Məhkəmə qərarları › İş №2(010)-1843/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1843/2022

18.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1843/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi X2 iştirakı ilə Ərizəçi X2 maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X4 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 03.06.*96*-ci il təvəllüdlü anası - X* 20.*2.202*-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X3 03.06.*96*-ci il təvəllüdlüdür. Anası 20.*2.202*-ci il tarixdə ölmüşdür. O, 20.*2.202*-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, bina 80, mənzil **2 ünvanında ev şəraitində vəfat etmişdir. Ölümü barədə təcili tibbi yardıma və polisə məlumat verilmişdir. Onu da qeyd edir ki, anası 20.*2.202*-ci il tarixdə qohum qonşu və digər yas mərasimi iştirakçılarının iştirakı ilə Quba rayonunda yerləşən Rustov qəbirstanlığında dəfn etmişlər. Bir müddət sonra o mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etmələrini məsləhət görmüşlər. O, isə bu səbəbdən mərhum anasının ölüm faktının müəyyən edilərək məhkəmə qərarı ilə şəhadətnamə alınması üçün Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır və onun bu tələbini məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır. Məhkəməyə müraciət etməkdə məqsədi anası X* əksər dövlət orqanları, idarə və təşkilatlarında yaşaması kimi qeydə alınması ilə bağlıdır. Bundan əlavədə gələcəkdə vərəsəlik və digər hüquqlarımı həyata keçirməyi ilə bağlı müəyyən maneələrin yaranmasıdır. Məhkəmə iclasında ərizəçi X4 ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “X8”nin 253 nömrəli, *7.03.2022-ci il tarixli məktubundan görünür ki, 20.*2.202*-ci il tarixdə vəfat etdiyi qeyd olunan X* vəfat etməsi barədə sənədin alınması üçün ailə üzvləri X6 müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 03.06.*96*-ci il təvəllüdlü X* 20.*2.202*-ci il tarixdə vəfat etməsi faktını təsdiq edən tibbi sənədin alınması üçün müvafiq tibb müəssisəsinə müraciət olunmadığı və həmin sənədi hansı səbəblərdən əldə edə bilmədiyi məlum olmadığı üçün hazırki işə məhkəmədə baxılması mümkün hesab edilmir. Belə ki, tibb müəsissəsinin məktubundan aydın olur ki, ərizəçi müəsissəyə müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 4.8-ci bəndinə görə ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı işdə ərizəçinin tibb müəssisəsinə müraciət etməsi, bununla belə ölüm haqqında tibbi şəhadətnamənin hansı səbəbdən ala bilməməsini göstərən sübut ərizəyə əlavə edilməmişdir. AR MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3*0.*-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizəçi X2 maraqlı şəxs Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu tam şəkildə ərizəçi X2 özünə qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar