Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-188/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və Cavabdeh2 və onların etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının və cehizlərin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1 ədəd qolbaq, 1 ədəd sırğa, 1 ədəd sep və 1 ədəd üzük-kompelkt çəkisi 22 qr, İtalya qızılı dəyəri-2750 manat; 4 ədəd üzük-çəkisi 28 qr, İtalya qızılı dəyəri 3500 manat; 1 ədəd üzük və sırğa komlekt çəkisi 10 qr, Türk qızılı dəyəri 850 manat; 2 ədəd sep çəkisi 50 qr İtalyan qızılı 5750 manat; 1 ədəd qolbağ çəkisi 13 qr dəyəri 1625 manat; 1 ədəd sırğa çəkisi 8 qr, dəyəri 1000 manat, qızıl-zinət əşyalarının dəyəri 15475 manat; 4 ədəd döşək dəyəri 200 manat, 5 ədəd yorğan dəyəri 150 manat, 7 ədəd yasdıq dəyəri 105 manat, 10 ədəd divan üçün döşəkçə dəyəri 50 manat, 3 ədəd ədyal dəyəri 150 manat, 2 ədəd pakrıval dəyəri 110 manat, 2 ədəd süfrə dəyəri 40 manat, 5 ədəd üz dəsmalı dəyəri 15 manat, 5 ədəd qab dəsmalı dəyəri 20 manat, 5 ədəd can dəsmalı dəyəri 100 manat, 1 ədəd hamam dəsti dəyəri 50 manat, 7 ədəd pastel dəsti dəyəri 240 manat, 1 ədəd qazan dəsti dəyəri 150 manat, 1 ədəd nahar servisi dəyəri 300 manat, 1 ədəd güldan dəyəri 60 manat, 2 ədəd güldan qabı 100 manat, 2 ədəd konfet qabı 60 manat, 10 ədəd əl çantası 150 manat, 1 ədəd qaşıq dəsti 120 manat, 14 ədəd köynək 280 manat, 8 ədəd ziyafət paltar 560 manat, 20 ədəd şalvar 400 manat, 20 ədəd yay və qış üçün koftalar 300 manat, 3 ədəd idman dəsti dəyəri 120 manat, 1 ədəd gödəkcə dəyəri 130 manat, 3 ədəd kurtka dəyəri 80 manat, 4 ədəd idman ayaqqabısı dəyəri 100 manat, 4 ədəd boğazlıq dəyəri 180 manat, 3 ədəd yay ayaqqabısı dəyəri 75 manat, 5 ədəd toy ayaqqabısı dəyəri 150 manat, 3 ədəd fen dəyəri 60 manat, 3 ədəd xalça dəyəri 390 manat, 1 ədəd epilyator dəyəri 25 manat, ümumi dəyəri 4987 manat, qızıl-zinət əşyalarının özünü, əşyalar olmadığı təqdirdə ümumi dəyəri 20462 manat və mediatora ödənilən 51 manat, məhkəmə üçün ödənilən 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdeh1 ilə 08 oktyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından övladı yoxdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra onların ailə münasibətləri normal olmuş, bir-birlərinə qarşı hörmət və ehtiram göstərmişlər. Lakin sonradan cavabdehin ona qarşı münasibəti dəyişmiş, aralarında teztez ailə münaqişəsi yaranmağa başlamışdır. Bunun nəticəsində ailə münasibətləri pozulmuş və Suraxanı rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(010)-2464/2022 saylı qətnaməsi ilə nikaha xitam verilmişdir. 15 avqust 2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə bildiriş Cavabdeh1 verilsə də, cavabdeh həmin iclasda iştirak etməmişdir. Cavabdeh2 iclasda iştirak etsə də, onunla aralarında razılıq əldə olunmamışdır. Bu səbəbdən də qızıl-zinət əşyalarının və cehizlərin qaytarılması ilə bağlı işin məhkəməyə verilməsi qərarına gəlmişdir. 08 oktyabr 2017-ci il tarixdə o, X5 ilə ailə həyatı qurarkən həmin qızıl-zinət əşyaları ona hədiyyə olunmuşdur. O, gəlin gəldiyi evdən çıxarkən ona məxsus qızıl-zinət əşyaları həmin evdə qalmış və cavabdeh onları ona verməmişdir. Qeyd olunan fərdi yaşayış evində qalan ona məxsus qızıl-zinət və cehiz əşyalar: 1 ədəd qolbaq, 1 ədəd sırğa, 1 ədəd sep və 1 ədəd üzükkompelkt çəkisi 22 qr, İtalya qızılı dəyəri-2750 manat; 4 ədəd üzük-çəkisi 28 qr, İtalya qızılı dəyəri 3500 manat; 1 ədəd üzük və sırğa komlekt çəkisi 10 qr, Türk qızılı dəyəri 850 manat; 2 ədəd sep çəkisi 50 qr İtalyan qızılı 5750 manat; 1 ədəd qolbağ çəkisi 13 qr dəyəri 1625 manat; 1 ədəd sırğa çəkisi 8 qr, dəyəri 1000 manat, qızıl-zinət əşyalarının dəyəri 15475 manat; ona aid cehiz əşyaları isə 4 ədəd döşək dəyəri 200 manat, 5 ədəd yorğan dəyəri 150 manat, 7 ədəd yasdıq dəyəri 105 manat, 10 ədəd divan üçün döşəkçə dəyəri 50 manat, 3 ədəd ədyal dəyəri 150 manat, 2 ədəd pakrıval dəyəri 110 manat, 2 ədəd süfrə dəyəri 40 manat, 5 ədəd üz dəsmalı dəyəri 15 manat, 5 ədəd qab dəsmalı dəyəri 20 manat, 5 ədəd can dəsmalı dəyəri 100 manat, 1 ədəd hamam dəsti dəyəri 50 manat, 7 ədəd yataq dəsti dəyəri 240 manat, 1 ədəd qazan dəsti dəyəri 150 manat, 1 ədəd nahar servisi dəyəri 300 manat, 1 ədəd güldan dəyəri 60 manat, 2 ədəd güldan qabı 100 manat, 2 ədəd konfet qabı 60 manat, 10 ədəd əl çantası 150 manat, 1 ədəd qaşıq dəsti 120 manat, 14 ədəd köynək 280 manat, 8 ədəd ziyafət paltar 560 manat, 20 ədəd şalvar 400 manat, 20 ədəd yay və qış üçün koftalar 300 manat, 3 ədəd idman dəsti dəyəri 120 manat, 1 ədəd gödəkcə dəyəri 130 manat, 3 ədəd kurtka dəyəri 80 manat, 4 ədəd idman ayaqqabısı dəyəri 100 manat, 4 ədəd boğazlıq dəyəri 180 manat, 3 ədəd yay ayaqqabısı dəyəri 75 manat, 5 ədəd ziyafət ayaqqabısı dəyəri 150 manat, 3 ədəd fen dəyəri 60 manat, 3 ədəd xalça dəyəri 390 manat, 1 ədəd epilyator dəyəri 25 manat, ümumi dəyəri cəmi 4987 manat təşkil edir. Cavabdehlər ona həmişə şiddət göstərmiş, qaynatası Nizamidən isə həmişə qorxmuşdur. Buna görə də o anası ilə birlikdə evdən getmişdir. Hazırda cavabdehlər ona qarşı şər böhtan atmaqla, həmin qızıl-zinət əşyalarının və cehizlik əşyalarının ona qaytarmaqdan yayınırlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onun oğlu Samir onkoloji xəstədir. İddiaçı isə onun keçmiş gəlinidir. Gülgünün qardaşını evdən qovduqlarından 1 həftə onlarda qalmışdır, sonradan onun anası da onlara gələrək bir müddət onlarda qalmışdır. xx.xx.2021-ci ildə o bağa getmiş, lakin Gülgünün anasını özü ilə aparmamışdır. xx.xx.2021-ci il tarixdə o Gülgünlə anasının aptekə getdiyini görmüşdür. Lakin Gülgünün əlində çanta və digər əşyalar olmamışdır. Bir müddət gözlədikdən sonra Gülgünün bacısı onlara mesaj yazmışdır ki, Gülgün anası ilə çıxıb evlərinə getmişdir. Bununla bağlı o ət kombinatına getmiş və Gülgünün dayısının orda olmadığını görmüşdür. Gülgün bütün qızıllarını yığıb özü ilə aparmışdır. xx.xx.2021-ci ildə Nizami iddiaçının atasına zəng etmiş, lakin o qızının niyə getdiyini bilməmişdir. Qızılzinət əşyalarından nişan üzüyü alınanda Gülgün iştirak etməmişdir. O Gülgünə bir ədəd 1500 manata komplekt almış və həmin komplekt cəmi 20 qramdır, 585 əyarlıdır və qaşları brilyantdır. 1 ədəd nişan üzüyü 4.3 qramdır, 750 əyarlıdır, sarı qızıldır, 1 ədəd brilyant qaşı vardır, 1 ədəd bilərzik 585 əyarlı, 3 qram, 150 manat dəyərərində, 1ədəd üzük 585 əyarlı, 3 qram, 1 ədəd sep 585 əyarlı, 2 qram, ayətəl kürsi yazılmış, 1 ədəd qalın üzük almış və həmin üzüyü sataraq 1 ədəd 585 əyarlı, 8 qram buta sırğa və 1 ədəd buta üzük almışdır. Yerdə qalan 1 ədəd nişan üzüyü, 1 ədəd 46 qramlıq boyunbağı, 1 ədəd sırğa isə onun özünə məxsusdur. O özünə məxsus qızıl-zinət əşyalarının övladları arasında bölüşəcəyini bildirmişdir. Bundan əlavə iddiaçının iddia ərizəsində göstərdiyi cehiz əmlaklarının hamısı mənzildə mövcud deyildir. Belə ki, iddiaçı cehiz əmlaklarının sayını və dəyərini şişirtmişdir. O cehiz əmlaklarının hamısının geri qaytarılmasını iddiaçıya təklif etsə də, o əmlaklarının geri götürməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Cavabdeh2 dediklərini təsdiq edərək iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçıların izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş üzrə şahid X2 ifadə verərək bildirmişdir ki, o, həmin evdə yaşamır. İddiaçının qardaşı və anası bir müddət onlarda qonaq qismində qalmışdır. Onlar bağa gedərkən Gülgün öz anası ilə evdə tək qalmışdır. Bir gün Gülgün aptekdən dərman almaq adı ilə evdən cıxmış və sonra məlum olub ki, o anası ilə razılaşaraq evdən çıxıb getmişdir. Onun həyat yoldaşı Cavabdeh2 görmüşdür ki, Gülgün qızılları da özü ilə aparmışdır. O qızılları anasının və dayısının vasitəsilə aparmışdır. Onlar fikirləşmişlər ki, yəqin ki, onun oğlu ilə gəlini Gülgün bir müddət sonra barışacaqlar. İş üzrə şahid Baıramov Bakir ifadə verərək bildirmişdir ki, o, onlara tez-tez gedibgəlmişdir. İddiaçının qızılların aparmasını görməmişdir. Anasının onlarda qaldığını bacısından eşitmiş, lakin görməmişdir. İş üzrə şahid X1 ifadə verərək bildirmişdir ki, Gülnarənin qonşusudur. Gülgünün anası və qardaşı mütəmadi gəlib onlarda qalırdılar. O, bir gün Gülgünün qardaşını və onun yanında bir oğlanı görmüş və onların əllərində isə çanta olmuşdur. Lakin çantada nə olduğunu bilməmişdir. Qonşusu Gülnarə ona demişdir ki, Gülgün qızılları aparmışdır. İş üzrə şahid Omarova Khatuna ifadə verərək bildirmişdir ki, o, həkimə getmək üçün Gülnarə gilə gəlmişdir. Gülgünün anası və qardaşı da Gülnarə gildə qalırdılar. 15 oktyabr 2022-ci ildə baldızı ondan halva bişirməsini xahiş etmişdir. Onlar çay içərkən Gülgünün anası gəlmiş və onlar başqa otağa keçib söhbət etmişlər. Sonra Gülgün anası ilə aptekə getmək istədiyini bildirmişdir. Gülnarə də mağazaya yemək üçün bir şeylər almağa getmişdir. Daha sonra baldızının qızının telefonuna mesaj gəlmişdir ki, Gülgün anası ilə birlikdə rayona getmişdir. Həmin gün bildilər ki, Gülgün qızılları da özü ilə aparmışdır. O, toyda Gülgünə hədiyyə olaraq bir ədəd qolbaq almışdır. Buta formasında olan sırğalar isə iddiaçının qulağında görmüşdür. İş materiallarına əlavə edilmiş Nizami rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 11 oktyabr 2022-ci il tarixli aktda qeyd edilir: “ünvan 1 ünvanında cavabdehlərə məxsus evdə yerləşən İddiaçı məxsus olan 1 ədəd qolbaq, 1 ədəd sırğa, 1 ədəd sep və 1 ədəd üzük-kompelkt çəkisi 22 qr, İtalya qızılı dəyəri-2750 manat -yoxdur; 4 ədəd üzük-çəkisi 28 qr, İtalya qızılı dəyəri 3500 manat-yoxdur; 1 ədəd üzük və sırğa komlekt çəkisi 10 qr, Türk qızılı dəyəri 850 manat -yoxdur; 2 ədəd sep çəkisi 50 qr İtalyan qızılı 5750 manat -yoxdur; 1 ədəd qolbağ çəkisi 13 qr dəyəri 1625 manat -yoxdur; 1 ədəd sırğa çəkisi 8 qr, dəyəri 1000 manat-yoxdur. Heç bir qızıl əşya aşkar olunmadı. 4 ədəd döşək dəyəri 200 manat -vardır, 5 ədəd yorğan dəyəri 150 manat-vardır, 7 ədəd yasdıq dəyəri 105 manat- vardır, 10 ədəd divan üçün döşəkçə dəyəri 50 manat -vardır, 3 ədəd ədyal dəyəri 150 manat- 2 ədəd var, biri yoxdur, 2 ədəd pakrıval dəyəri 110 manat- 1 ədəd var, biri yoxdur, 2 ədəd süfrə dəyəri 40 manat-vardır, 5 ədəd üz dəsmalı dəyəri 15 manatvardır, 5 ədəd qab dəsmalı dəyəri 20 manat- 3 ədədi var, ikisi yoxdur, 5 ədəd can dəsmalı dəyəri 100 manat- 3 ədədi var, 1 ədəd hamam dəsti dəyəri 50 manat-vardır, 7 ədəd pastel dəsti dəyəri 240 manat-vardır, 1 ədəd qazan dəsti dəyəri 150 manat-vardır, 1 ədəd abedni servis dəyəri 300 manat-vardır, 1 ədəd güldan dəyəri 60 manat -vardır, 2 ədəd güldan qabı 100 manat-yoxdur, 2 ədəd konfet qabı 60 manat-vardır, 10 ədəd əl çantası 150 manat-4 var, 1 ədəd qaşıq dəsti 120 manat-vardır, 14 ədəd köynək 280 manat-1 ədəd köynək var, 13 yoxdur, 8 ədəd toyluq paltar 560 manat- 4 ədəd var, 20 ədəd şalvar 400 manat-yoxdur, 20 ədəd yay və qış üçün koftalar 300 manat-yoxdur, 3 ədəd spartivni dəsti dəyəri 120 manat-2 vardır, 1 ədəd gödəkcə dəyəri 130 manat-vardır, 3 ədəd kurtka dəyəri 80 manatvardır, 4 ədəd idman ayaqqabısı dəyəri 100 manat-2 ədədi var, 4 ədəd boğazlıq dəyəri 180 manat-2 ədədi var, 3 ədəd yay ayaqqabısı dəyəri 75 manat-yoxdur, 5 ədəd toy ayaqqabısı dəyəri 150 manat-vardır, 3 ədəd fen dəyəri 60 manat-yoxdur, 3 ədəd xalça dəyəri 390 manat-vardır, 1 ədəd epilyator dəyəri 25 manat-vardır”. İş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(012)-4609/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qarşı qızıl-zinət əşyalarının qaytarılması barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli 2(105)-512/2013 nömrəli qətnaməsindən görünür ki, Abşeron rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(012)-4609/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qızıl-zinət əşyalarının bazar dəyərinin müəyyən edilməsi haqqında qiymətləndirmə hesabatından görünür ki, brilyant qaşlı İtalyan qızılı komplekt dəst ( 1 ədəd qolbağ, 1 ədəd sırğa, 1 ədəd sep, 1 ədəd üzük) 1 dəst 22 qram, 750 əyyar; üzük İtalyan qızılı 4 ədəd 28 qram, 750 əyyar; üzük və sırğa komplekt Türk qızılı 1 dəst 10 qram 585 əyyar; boyunbağı İtalyan qızılı 2 ədəd 50 qram 750 əyyar; qolbaq İtalyan qızılı 1 ədəd 8 qram 750 əyyar; sırğa İtalyan qızılı 1 ədəd 8 qram 750 əyyar, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirməyə təqdim edilmiş qızıl-zinət əşyalarının 19 oktyabr 2022-ci il tarixinə hesablanmış ümumi bazar dəyəri 14800 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tarixli 9/9426 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 4443,00 manat müəyyən olunur. İş materiallarında olan "MBA LTD” MMC-nin MB-15/1339 saylı aktında göstərilən qızıl-zinət əşyalarının orta nazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 13660,00 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan ona məxsus qızıl-zinət əşyalarının bir qismi cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi fotoşəkillərə baxış keçirilərkən və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçının toy mərasimində üzərində həqiqətən qızıl-zinət əşyalarının olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan, iddiaçının evdən hansı şəraitdə getməsi halından təsdiq olunur ki, iddiaçı anası ilə birlikdə evdən valideynlərinin evinə qonaq qismində getmiş və özü ilə qızıl-zinət əşyalarını aparmamış, həmin qızıl-zinət əşyaları cavabdehin yaşadığı mənzildə qalmışdır. Cavabdehlərin izahatından müəyyən olunmuşdur ki, toyda iddiaçıya qızıl-zinət əşyaları alınmış və həmin qızıl-zinət əşyaları isə onlara məxsus evdə olmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçının həmin qızıl-zinət əşyalarının aparılması barədə sübut təqdim olunmamışdır. Məhkəmə, belə qənaətə gəlir ki, iddiaçıya toy ərəfəsində qızıl-zinət əşyalarının alınması və ona hədiyyə verilməsi, həmçinin hədiyyə edilmiş əmlakın cavabdehdə qalması iş üzrə sübutlarla təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına məxsus olan – 4 ədəd döşək dəyəri 150 manat, 5 ədəd yorğan dəyəri 100 manat, 7 ədəd yastıq dəyəri 80 manat, 10 ədəd divan üçün döşəkcə dəyəri 50 manat, 2 ədəd ədyal dəyəri 70 manat, 1 ədəd pakrıval dəyəri 30 manat, 2 ədəd süfrə dəyəri 15 manat, 5 ədəd əl-üz dəsmalı dəyəri 15 manat, 3 ədəd qab dəsmalı dəyəri 20 manat, 2 ədəd can dəsmalı dəyəri 16 manat, 1 ədəd hamam dəsti dəyəri 50 manat, 7 ədəd pastel dəsti dəyəri 240 manat, 1 ədəd qazan dəsti dəyəri 100 manat, 1 ədəd nahar servisi dəyəri 200 manat, 1 ədəd güldan dəyəri 25 manat, 2 ədəd konfet qabı dəyəri 40 manat, 4 ədəd əl çantası dəyəri 32 manat, 1 ədəd qaşıq dəsti dəyəri 25 manat, 14 ədəd köynək dəyəri 130 manat, 4 ədəd toyluq paltar dəyəri 160 manat, 7 ədəd şalvar dəyəri 140 manat, 20 ədəd yay və qış koftaları dəyəri 150 manat, 3 ədəd idman geyimi dəsti dəyəri 70 manat, 1 ədəd gödəkcə dəyəri 130 manat, 3 ədəd kurtka dəyəri 80 manat, 4 ədəd idman ayaqqabısı dəyəri 70 manat, 4 ədəd boğazlıq dəyəri 100 manat, 3 ədəd yay ayaqqabısı dəyəri 45 manat, 5 ədəd toy ayaqqabısı dəyəri 150 manat, 3 ədəd fen dəyəri 45 manat, 3 ədəd xalça dəyəri 390 manat, 1 ədəd epilyator dəyəri 25 manat dəyərində olmaqla cəmi dəyəri 2943 (iki min doqquz yüz qırx üç) manat olan əmlaklar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qaytarılmalıdır. İddiaçı Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına məxsus 1 ədəd komplekt (qolbağ, sırğa, sep və üzük) çəkisi 20 qram, ağ qızıl, 750 əyarlı və brilyant qaşlarla, 1 ədəd nişan üzüyü 4.3 qram, 750 əyarlı, sarı qızıl, 1 ədəd brilyant qaşlı, 1 ədəd bilərzik 585 əyarlı, 3 qram, sarı qızıl, 1ədəd üzük 585 əyarlı, 3 qram, sarı qızıl, 1 ədəd üzük 750 əyarlı, 3 qram, xırda qaşlı, 1 ədəd sep 585 əyarlı, 2 qram, ayətəl kürsi yazılmış, 1 ədəd 585 əyarlı, 8 qram buta sırğa və 1 ədəd buta üzükdən ibarət qızıl-zinət əşyaları cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada alınaraq iddiaçı Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qaytarılmalıdır. Qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 4443 (dörd min dörd yüz qırx üç) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına məxsus olan – 4 ədəd döşək dəyəri 150 manat, 5 ədəd yorğan dəyəri 100 manat, 7 ədəd yastıq dəyəri 80 manat, 10 ədəd divan üçün döşəkcə dəyəri 50 manat, 2 ədəd ədyal dəyəri 70 manat, 1 ədəd pakrıval dəyəri 30 manat, 2 ədəd süfrə dəyəri 15 manat, 5 ədəd əl-üz dəsmalı dəyəri 15 manat, 3 ədəd qab dəsmalı dəyəri 20 manat, 2 ədəd can dəsmalı dəyəri 16 manat, 1 ədəd hamam dəsti dəyəri 50 manat, 7 ədəd pastel dəsti dəyəri 240 manat, 1 ədəd qazan dəsti dəyəri 100 manat, 1 ədəd nahar servisi dəyəri 200 manat, 1 ədəd güldan dəyəri 25 manat, 2 ədəd konfet qabı dəyəri 40 manat, 4 ədəd əl çantası dəyəri 32 manat, 1 ədəd qaşıq dəsti dəyəri 25 manat, 14 ədəd köynək dəyəri 130 manat, 4 ədəd toyluq paltar dəyəri 160 manat, 7 ədəd şalvar dəyəri 140 manat, 20 ədəd yay və qış koftaları dəyəri 150 manat, 3 ədəd idman geyimi dəsti dəyəri 70 manat, 1 ədəd gödəkcə dəyəri 130 manat, 3 ədəd kurtka dəyəri 80 manat, 4 ədəd idman ayaqqabısı dəyəri 70 manat, 4 ədəd boğazlıq dəyəri 100 manat, 3 ədəd yay ayaqqabısı dəyəri 45 manat, 5 ədəd toy ayaqqabısı dəyəri 150 manat, 3 ədəd fen dəyəri 45 manat, 3 ədəd xalça dəyəri 390 manat, 1 ədəd epilyator dəyəri 25 manat dəyərində olmaqla cəmi dəyəri 2943 (iki min doqquz yüz qırx üç) manat olan əmlaklar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qaytarılsın. İddiaçı Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına məxsus 1 ədəd komplekt (qolbağ, sırğa, sep və üzük) çəkisi 20 qram, ağ qızıl, 750 əyarlı və brilyant qaşlarla, 1 ədəd nişan üzüyü 4.3 qram, 750 əyarlı, sarı qızıl, 1 ədəd brilyant qaşlı, 1 ədəd bilərzik 585 əyarlı, 3 qram, sarı qızıl, 1ədəd üzük 585 əyarlı, 3 qram, sarı qızıl, 1 ədəd üzük 750 əyarlı, 3 qram, xırda qaşlı, 1 ədəd sep 585 əyarlı, 2 qram, ayətəl kürsi yazılmış, 1 ədəd 585 əyarlı, 8 qram buta sırğa və 1 ədəd buta üzükdən ibarət qızıl-zinət əşyaları cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada alınaraq iddiaçı Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qaytarılsın. Qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 4443 (dörd min dörd yüz qırx üç) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-188/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-188/2023
07.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver