Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1781/2024 01.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən maraqlı şəxslə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/6-0683 saylı barışıq sazişinin icra olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Mən Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlamışam. Müqavilə üzrə öhdəliklər 6 ay ərzində icra edilib bitməli idi. Lakin Maraqlı şəxs ödənişdən yayınmış və müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq mediasiya sessiyasında iştirak edilmişdir. Mediasiya prosesinin sonunda xx.xx.2023-cü il tarixdə Elvin Əmirovla barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən ümumi borc məbləği 2700 manat təsdiqlənmişdir. Həmin məbləğin 900 manatı uzun danışıqlardan sonra xx.xx.2024-cü il tarixdə mənim etibarnamə üzrə nümayəndəmin debet kartına göndərilmişdir. Halbuki ödənilmə tarixindən xx.xx.2024-cü il tarixədək 1800 manat icra edilməli idi. Hər ay üzrə 300 manat pul ödənilməli olduğu halda hələ də icra edilməmişdir. Maraqlı şəxsla sonuncu dəfə danışıq zamanı bildirmişdir ki, ödəyəcək. Lakin onun ödəməklə bağlı heç bir istəyi görünmür, vaxtı uzadır və məcbur olub bununla bağlı məhkəməyə müraciət edirəm”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları.
4. Ərizəçi və Maraqlı şəxs arasında notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Borcverən (Ərizəçi) Borcalana (Maraqlı şəxs) 3000 manat məbləğində pul borc verir, Borcalan krediti xx.xx.2022-ci tarixindək Borcverənə qaytarmağı öhdəsinə götürür, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər, kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir.
5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/6-0108 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər: “2.1. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış yekun məbləğ 2700 manat müəyyən edilmişdir. 2.2. Tərəflər arasındakı razılığa əsasən borc öhdəliyinin növbəti aydan (sentyabr) etibarən hər ayın 5-i tarixində, aylıq 300 manat ödənilmək şərti ilə, 9 ay müddətində icra olunması barədə Maraqlı şəxs tərəfindən öhdəlik götürülmüşdür”.
İşin faktiki halları.
6. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə notariat qaydasında kredit müqaviləsi bağlanmışdır. Bu müqayiləyə əsasən, Maraqlı şəxs Ərizəçi 3000 manat məbləğində borc almış, bunu borcu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
7. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində aralarında xx.xx.2023cü il tarixli barışıq sazişi bağlanmışdır.
Tətbiq edilən hüquq.
8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 3. Mediasiyanın tətbiq dairəsi. 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 355-23. Ərizənin verilməsi. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Ərizənin məzmunu. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmənin mövqeyi.
10. Göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, saziş könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
11. Yuxarıda (§ 8) istinad edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
12. Tərəflər arasındakı barışıq sazişinin xx.xx.2023-cü il tarixdə bağlandığı və Maraqlı şəxs tərəfindən saziş üzrə öhdəliklərin doqquz ay müddətində icra olunması barədə razılığa gəlinməsi nəzərə alındıqda, saziş üzrə aylıq ödənişlərin lazımınca icra edilmədiyi hazırkı vəziyyətdə sazişin könüllü icra müddətinin keçdiyi aşkardır. Belə olan halda ərizəçi könüllü şəkildə icra edilməyən barışıq sazişinin məcburi icrası üçün sazişin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
13. Məhkəmə araşdırması nəticəsində sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də saziş qanuna zidd deyil.
14. Beləliklə, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişinin müvafiq bəndini imzalamışlar. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir.
Məhkəmə xərcləri.
15. İş materiallarından görünür ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/6-0108 nömrəli barışıq sazişi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir.
17. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/6-0108 nömrəli barışıq sazişi təsdiq edilsin: “2.1. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış yekun məbləğ 2700 manat müəyyən edilmişdir. 2.2. Tərəflər arasındakı razılığa əsasən borc öhdəliyinin növbəti aydan (sentyabr) etibarən hər ayın 5-i tarixində, aylıq 300 manat ödənilmək şərti ilə, 9 ay müddətində icra olunması barədə Maraqlı şəxs tərəfindən öhdəlik götürülmüşdür”. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva