Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1796/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması" tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi "ölüm faktının müəyyən olunması" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2020-ci ildə vəfat etmiş 22 yanvar 1962-ci il təvəllüdlü həyat yoldaşı X5 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, 22 yanvar 1962-ci il təvəllüdlü X3 onun həyat yoldaşı olmuş və sonuncu 21 dekabr 2020-ci ildə Bakı şəhərində yaşadığı evdə ölmüşdür. Onlar mərhum X2 qohumların iştirakı ilə “Dədə Qorqud” qəbirstanlığında dəfn etmiş olsalar da, həmin vaxt onun ölümü haqqında şəhadətnamə almamışlar. Hal-hazırda zərurət yarandığına görə arvadına ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhər Maraqlı şəxsnə müraciət etsə də, ölüm barədə tibbi sənəd olmadığı üçün onun müraciətindən imtina edilmiş və ona məhkəməyə müraciət etməli olduğu tövsiyə olunmuşdur. Buna görə də, o, 22 yanvar 1962-ci il təvəllüdlü həyat yoldaşı X5 21 dekabr 2020-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, mərhum X9 da Ərizəçi həyat yoldaşıdır. X9 21 dekabr 2020-ci ildə Bakı şəhərində yaşadığı evdə ölmüşdür. O, mərhum X5 yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, mərhum X9 da Ərizəçi həyat yoldaşıdır. X9 21 dekabr 2020-ci ildə Bakı şəhərində yaşadığı evdə ölmüşdür. O, mərhum X5 yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan Bakı şəhər Təcili və X6 Stansiyasının 21 dekabr 2020-ci il təvəllüdlü Arayışından görünür ki, 21 dekabr 2020-ci ildə X5 adına Bakı şəhəri Bülbülə qəsəbəsinin S.Əliyev 203 Q ünvanına çağırış olmuş və həkimlər saat 0210-da çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Zığ Bələdiyyəsi tərəfindən tərtib edilmiş 19 fevral 2021-ci il tarixli arayışla müəyyən edilir ki, Ərizəçi ərizəsinə əsasən Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığına müraciət edərək mərhum həyat yoldaşı X9 21 dekabr 2020-ci il tarixdə qəbiristanlıqda yer ayrılaraq dəfn olunmuşdur. İş materiallarından görünür ki, X3 22 yanvar 1962-ci ildə Ermənistan , Vardenis rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 10 fevral 2021-ci il tarixli 49505/15 №-li məktubundan görünür ki, X5 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün, onun barəsində ölüm akt qeydini tərtib etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, 22 yanvar 1962-ci il təvəllüdlü X1 21 dekabr 2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir… . Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 22 yanvar 1962-ci ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş X5 21 dekabr 2020-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunsun. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum X5 ölümünün qeydə alınması üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1796/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1796/2021
23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver