Məhkəmə qərarları › İş №2(010)-1818/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1818/2025

14.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1818/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən *0.05.*966-cı il tarixdə Bakı şəhərində anadan olmuş X3 09.*2.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, *0.05.*966-cı il tarixdə Bakı şəhərində anadan olmuş X6 onun doğma qardaşıdır. Qardaşı ölən günə qədər onunla bir yerdə, ünvan 1 ünvanında yaşamışdır. 09.*2.2024-cü il tarixdə qardaşının səhhəti qəfil pisləşdiyindən onlar təcili tibbi yardım stansiyasına zəng vuraraq yaşadıqları ünvan 1 ünvanına həkim dəvət etmişlər. Lakin təcili tibbi yardım həkimləri gələnədək qardaşı evdə ölmüşdür. Onlar qardaşını 09.*2.2024-cü il tarixdə Suraxanı rayonu Əmircan qəbiristanlığında dəfn etmişlər. Onun bütün qohumları qardaşının yas mərasimlərində iştirak etmişlər və həmin şəxslər də qardaşının ölməsi faktını təsdiq edə bilərlər. 09.*2.2024-cü il tarixə çağırışa gəlmiş təcili tibbi yardım həkimləri qardaşının öldüyünü görüb sahə həkimi üçün xəbərdarlıq vərəqəsi vermişdir. O, həmin xəbərdarlıq vərəqəsi ilə Suraxanı rayon qeydiyyat şöbəsinə gedərək qardaşının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Suraxanı rayon qeydiyyat şöbəsindən X* ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. X* 09.*2.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi ona bir sıra hüquqi məsələlərin həll edilməsinə görə ölüm haqqında şəhadətnamə alınması üçün lazımdır. O, X* ölüm faktının müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Şahid ifadələri.

5. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X** bildirdi ki, ərizəçi Zenfira xanım onun qonşusudur. Ərizəçinin qardaşı Namiq rəhmətə getdiyi gün Zenfira xanım özü ona bu barədə məlumat vermiş, o da Mətləb adlı başqa bir qonşu ilə birlikdə mərhumu yuyub qəbrə qoymuşdur. Mərhumun ərizəçidən başqa heç kəsi olmamışdır. Elə ərizəçinin evində də rəhmətə getmişdir.

6. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X*3 bildirdi ki, ərizəçi Zenfira xanım onun qonşusudur. 2024-cü ilin dekabr ayında ərizəçinin qardaşı Namiqin halı qəfil pisləşmiş, qısa müddət sonra vəfat etmişdir. Mərhumu qonşularla birlikdə dəfn etmişlər.

İş materialları.

7. Bakı şəhər Təcili və X8 X*4 Şəxsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ** saylı bölmənin təcili tibbi yardım briqadası 09.*2.2024-cü il tarixdə çağırış üzrə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, dalan 2 ünvanında yerləşən 4 nömrəli evə gələrək kişi cinsli meyit, həkimə qədər ölüm faktını aşkar etmişlər.

8. AZE seriyalı, *6632973 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 *0.05.*966-cı il tarixdə Bakı şəhərində doğulmuşdur.

9. Bakı şəhəri Suraxanı rayon Əmircan Bələdiyyəsi tərəfindən *7.*2.2024-cü il tarixdə verilmiş *25 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum qardaşı X7 09.*2.2024-cü il tarixdə vəfat etmiş və mərhum Əmircan qəbiristanlığında dəfn edilmişdir. *0. Bakı şəhəri Orconikidze (indiki Suraxanı rayonu) rayon qeydiyyat şöbəsi tərəfindən 03.06.*966-cı il tarixdə verilmiş AZ seriyalı, **58007 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 (atası Məmmədsadıq Əbdülhüseyn oğlu, anası Ədilə Məmməd qızı) *0.05.*966-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 03.06.*966-cı il tarixdə 799 nömrə ilə qeyd edilmişdir. **. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ünvan 3 ünvanlanmış *8.*2.2024-cü il tarixli cavab məktubundan görünür ki, Ərizəçi həqiqətən qardaşı X4 vəfatına kimi və hal-hazırda da ünvan 1 ünvanında qeydiyyatsız yaşayır və onun dəfn xərcini ödəmişdir. *2. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *3.*2.2024-cü il tarixli cavab məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X4 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. *3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*8 “Bakı Baş Səhiyyə Mərkəzi” X*8 42 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi Məmmədsadıq qızına ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, mərhum X2 2 il ərzində poliklinikaya müraciət etmədiyi və sonuncunun xəstəliyini təsdiq edən heç bir sənədi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.

İşin faktiki halları.

*4. Ərizəçi qardaşı X4 09.*2.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə mərhumun qeydiyyata alındığı poliklinikaya, daha sonra Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından ölüm barədə akt qeydi tərtib edilməmişdir.

Tətbiq edilən hüquq.

*5. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

*6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. *7. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

*8. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən qardaşı X4 09.*2.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi qardaşının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qardaşının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməli olmuşdur.

20. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə gedən təcili və X8 stansiyası əməkdaşları tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun qəbiristanlıqda dəfn edilməsinə dair müvafiq bələdiyyədən arayış kimi sübutlarla da təsdiq edilmişdir. 2*. Göründüyü kimi, ərizəçinin qardaşı X4 09.*2.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *0.05.*966-cı il təvəllüdlü X4 09.*2.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. *0.05.*966-cı il təvəllüdlü X4 09.*2.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar