Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1760/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X5 *7.05.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X*0 *0.05.2024-cü il tarixdə anadan olmuşdur. *7.05.2024-cü il tarixdə ünvan 1 ünvanında qəflətən vəfat etmişdir. Oğlu vəfat edən zaman evdə ailə üzvləri yanında olmuşdur. Həmin gün Təcili Tibbi yardım çağırmışdır. Tibbi yardımın həkimləri uşağın vəfat etməsini təsdiqləmişlər. X*8 Yardım həkimləri çağırış və ölümün təsdiqi barədə heç bir sənəd verməmişlər. Buna səbəb kimi uşağın doğum haqqında şəhadətnaməsinin olmamasını göstərmişlər. X6 aid doğum şəhadətnaməsini ölümündən sonra əldə etmişdir. Həmçinin oğlunun vəfat etməsi barədə digər aidiyyəti qurumları da məlumatlandırmışdır. X2 *7.05.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tatar qəbiristanlığında dəfn etmişdir. Onun qəbrinin foto şəkillərini ərizəyə əlavə etmişdir. Ölüm faktını qohum və qonşular şahid kimi təsdiq edə bilər. Onun üçün ölüm haqqında şəhadətnaməni almaq üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Şahid ifadələri.
5. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X4 bildirmişdir ki, Ərizəçi onun kürəkəni, rəhmətə gedən uşaq isə nəvəsidir. Uşaq “Kaspi” xəstəxanasında doğulmuş, bir neçə gün orada qalmışdır. Doğulandan zəif uşaq olmuşdur. Lakin imkan olmadığına görə kuvözdə saxlaya bilməmişlər və evdə özləri baxmışlar. Uşağın doğumundan bir həftə sonra qəfildən görmüşdür ki, onun rəngi ağarıb. Bundan sonra təcili yardım çağırmışlar. Təcili yardımdan gələnlər uşağın ölümünü təsdiqləsələr də bununla bağlı heç bir sənəd verməmişlər. Qızı rəhmətə gedən uşaqla birlikdə dörd uşaq dünyaya gətirmiş, onlardan üçü salamat qalmış, biri isə rəhmətə getmişdir.
6. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X8 bildirmişdir ki, Ərizəçi onun bacısının əridir. Ərizəçi ilə bacısının dörd uşağı doğulmuş, lakin uşaqlardan biri doğumdan bir həftə sonra rəhmətə getmişdir. Həmin gün o da evdə olmuş, uşağın ölümünə şahid olmuşdur. Lakin nədən olduğunu bilməmişdir. Onunla birlikdə doğulan digər üç uşaq sağlamdır. Həmin gün təcili yardım çağırmışlar. Çağırış üzrə gələnlər uşağın ölümünü təsdiqləsələr də həmin vaxt uşağın doğum haqqında şəhadətnaməsi olmadığından uşaqla bağlı heç bir sənəd verməmişlər. Doğum haqqında şəhadətnaməni uşağın ölümündən sonra almışlar.
İş materialları.
7. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-V seriyalı, 006903 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 (atası Ərizəçi, anası X3) *0.05.2024-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə *873 nömrə ilə qeyd edilmişdir.
8. Bakı şəhəri Suraxanı rayon Əmircan Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 26 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev *6, mənzil *04 ünvanında qeydiyyatda olan vətəndaş Ərizəçi mərhum oğlu X*0 *7.05.2024-cü il tarixdə vəfat etmiş və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən “Tatar” qəbiristanlığında dəfn olunmuşdur.
9. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 24.0*.2025-ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və ölüm haqqında tibbi şəhadətnamə olmadığından X2n ölümünün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. *0. 03 ədəd foto şəkildən üzərində “Мамедов Нихат Натик oг. *0.05.2024 – *7.05.2024” yazılmış məzar daşı görünür.
İşin faktiki halları.
**. Ərizəçi, oğlu *0.05.2024-cü il təvəllüdlü Nihad Məmmədov *7.05.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin oğlunun ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.
Tətbiq edilən hüquq. *2. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*4. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*5. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən oğlu *0.05.2024-cü il təvəllüdlü X5 *7.05.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, *0.05.2024-cü il təvəllüdlü X5 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi oğlunun ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *7. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişlər. Bundan başqa, ərizədə qeyd edilənlər ərizəçinin oğlunun dəfn edildiyi qəbiristanlıqda yerləşən məzar daşının foto şəkilləri və mərhumun dəfn edildiyi qəbiristanlığa dair bələdiyyə arayışı ilə təsdiq edilmişdir. *8. Göründüyü kimi, ərizəçinin oğlu *0.05.2024-cü il təvəllüdlü X5 *7.05.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
*9. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *0.05.2024-cü il təvəllüdlü X5 *7.05.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. *0.05.2024-cü il təvəllüdlü X5 *7.05.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva