edib. İddiaçı həmin evin bir otağını özü təmir edib və yaşayış üçün yararlı hala salmağa razılaşıb. İddiaçının cavabdehlərlə razılığı belə olub ki, o, həmin evin bir otağını təmir edib yaşayış üçün yaralı hala gətirəcək və özünə ev alanadək həmin evdə yaşayacaq. Aralarında şifahi razılaşma olduqdan sonra iddiaçı 2019-cu ilin noyabr ayında evin təmirinə başlayıb, evin bir otağını, təxminən 20 kv.m olan hissəsini tam təmir etdirib, evə qapı-pəncərə, döşəmə, tavan vurdurub, elektrik və santexnik işlərini gördürüb, hamam, tualet və mətbəx tikdirib. Bütün bunlara isə tikinti materialları və usta ilə birlikdə iddiaçının 4000 manat xərci çıxıb. İddiaçı evin təmirini 2019-cu ilin dekabr ayında yekunlaşdırıb və öz ailəsi ilə birlikdə evə köçüb. İddiaçı həmin evi təmir edib, evə köçən zaman özünə yeni mebel və avadanlıq, digər ev ləvazimatları alıb və bütün əşyalarını da həmin evə daşıyıb. Belə ki, iddiaçı 130 manat dəyərində şkaf, 380 manat dəyərində divan, 1000 manat dəyərində İndesit markalı soyuducu, 1500 manat dəyərində mətbəx mebeli, 40 manat dəyərində əlüzyuyan, 100 manat dəyərində mətbəx peçi, 100 manat dəyərində aspirator, 300 manat dəyərində kombi, 150 manat dəyərində qızdırıcı, 220 manat dəyərində İran peçi, 300 manat dəyərində paltaryuyan, 320 manat dəyərində velosiped, 35 manat dəyərində mavi şkaf, 400 manat dəyərində qab-qacaq, 50 manat dəyərində adyal, 80 manat dəyərində 4 ədəd balış, 35 manat dəyərində 5 ədəd hamam dəsmalları, 50 manat dəyərində 10 ədəd əl-üz dəsmalları, 80 manat dəyərində 4 komplekt yataq dəstindən ibarət olan əmlaklarını həmin evə daşıyıb. İddiaçı bütün əmlaklarını həmin evə daşıdıqdan sonra orada yaşayıb, aralarında olan razılığa əsasən həmin həyətdə onlar şərikli toyuq-cücə saxlayıblar. İddiaçı tövlə tikmək üçün 1000 manat pul verib, 2500 ədəd mişar daşı alıb həyətə töküb və həmin həyətdə tövlə tikməyə hazırlaşıb. Bundan əlavə isə 1000 manat verib cücə alıb, lakin həmin cücələr sonradan ölüblər. Eyni zamanda iddiaçı həmin evdə yaşayan zaman özündə olan 100 manat dəyərində “Samsung” markalı telefonu işlətmək üçün Cavabdeh1 verib, özü isə 450 manata yeni “Samsung A20” markalı yeni telefon alıb. İddiaçı özünə yeni telefon alandan sonra Natiq ona köhnə telefonun xarab olduğunu bildirib, yeni telefonu da müvəqqəti işlətmək üçün ona verməsini xahiş edib. İddiaçı yeni telefonu da Cavabdeh1 verib. İddiaçı 2020-ci ilin may ayınadək həmin evdə yaşayıb, qeyd edilən tarixdə anasının evinə qonaq gəlib, qayıdanda isə cavabdehlər onu evə buraxmayıblar. O, cavabdehlərdən bunun səbəbini soruşduqda ona əsaslı səbəb bildirməyib və evi kirayəyə verəcəklərini bildiriblər. O, cavabdehdən evdə qalan əmlaklarını ona vermələrini tələb etdikdə, onlar iddiaçıya öz əmlaklarını da verməyiblər və səbəb kimi 6 ay həmin evdə kirayə vermədən yaşamasını göstəriblər. O, cavabdehlərin əməllərindən prokurorluğa şikayət edib, prokurorluqdan ona məktub ünvanlanaraq ərizəsində göstərilənlərin mülki xarakterli olması bildirilib və məhkəməyə müraciət etməsi tövsiyə edilib. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib. İddia tələbinin predmeti olan yaşayış evi qanunsuz tikili olsa da, həmin ev cavabdehlərə məxsus torpaq sahəsi üzərində yerləşdiyindən və cavabdehlər hazırda həmin evə sahiblik etdiklərindən və onun etdiyi təmirdən yararlandıqlarına görə onun təmirə çəkilən xərci cavabdehlərdən tələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini,təmirə, tikinti materiallarına çəkilən xərclərin, eləcə də, iddiaçı tərəfindən gətirilən məişət əşyalarının cavabdehlərdən alınıb onlara verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkilinin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia tələbinə etiraz edərək iddiaçının ona məxsus evdə təmir işləri aparmadığını, əşyaların da ona məxsus olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbinə etiraz edərək iddianın dəlillərinin öz təsdiqini tapmadığını bildirdi və tələbin rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Məhkəmənin 23.10.2020-ci il tarixli iclasında iddiaçı tərəfdən şahid kimi dəvət edilmiş X4 izahatında bildirmişdir ki, İvan onun tanışıdır. O, İvanın yaşadığı evdə 1,5-2 ay təmir işi aparmışdır. Həmin evdə ondan başqa 1 nəfər malyar işi görən də olmuşdur. O, bir otaq, mətbəx və hamamı təmir etmişdir. Təmirin pulunu İvan ona vermişdir. Məhkəmənin 23.10.2020-ci il tarixli iclasında cavabdeh tərəfdən şahid kimi dəvət edilmiş X1 izahatında bildirmişdir ki, Cavabdeh2 qardaşıdır, İvan həmin evdə 1 il, 2 ay qalmış, o özü isə ata evində yaşamışdır. İvan həmin evin 1 otağında yaşamışdır. Həmin otaq 2014-cü ildə təmir edilib, təmiri Tural edib. Evin əşyaları da var idi, hamam, tualet hazır idi, pəncərəsinin rəngi ağ olub. Məhkəmənin 23.10.2020-ci il tarixli iclasında cavabdeh tərəfdən şahid kimi dəvət edilmiş X8 izahatında bildirmişdir ki, həmin evdə nə iş görülübsə hamısını o görmüşdür. Həmin evdə İvandan əlavə Mahur qalırdı. Mahur otağın birini İvana vermişdi, birində isə özü qalırdı. Ev İvana veriləndə tam təmirli idi. İvan orada 1 il, 2 ay qalıb. Ev 3 mərtəbəli idi, İvan yaşadığı evin 1 otağı və hamam təmirli olub, o İvanın yaşadığı evi 2017-ci ildə təmir etdirmişdir. Məhkəmənin 23.10.2020-ci il tarixli iclasında cavabdeh tərəfdən şahid kimi dəvət edilmiş X11 izahatında bildirdi ki, Cavabdeh2 qonşusudur, 2013-cü ildə onun anası rəhmətə gedəndə həmin evə gəlmişdi, bundan sonra isə heç vaxtı həmin evdə olmayıb, İvanı da tanımır. İş materiallarına əlavə edilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 mart 2021-ci il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən və Cavabdeh2 məxsus olan evin, iddiaçının yaşadığını iddia etdiyi otağın təmir edilməsi dövrü, təxminən 2017-2018-ci illəri əhatə edir və həmin otağın təmirinə çəkilən xərcin dəyəri təqribən 2000,00-2500,00 AZN təşkil etmişdir. Məhkəmə qiymətləndirmə rəyini sübut kimi qəbul edir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, mübahisəli ev qanunsuz tikilidir və həmin evin bir hissəsi Cavabdeh2 təfərindən iddiaçıya orada yaşaması üçün verilmişdir. İddiaçı tərəfin əsaslandırması ondan ibarətdir ki, Mahur ona bir otağı verəndən sonra o həmin otaqda təmir işləri aparmış, yeni əşyalar almış, həmçinin digər xərcləri çəkmişdir. İndi Mahur onu evdən çıxartdığına görə onun çəkdiyi xərcləri və əşyalarını qaytarmalıdır. Mahuru digər Cavabdeh1 vasitəsilə tanımış, əşyalarının bəzilərini (telefonları) Natiqə vermişdir. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, otağı iddaçıya kirayə vermiş, kirayə verdiyi zaman otaq ümumilikdə təmirli olmuş, iddiaçı müəyyən təmir işləri görmüşdür, hesab edir ki, bu hal iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, mübahisəli evin Cavabdeh2 məxsus olması, həmin evin bir otağının və sanitar qovşağının Cavabdeh2 tərəfindən iddiaçının orada qalması üçün istifadəsinə verməsi işin mübahisəsiz halıdır. İddiaçının yaşadığı otaqda təmir işləri aparması və ora öz əşyalarını gətirməsi faktı, işin məhkəmə tərəfindən araşdırılkan halları ilə öz təsdiqini tapır. Belə ki, əvvəlki məhkəmə iclaslarında cavabdeh tərəf dolayı yolla öz izahatlarında iddiaçının qaldığı otaqda təmir işləri aparmasını və əşyalarını oraya gətirməsini bildirmişdir. Bununla belə, məhkəmə hesab edir ki, iddia tələbi digər Cavabdeh1 münasibətdə sübut edilmədiyinə görə, ona münasibətdə təmin edilə bilməz. Çünki, iddiaçı tərəf öz izahatlarında sövdələşməni Cavabdeh2lə etdiyini bildirmişdir. İddiaçının Mahun Məlikəliyevi Cavabdeh1 vasitəsilə tanıması faktı hətta qəbul edilsə bələ, bu hal özü özlüyündə Cavabdeh1 münasibətdə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcələnin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı işdə cavabdehə məxus evin bir hissəsinin təmirinə iddiaçı tərəfindən vəsait xərclənməsinə səbəb olmuş əsas aradan qalxmışdır. Yani, tərəflər arasında münasibətlərinə son qoyulmuşdur. Deməli, iddiaçı Cavabdeh2 məxsus evin bir hissəsində həyata keçirdiyi yaxşılaşdırmadan (təmirdən) faydalana bilmir, cavabdeh isə qanuni əsas olmadan fayda əldə etmiş olur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Təmirə görə iddiaçının hansı məbləğdə pul vəsaitini xərcləməsi ilə bağlı, məhkəmə işin hallarını, tərəflərin və şahidlərin izahatlarını və iş üzrə verilmiş qiymətləndirmə rəyini nəzərə alaraq hesab edir ki, bu məbləğin 2200 manat civarında müəyyən edilməsi qanuni və əsaslıdır.Ona görə də, məhkəmə İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən evdə təmir işlərinə xərclənmiş 2200 manatın Cavabdeh2 tutulmasını əsaslı sayır. Məhkəmə iddia tələbinin mişar daşına ödənilmiş 1000 manat, eləcə də 100 manat dəyərində “Samsung” markalı və 450 manat dəyərində “Samsung A20” markalı mobil telefonlar, telefonlar olmadıqda isə onların dəyərinin Cavabdeh1 tutulması hissəsini əsassız hesab edir. Belə ki, İddiaçı tərəf tələbin bu hissəsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim etməmiş, yalnız şifahi izahatlarla kifayətlənmişdir. Belə olan halda məhkəmə iddianı qeyd edilən hissədə sübut edilməmiş hesab edir. Məhkəmə iddia tələbini iddiaçıya məxsus məişət əşyalarının qaytarılması hissəsində qismən əsaslı hesab edir. Belə ki, iş məhkəmənin icraatında olarkən iddiaçı tərəf iddianın təmini tədbiri şəklində iddia tələbində cavabdehlərdən alınıb ona verilməsi xahiş edilən əmlakların üzərinə həbs qoyulmasını xahiş etmiş və məhkəmənin 24 iyul 2020-ci il tarixli qərardadı ilə vəsatət qismən təmin edilmiş, tələbdə göstərilən əşyaların üzərinə həbs qoyulması qərara alınmışdır. İşdə olan Suraxanı rayon İcra və Probasiya şöbəsinin 20 avqust 2020-ci il tarixli, icraata xiam verilməsi haqqında məlumat məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmənin yuxarıda qeyd edilən qərardadı icra edilmiş, mübahisəli yaşayış sahəsində aşkar edilmiş məişət əşyaları aktlaşdırılmış və üzərlərinə həbs qoyulmuşdur. 19.08.2020-ci ildə tərtib edilmiş aktdan görünür ki, həmin ərazidə aşkar edilmiş əşyalar şkaf, mətbəx mebeli, əl-üz yuyan, mətbəx peçi, aspirator, qızdırıcı (pyatiminutka), paltaryuyan, mavi şkaf, qab-qacaq, adeyal, pokrıval, sintetik adeyal, 4 ədəd balış, 5 ədəd mətbəx dəsmalı, 5 ədəd əl-üz dəsmalından ibarətdir. Məhkəmə iclasında iddiaçı tərəf digər əşyalarla bağlı hər hansı sübut təqdim etməmiş, cavabdeh tərəf də iddia tələbinin bu hissəsinin əleyhinə hər hansı sübut təqdim etməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş, LG markalı soyuducunun nisyə alqı-satqısı ilə bağlı müqavilə, ona 1 saylı əlavə və təhvil-təslim aktı iddianın soyuducuya münasibətdə təmin edilməsi üçün əsas ola bilməz. Çünki, əvvəla təqdim edilən müqavilə və ona əlavə edilmiş sənədlərdə iddiaçı İ.Svetliçniynın imzası yoxdur, eyni zamanda əmlaklar siyahıya alınarkən də göstərilən markada soyuducu mübahisəli evdə aşkar edilməmişdir. Eyni zamanda, iddia tələbində sadalanan əmlakların dəyəri ilə bağlı hər hansı sübut təqdim edilmədiyinə görə məhkəmə iddia tələbində göstərilən qiymətləri əsaslı hesab etmir. Ona görə də, məhkəmə iddia tələbinin bu hissəsini yuxarıda qeyd edilən, siyahıya alınmış əşyalar həddində əsaslı sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən əsaslı olduğundan məhkəmə xərcləri tərəflər arasında bölüşdürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın və Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən evdə təmir işlərinə xərclənmiş 2200 manat pul Cavabdeh2 tutulub İddiaçı verilsin. ünvan 1 ünvanda yerləşən evdə olan, İddiaçı məxsus olan məişət əşyaları - şkaf, mətbəx mebeli, əl-üz yuyan, mətbəx peçi, aspirator, qızdırıcı (pyatiminutka), paltaryuyan, mavi şkaf, qab-qacaq, adeyal, pokrıval, sintetik adeyal, 4 ədəd balış, 5 ədəd mətbəx dəsmalı, 5 ədəd əl-üz dəsmalı Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 30,40 manatın 10.20 manatı iddiaçıya aid edilsin, 20.20 manatı isə cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-176/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-176/2021
03.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver