Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1859/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərzəçi və Maraqlı şəxs ilə arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçi “aliment” tələbi ilə məhkəməyə müraciət etmək məqsədilə mediasiya arayışı almaq üçün xx.xx.2024-cü ildə mediasiya şurasına müraciət etmişdir. Orada cavabdehlə aralarında “Barışıq sazişi” bağlanmışdır. Lakin sazişin bağlanmasından iki ay on altı gün keçməsinə baxmayaraq Maraqlı şəxs alimenti vermir və verməyəcəyini bildirir. Bu səbəbdən də ərizəçi sazişin məcburi icrası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, maraqlı şəxslə aralarında barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs uşaqlarının saxlanılması üçün maddi yardım etmir və bir qəpikdə olsun aliment ödəmir. Övladı nevroloji xəstədir və hər ildə iki dəfə müalicə olunmalıdır. Lakin müalicəsini edə bilmir. Belə ki, maddi vəziyyəti ağırdır, cavabdeh də uşaqlarının saxlanılması üçün aliment ödəmir. Hazırda özü heç bir yerdə işləmir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edir. Məhkəmə iclasında dindirilən Maraqlı şəxs izahatında göstərdi ki, Ərizəçi ilə onun arasında barışıq sazişi bağlanmışdır. Lakin özü heç bir yerdə işləmədiyinə görə uşaqlarının saxlanılması üçün aliment ödəyə bilmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-829/2024 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış olan nikah pozulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli MŞB/6-0880 saylı barışıq sazişi bağlanmış və X11 əsasən tərəflər Ərizəçi və Maraqlı şəxs 02 oktyabr 2019-cu il 2356 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasına etiraz etmirlər, tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 xx.xx.2009-cu təvəllüdlü X3 anaları X1 himayəsində qalmasına razıdırlar. Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu təvəllüdlü X5 hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 4 (dörd yüz yetmiş) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra, barışıq sazişi könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/6-0880 saylı Barışıq Sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/6-0880 saylı Barışıq Sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: “X11 əsasən Ərizəçi ilə Maraqlı şəxs qarşılıqlı surətdə razılığa gəlirlər ki, «Tərəflər Ərizəçi və Maraqlı şəxs 02 oktyabr 2019-cu il 2356 nömrəsi ilə qeydə alınmış nikahın pozulmasına etiraz etmirlər, tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X2 xx.xx.2009-cu təvəllüdlü X3 anaları X1 himayəsində qalmasına razıdırlar. Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu təvəllüdlü X5 hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment ödəməyi öhdəsinə götürür.» Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1859/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1859/2024
07.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver