Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1858/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi
1. Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01544 saylı Barışıq Sazişinin təsdiq edilməsi, həmçinin tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun və 60 manat məbləğində mediasiya xərcinin maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2015-ci ildə ailə həyatı qurmuş, nikah həmin tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsində 324 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 dünyaya gəlmişlər. Bir müddət mehriban yaşadıqdan sonra ailədə müxtəlif səbəblərdən münaqişələr yaranmışdır. Ailə münasibətləri artıq formal xarakter daşıyır. Bu səbəbdən mediasiya təşkilatına müraciət etmişdir. Bakı 8 X3 aralarında xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01544 saylı barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01544 saylı barışıq sazişinin icra edilməməsi yetkinlik yaşına çatmamış uşaqların 'hüquq və mənafelərinin kobud şəkildə pozulmasıdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1 -ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyindən o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Maraqlı şəxs hazırki ərizə ilə razı olmadığını bildirdi.
İş materialları
5. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-01544 nömrəli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:
1. Tərəflər bu Saziş imzalandıqdan sonra AR Hacıqabul rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2015-ci il tarixli 324 nömrə ilə qeydə alınmış nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına razıdır.
2. Tərəflər birgə nikah münasibətindən doğulan övladları - xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 ananın (Ərizəçi) himayəsində qalmalarına razıdır.
3. Maraqlı şəxs Tofı̇ k oğlu birgə nikah münasibətindən doğulan övladları - xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Ərizəçi hər ayın 10-a dək hər uşaq üçün 150 manat olmaqla cəmi hər ay 300 manat aliment ödəməyə razıdır (Bu aliment məbləğini Ərizəçi təqdim etdiyi bank hesabına ödəməyə razıdır).
4. Ərizəçi birgə nikah münasibətindən doğulan övladları - xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 ilə Maraqlı şəxs Tofı̇ k oğlunun (ananın iştirakı olmadan) xx.xx.2024-cü il tarixdən etibarən ayda 4 dəfə olmaqla şənbə günü saat 10.00-dan bazar günü axşam saat 22.00-a dək (gecəni qalmaq şərtilə) ünsiyyətdə olmasına razıdır.
6. İş materiallarında olan qəbzlərdən görünür ki, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu və mediasiya orqanına 60 manat pul vəsaiti ödəmişdir.
İşin faktiki halları
7. İşin halları ondan ibarətdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmış və həmin sazişə əsasən, tərəflər yuxarıda qeyd olunan şərtlər barəsində razılığa gəlmişdirlər. Mövcud tələbdə ərizəçi maraqlı şəxsin hazırda barışıq sazişi şərtlərinə əməl etmədiyini qeyd edərək barışıq sazişinin təsdiq edilməsi zərurətinin yarandığını bildirir. Maraqlı şəxs isə təqdim edilən ərizə ilə razı olmadığını bildirir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Ərizənin məzmunu Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
9. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
10. «Uşaq hüquqları haqqında» Konvensiya
Həmin Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Məhkəmənin mövqeyi
11. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
12. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edir və maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
13. Məhkəmə qeyd edir ki, hazırkı barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə qeyd olunan şərtlər barədə barışıq sazişi imzalamışlar. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin təsdiq edilməsi qanuni və əsaslıdır.
Məhkəmə xərcləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Ərizə təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərci Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
16. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərci Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs Tofı̇ k oğlu arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/8/2024-01544 nömrəli barışıq sazişi aşağıda qeyd olunan şərtlərlə təsdiq edilsin: 1 Tərəflər bu Saziş imzalandıqdan sonra AR Hacıqabul rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2015-ci il tarixli 324 nömrə ilə qeydə alınmış nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına razıdır. 2 Tərəflər birgə nikah münasibətindən doğulan övladları - xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 ananın (Ərizəçi) himayəsində qalmalarına razıdır. 3 Maraqlı şəxs Tofı̇ k oğlu birgə nikah münasibətindən doğulan övladları xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Ərizəçi hər ayın 10-a dək hər uşaq üçün 150 manat olmaqla cəmi hər ay 300 manat aliment ödəməyə razıdır (Bu aliment məbləğini Ərizəçi təqdim etdiyi bank hesabına ödəməyə razıdır). 4 Ərizəçi birgə nikah münasibətindən doğulan övladları - xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 ilə Maraqlı şəxs Tofı̇ k oğlunun (ananın iştirakı olmadan) xx.xx.2024-cü il tarixdən etibarən ayda 4 dəfə olmaqla şənbə günü saat 10.00-dan bazar günü axşam saat 22.00-a dək (gecəni qalmaq şərtilə) ünsiyyətdə olmasına razıdır. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 60 manat mediasiya xərci Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov