Məhkəmə qərarları › İş №2(010)-1777/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1777/2025

02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1777/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, onun övladı X*0 27 avqust 20*7-ci il tarixdə ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun övladı X*3 2*.**.*988-ci ildə dünyaya gəlmişdir. Övladı 03.*2.20*4-cü ildə tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, bir daha ölkə ərazisinə geri qayıtmamışdır. Oğlu İŞİD qruplaşmasının tərkibinə qoşulmuşdur. Alınan məlumata əsasən, oğlu 27 avqust 20*7-ci il tarixdə İraqın Telafer şəhərində vəfat etmişdir. Ölüm faktını təsdiq edən hal şahidləri də mövcuddur. Maraqlı şəxsə müraciət etdi, lakin Azərbaycan Respublikası Nazirlər Kabinbetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli qərarına əsasən tibbi şəhadətnamə olmadıqda ölüm faktının məhkəmə qətnaməsi ilə müəyyən olunacağı onlara bildirilmişdir. Mübahisənin başqa həlli mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət edir. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək bildirmişdir ki, qardaşı 27 avqust 20*7-ci il tarixdə İraqın Telafer şəhərində vəfat etmişdir. Qardaşının heç qəbri yoxdur, heç olmasa ölüm tarixinin müəyyən edilməsini xahiş edir. Qeyd edir ki, bacısından * gün sonra qardaşı öldü. İş üzrə maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, oğlunun atasının ölümünə görə gəlmişdir. X*3 27 avqust 20*7-ci ildə ölmüşdü. Qeyd edir ki, ölən şəxs onun yoldaşı olub. Ailəsi ilə getmişdir, orada onunla ailə həyatı qurmuşdur. Hazırda başqası ilə evlidir. Caviddən * oğlu var, 8 yaşı olacaq. Cavid öləndə hamilə idi. Telaferdə yaşayırdılar, düşmanlar gəldilər, onları kənddən çıxartdılar. Ayın 27-si axşam Cavidin ölüm xəbəri gəldi. Dayısıgil ora getdi, parçalarını bastırdılar. Hava açılanda o da getdi. Əlil arabasını və tikələrini gördü. Uşaq ondan qabaq Azərbaycana gəlmişdi. Onlar həbs olunmuşdular. 5 il cəzasını çəkib, sonra dövlət yolu ilə gətirildilər. Bura gələndə uşağının 2 yaşı yox idi, yadındadır ki, mart ayı idi. Rəsmi nikahları olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, dayısının ölümü ilə bağlı şahidlik etməyə gəlmişdir. Dayısı İraqda rəhmətə getdi. Orada 3 ev ayrılmışdır. Bir evdə arvad-uşaq, digərində sağlam kişilər, üçüncü evdə isə dayısı kimi *2 nəfər əlil saxlanılırdı. Evin podvalında silah-sursat var idi. Yerli camaatdan su alırdılar, su çətin tapılırdı. Dayısının olduğu evdə partlayış oldu, yanğını gördülər, amma ikinci partlayış təyyarənin vurulması nəticəsində oldu. Evin 2-ci mərtəbəsinin damı yerin dibinə girdi, hər kəs paramparça oldu, dayısının arabası və ayaq parçaları evin həyətinə uçmuşdu. Ayaqqabıdan dayısını tanıdı, çünki həmişə o gedib onun ayaqqabısını təmizləyirdi, ona qulluq edirdi. Anası (X*2) da getmişdi, o da rəhmətə gedib. Partlayışdan sonra ora dayısının yoldaşı ilə getdilər. İraqa gedəndə 7 yaşı var idi. Anası, qardaşı və o birlikdə qalırdılar. Atası 2 yaşında onu atıb, onun atalığını görməmişdir. Onun qardaşını da gözünün önündə güllələyiblər. Ondan sonra onda pəltəklik yaranıb. 27 avqustda dayısı öldü, * gün sonra qardaşı, ondan da * gün sonra anası rəhmətə getdi. 20*9-cu ildə gətirilmişdir. Onlar Peşmərgə ordusuna əsir düşdülər, həbs olundular. Kişiləri öldürdülər, qadın-uşaqlar isə tutuldu. Mərhumu torpağa tapşıra bilmədilər. Qardaşı qadınları sərhəddən keçirmək istəyəndə onları sıraya düzüb güllələdilər. İş materialları. Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçinin nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubdan görünür ki, şəxsin ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X*0 ölümünün qeydə alınması mümkün olmamışdır. Ordjonikidze (Suraxanı) Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.*2.*988-ci il tarixli, XİV-ЖГ seriyalı, 320337 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 (atası Ərizəçi, anası X4) 2*.**.*988-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.*2.*988-ci il tarixdə *824 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(00*)-6*67/20*8 saylı *4.06.20*8-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, maraqlı şəxs X*0 (doğulduğu tarix 2*.**.*988-ci il, doğulduğu yer Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi - 2KK2GQC, seriya və nömrəsi AZE *4097750) Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi qət edilmişdir. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən ünvanlanmış *0.04.2025-ci il tarixli cavab məktubundan görünür ki, 2*.**.*988-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı X2 dəfə dövlət sərhədindən hərəkəti barədə "Giriş-çıxış və qeydiyyat X3 Axtarış Sistemində (İAMAS) mövcud məlumatlar göndərilmişdir. (Tarix: 03.*2.20*4, Sərhəd nəzarət məntəqəsi: Qırmızı körpü DSBM, İstiqamət: çıxış.) Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, İV seriyalı, 45459* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** (atası X*3, anası Şahid*) 03.*0.20*7-ci ildə İraqda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə *66 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2509/2020 saylı *8.06.2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, X*0 03.*0.20*7-ci il tarixdə İraq Respublikasında bir oğlan uşağı doğulması faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(*03)-694/2024 saylı *5.0*.2024-cü il tarixli qətnaməsi ilə ərizəçi Nümayəndə apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-2966/2023 saylı 05.*0.2023-cü il tarixli qətnaməsinin (X8 ölüm gününün qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilməsi hissəsində) dəyişdirilməsi, 25.07.*977-ci il tarixdə Bakı şəhərində anadan olmuş X8 28.08.20*7-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilməsi qət edilmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə *94.*. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə *95. Ölümün dövlət qeydiyyatına alınması qaydası *95.*. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı.

8. Ölümün qeydə alınması 8.*. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.... ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.*4. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.

4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.*. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X*6 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.*-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir.... ....4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.... 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.*-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X*4 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi oğlu X*0 27 avqust 20*7-ci il tarixdə ölməsi faktının müəyyən olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə Suraxanı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona X*3 barəsində ölüm haqqında akt qeydi aşkar olunmadığı bildirilmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi mərhum X*0 atasıdır. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətləri həyata keçirə bilmir. Belə ki, məhkəmə tərəfindən göndərilən sorğuya əsasən, Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən göndərilmiş cavab məktubundan da görünür ki, X5 dəfə dövlət sərhədindən 03.*2.20*4-cü il tarixdə çıxış etmiş, bir daha Azərbaycan Respublikasının ərazisinə qayıtmamışdır. Eyni zamanda, X*3 ölkə ərazisindən kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi ilə əlaqədar, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(00*)- 6*67/20*8 saylı *4.06.20*8-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası vətəndaşlığını itirmişdir. X* övladı olan X7 anası – Şahid* öz ifadələrində bildirmişdir ki, o, Xudaverdiyev Cavid ilə qeyri-rəsmi nikah münasibətlərində olmuş, onlar Telaferdə (İraqda) yaşamış, o, hamilə olduğu dövrdə X*0 ölüm xəbəri gəlmişdir. X*0 bacısı X8 övladı – Şahid2 şahid qismində cəlb edilərək məhkəmə iclasında dindirilmiş öz anasının İraqda rəhmətə getməsini və dayısı X*0 olduğu evdə partlayış olduğunu, yanğını gördüklərini, hər kəsin paramparça olduğunu, dayısının arabası və ayaq parçalarının evin həyətinə uçduğunu, ayaqqabıdan dayısını tanıdığını bildirmişdir. Eyni zamanda, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə X*0 bacısı və Şahid2 anası – X*2 28.08.20*7-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilmişdir. Məhkəmə vurğulayır ki, ərizədə qeyd olunmamasına baxmayaraq, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X6, “İŞİD” ilə mübarizə aparıldığı zaman həlak olmuşdur. Buna görə, onun ölümü ilə bağlı tibbi şəhadətnamənin alınması mümkün olmamışdır. Belə ki, ərizəçinin oğlu X*0 İraqda 27.08.20*7-ci il tarixdə ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 2*.**.*988-ci il təvəllüdlü X*0 27 avqust 20*7-ci il tarixdə İraq Respublikasında ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 2*.**.*988-ci il təvəllüdlü X*0 27 avqust 20*7-ci il tarixdə İraq Respublikasında ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar