Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1817/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, ümumi dəyəri 1000 (bir min) manat təşkil edən - qaşlı nişan üzüyü dəyəri 450 manat, sadə üzük dəyəri 150 manat, qolbağ dəyəri 400 manat olan qızıl-zinət əşyalarının ona qaytarılması, əşyalar aşkar edilməzsə, onların ümumi dəyəri olan 1000 (bir min) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. 2.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3267/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, X6 ilə onun arasında 5 saylı Bakı “ASAN Xidmət” X5ndə xx.xx.2017-ci il tarixdə bağlanmış 2501 nömrəli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X7 anası X1 yanında saxlanılması, ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bundan əlavə cavabdeh özünə məxsus, yəni toyda ona hədiyyə alınmış qızıl-zinət əşayalarını özü ilə aparan zaman həmin qızıllar ilə birlikdə onun öz şəxsi qızıl-zinət əşyalarını da aparmışdır. Aralarında ciddi şəkildə mübahisə olduğu üçün o, ilk əvvəl mediasiya və daha sonra məhkəmə ilə qızıl-zinət əşayalarını cavabdehdən tələb etmək məcburiyyətində qalmışdır. Belə ki, ona məxsus olan kişi üçün qolbağı, kişi üçün sadə üzük və kişi üçün 5 qaşlı nişan üzüyünü cavabdeh özü ilə aparıb getmişdir. Həmin qızıl-zinət əşyalarının ümumi dəyəri 1000 (bir min) manatdır. Qızıl qolbağlı - 400 manat, nişan üzüyü 450 manat və digər qaşsız sadə üzük isə 150 manat məbləğindədir. Aralarında olan mübahisələrə görə cavabdeh azyaşlı qızını ona göstərmir və o, aylardır ki, öz övladını görməkdə çətinlik çəkir. Belə ki, ona məxsus qızıl-zinət əşyalarını başqa qaydada ala bilmədiyi üçün sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən onun 1000 manat dəyərində olan qızıl-zinət əşyalarını cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Tərəflərin izahatları. 3.İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Arzu ilə onun arasında münasibətlər pisləşdiyindən 8 aya yaxın müddət ərzində o valideynlərinə məxsus evdə yaşamışdır. Onların evdə olmadığı müddət ərzində bir neçə dəfə evdən oğurluq hadisəsi baş verdiyindən o evin açarlarını dəyişmək məcburiyyətində qalmışdır. Arzu 8 aya yaxın həmin evdə qalmasa da, o evə gedib-gəlmişdir. Onların yaşadığı evdə kamera görüntüləri olsa da, o bir neçə müddətdən sonra silinmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh iddia tələbini qəbul etməyərək hazırlıq iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci ildə o atası gilə getmiş, həmin gün iddiaçı ilə onun arasında mübahisə yaranmışdır. Həmin mübahisədən sonra o yaşadığı evə qayıtmamışdır. xx.xx.2023-cü ildə evə qayıdarkən ona məlum olmuşdur ki, iddiaçı ona məxsus olan evin açarlarını dəyişmişdir. Bununla bağlı olaraq o polisə şikayət etmiş və iddiaçı evin açarlarını ona təhvil vermişdir. Onun özünün qızıl-zinət əşyaları həmişə özündə olmuş, iddiaçıya isə bir ədəd nişan üzüyü alınmış və həmin üzük iddiaçının özündə olmuşdur.
5. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar və birgə nikahdan bir qız övladları doğulmuşdur. 2022-ci ilin noyabr ayında cavabdeh öz atası evinə getmiş və tərəflər arasında mübahisə yarandığından cavabdeh öz yaşadığı evə qayıtmamışdır. Onların arasında mübahisənin olması ilə bağlı votsapp yazışmaları mövcuddur. Sonradan cavabdeh paltarlarını götürmək üçün yaşadığı evə getmiş və müəyyən olunmuşdur ki, evin açarları dəyişmişdir. Bununla bağlı cavabdeh polisə şikayət etmiş və şikayət etdikdən sonra evin açarlarını təhvil almışdır. Toy ərəfəsində iddiaçıya bir ədəd nişan üzüyü alınmış və həmin üzük hal-hazırda iddiaçının özündədir. Tərəflərin aralarında olan anlaşılmazlıqlar səbəbindən xx.xx.2023-cü il tarixdə Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçının tələb etdiyi qızıl-zinət əşyaları cavabdehdə deyildir və hazırkı iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etmişdir.
İş materialları.
6.İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/13/2023-01702 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan iclasda İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərc ödəmişdir.
7. 2 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu ildə doğulmuşdur, anası X6 və atası İddiaçıdur.
8. Suraxanı rayon Məhkəməsinin 2(010)-3267/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbinə dair iddiası təmin edilərək, iddiaçı X6 ilə cavabdeh İddiaçı arasında 5 saylı Bakı ASAN Xidmət X5ndə xx.xx.2017-ci il tarixdə bağlanmış 2501 nömrəli nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X7 anası iddiaçı X1 yanında saxlanılması və cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.
9. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin xx.xx.2024-cü il tarixli, Suraxanı rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, X1 şikayətinə baxılmış və toplanmış material üzrə cinayətin və inzibati xətanın tərkibi və şikayət olmadığını nəzərə alaraq, ərizə əsasında toplanmış sənədlərin işə alınıb saxlanılması üçün PB-nin dəftərxanasına təhvil verilməsinə göstəriş verilmişdir. İşin faktiki halları.
10. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci ildə rəsmi olaraq nikaha daxil olmuşlar və tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X4rı doğulmuşdur. Birgə nikah dövründə, tərəflər Cavabdeh mülkiyyətində olan mənzildə yaşamışlar. Cavabdeh azyaşlı övladı ilə xx.xx.2022-ci ildə öz valideynlərinin evinə qonaq qismində getmiş, iddiaçıdan onu gəlib aparmasını tələb etmiş, lakin tərəflər arasında mübahisə yaranmışdır. Cavabdeh xx.xx.2023-cü ildə mübahisəli evə getmiş və qapı bağlı olduğundan xx.xx.2023-cü il tarixdə polis bölməsinə ərizə ilə müraciət edərək açarların iddiaçı tərəfindən dəyişdirildiyini qeyd etmişdir. İddiaçı polis bölməsində izahat verərək bildirmişdir ki, həyat yoldaşı Arzu 8 aya yaxın müddətdir ki, həmin ünvanda yaşamır, lakin ara-sıra həmin ünvana gəldiyini və bəzi əşyaları götürdüyünü qeyd etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-3267/2023 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
14. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı 3.9 Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 5.1. Ər-arvadın hər birinin mülkiyyətində olan əmlakın ümumi siyahısı Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuşdur: nikaha daxil olanadək onlara məxsus olan; nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak. 5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
16. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci ildə rəsmi olaraq nikaha daxil olmuşlar və tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X7 doğulmuşdur. Birgə nikah dövründə, tərəflər Cavabdeh məxsus olan mənzildə yaşamışlar.
17. Cavabdeh tərəfindən təqdim olunmuş votsapp yazışmalarından, cinayət işinin başlanmasının rədd olunması barədə materiallarından və tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, cavabdeh azyaşlı övladı ilə xx.xx.2022-ci ildə öz valideynlərinin evinə qonaq qismində getmiş, iddiaçıdan onu gəlib aparmasını tələb etmiş, lakin tərəflər arasında mübahisə yaranmışdır. O vaxtdan cavabdeh valideynləri ilə birgə yaşamışdır. Bundan sonra cavabdeh xx.xx.2023-cü ildə öz yaşadığı evə getmiş və qapı bağlı olduğundan xx.xx.2023-cü il tarixdə polis bölməsinə ərizə ilə müraciət edərək açarların iddiaçı tərəfindən dəyişdirildiyini qeyd etmişdir. İddiaçı polis bölməsində izahat verərək həyat yoldaşı Arzunun 8 aya yaxın müddət ərzində həmin ünvanda yaşamadığını, lakin ara-sıra həmin ünvana gəldiyini və bəzi əşyaları götürdüyünü qeyd etmişdir.
18. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 3267/2023 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir.
19. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
20. Məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi üzrə sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, cavabdeh tərəf iddiaçıya toy ərəfəsində iddiaçıya bir ədəd nişan üzüyü alındığını və həmin üzüyün hal-hazırda iddiaçının özündə olmasını bildirmişdir. İddiaçı isə polis bölməsində izahat verərək həyat yoldaşı Arzunun 8 aya yaxın müddət ərzində həmin ünvanda yaşamadığını, həmçinin kilidin dəyişdirilməsini oğurluq və ya hər hansı bir bədbəxt hadisənin qarşısının alınması məqsədilə etdiyini bildirmiş və ona məxsus olan qızıl-zinət əşyalarının Arzu tərəfindən aparıldığını qeyd etməmişdir.
21. İddiaçı tərəf ona məxsus qızıl-zinət əşyalarının cavabdeh tərəfindən aparıldığını bildirsə də, qeyd olunan hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdehin qonaq qismində evdən gedərkən iddiaçıya məxsus qızıl-zinət əşyalarını yaşadığı ünvandan özü ilə aparılması ehtimalını inandırıcı hesab etmir.
22. Bundan əlavə iddiaçı ona məxsus olan (nişan üzüyündən başqa) digər qızılzinət əşyalarının mövcudluğu, ona hədiyyə edilməsi, əyarı, çəkisi, dəyəri, cavabdeh tərəfindən nə vaxt və hansı qaydada götürülməsi barəsində hər hansı bir sübut təqdim etməmişdir.
23. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində mübahisə predmetini təşkil edən qızıl-zinət əşyalarının cavabdehdə olmasını qeyd etsə də, bunun təsdiqi olaraq mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin verdiyi izahatlardan müəyyən olunur ki, cavabdeh mənzildən gedərkən qonaq qismində getmiş, onun boşanmaq fikri olmamış və evə qayıtmaqla bağlı aralarında mübahisə yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının izahatı mübahisə predmeti olan qızıl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq etmir və bununla bağlı olaraq onun tərəfindən hər hansı sübut təqdim olunmadığından iddia tələbi təmin edilə bilməz.
Məhkəmə xərcləri.
24. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi təmin olunmamalı və iddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid olmalıdır.
26. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Leyla Talıbova