Məhkəmə qərarları › İş №2(010)-1764/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1764/2021

05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1764/2021 05.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş X12 onun oğludur. Oğlu ölən günə qədər ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. xx.xx.2020-ci il tarixdə oğlunun səhhəti qəfil pisləşdiyindən onlar təcili tibbi yardım stansiyasına zəng vurararaq oğlunun yaşadığı ünvana həkim dəvət etmişlər. Onlar oğlunu qəsəbə qəbiristanlığında dəfn etmişlər. Onun bütün qohumları oğlunun yas mərasimində iştirak etmiş və həmin şəxslər də oğlunun ölməsi faktını təsdiq edə bilər. xx.xx.2020-ci il tarixə çağırışa gəlmiş təcili tibbi yardım həkimləri oğlunun öldüyünü görüb sahə həkimi üçün xəbərdarlıq vermişdir. O, həmin xəbərdarlıq vərəqəsi ilə 4 saylı “ASAN xidmət” X8 gedərək oğlunun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman 4 saylı “ASAN xidmət” X1 Ceyhun Həmid oğlunun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Oğlunun xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ona bir sıra hüquqi məsələlərin həll edilməsinə görə ölüm haqqında şəhadətnamə alması üçün lazımdır. O, oğlu X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, oğlu X12 narkotik maddə istifadəçisi olmuşdur. O, 15 ildən çox narkotik maddə istifadə etmiş, məhkum olunmuş, xəstəxanada müalicə almışdır. Öldüyü gün – xx.xx.2020-ci il tarixdə günorta vaxtı evə gələrək özünü pis hiss etdiyini, ürəyinin bulandığını bildirmişdir. Ona dərman vermiş, sonra yuxuya getmişdir. Bir müddət sonra yanına getdikdə nəfəsinin xırıldadığını eşitmiş, onu oyatmağa çalışmışdır. Onun oyanmadığını gördükdə təcili yardımı çağırmışdır. Çağırışa gələn həkimlər əvvəlcə ona iynə vurmuş, sonra oyatmağa çalışmışlar. Lakin oğlu oyanmamış, gözlərini bir müddət açıq saxladıqdan sonra bağlamışdır. Sonra təcili yardım işçiləri ona oğlunun öldüyünü deyərək xəbərdarlıq vərəqəsi vermişlər. Oğlunun Qaraçuxur qəbiristanlığında dənf etmişlər. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X9 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 235 nömrəli arayışdan görünür ki, X2 qəsəbə qəbiristanlığında xx.xx.2020-ci il tarixində dəfn edilmişdir. BŞT və TTYS 22 saylı Bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixli çağırış əsasında saat 05:08-də ünvana çatmışlar və xəstə X9 psixotrop və narkotik maddə istifadəsindən zəhərlənərək öldüyü müəyyən etmişlər. Məhkəmə iclasında şahid kimi izahat vermiş X10 qeyd etmişdir ki, Ərizəçi onun xalasıdır. X5 isə xalasının oğludur. Ceyhun narkotik maddə aludəçisi olmuşdur. Onun öldüyü gün – xx.xx.2020-ci il tarixdə xalası ona zəng edərək Ceyhunun öldüyü demişdir. Sonradan onun narkotikdən zəhərləndiyini, bu səbəbdən öldüyünü öyrənmişdir. O, Ceyhunun dəfnində iştirak etmişdir. Mərhum Qaraçuxur qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid kimi izahat vermiş X7 qeyd etmişdir ki, Ərizəçi onun bibisidir. Bibisinin oğlu X12 narkotik maddə istifadəçisi olmuşdur. xx.xx.2020-ci il tarixdə bibisi ona zəng edərək Ceyhunun öldüyünü demişdir. Ceyhunu Qaraçuxurda ləzgi qəbiristanlığında dəfn etmişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi oğlu X12 narkotik maddə aludəçisi olmuş, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində narkotik maddə zəhərlənməsindən ölmüşdür. O, Qaraçuxur qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Bütün bu qeyd edilənlər məhkəmə iclasında izahat verən şahid ifadələri, qəbiristanlığın yerləşdiyi qəsəbənin bələdiyyəsi tərəfindən verilmiş arayış, təcili tibbi yardım stansiyası həkimi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi kimi sübutlarla təsdiq edilmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. İşdən görünür ki, ərizəçi məhkəmədən oğlu X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. (“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarı) Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X9 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi oğlunun ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmişdir. Eyni zamanda, xx.xx.2020-ci il tarixdə ərizəçinin oğlunun ölümü ilə bağlı təcili və təxirəsalınmaz tibbi yardım stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq verilmişdir. Onun dəfni müvafiq qəsəbə nümayəndəliyi tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş X9 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar