Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1882/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 05.**.*970-ci il tarixdə doğulmuş X*0 20.*2.*970-ci il tarixdə Qafan rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 25.*2.*995-ci il tarixdə vəfat etmiş X*7 onun atası, *9.03.*999-cu il tarixdə vəfat etmiş X7 isə onun anasıdır. 05.**.*970-ci il tarixdə doğulmuş X*8 isə onun qardaşıdır. X* ilə birlikdə 20.*2.*970-ci il tarixdə Ermənistanın Qafan rayonunun Gülətağı kəndində olan zaman X*8 həmin kənddə yerləşən arxa düşərək vəfat etmişdir. X*0 *4.*2.*970-ci il tarixdə vəfat etməsinə baxmayaraq, valideynləri qeydiyyat şöbəsinə müraciət etmədiklərinə görə onun ölümü qeydə alınmamışdır. 23.*0.*975-ci il tarixli, *48200 nömrəli orderə əsasən, atası – X*2 ailə üzvləri ilə birlikdə yaşaması üçün Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4448-49-cu kvartal, ev 6, mənzil 75 verilmişdir. Həmin orderdə ailə üzvlərinin siyahısında mərhum qardaşı – X*0 da adı qeyd edilmişdir. Bu səbəbdən də hal-hazırda həmin mənzili sənədləşdirmək üçün ondan X*0 ölümü haqqında şəhadətnamə tələb edilir. O, mərhum qardaşı – X*0 ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qardaşının ölümü haqqında şəhadətnaməni başqa yolla əldə etməsi mümkün olmadığı üçün hesab edir ki, məhkəmə qətnaməsi ilə qardaşı – X*3 ölüm faktı müəyyən edilməlidir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəni müdafiə etdiyini bildirdi. Həmçinin qeyd etdi ki, qardaşının ölüm tarixini dəqiq bilmir. Belə ki, ona uşağın təxminən iki aylıq vaxtında öldüyü deyilmişdir. Amma artıq nə anası, nə də digər qohumlar həyatda olmadığından dəqiq tarixin nə vaxt olduğunu deyə bilmir. Hər bir halda məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi (atası X*9, anası X6) xx.xx.*975-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 27.*2.*975-ci il tarixdə *623 nömrə ilə qeyd edilmişdir.
6. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, ərizəçinin qardaşı 05.**.*970-ci il təvəllüdlü X*0 ölümü haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və ərizənin icrasından imtina edilmişdir.
7. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 2*.05.*999-cu il tarixdə verilmiş V-JQ seriyalı, 346280 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 *9.03.*999-cu il tarixdə “ürəyin dayanması” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2*.05.*999-cu il tarixdə 56 nömrə ilə qeyd edilmişdir.
8. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 429939 nömrəli ölüm haqqında şəhadətnamənin (təkrar) notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*7 25.*2.*995-ci il tarixdə “miokard infarktı” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 20.05.*999-cu il tarixdə 2*-B nömrə ilə qeyd edilmişdir.
9. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*7 və X4 nikahı haqqında *9.*2.*970-ci il tarixdə 344 nömrəli akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra arvada Xuduşova soyadı verilmişdir. *0. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən *3.03.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X*8 (atası X*7, anası X7) 05.**.*970-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *9.*2.*970-ci il tarixdə *244 nömrə ilə qeyd edilmişdir.
Şahid ifadələri.
**. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Ərizəçi onun qardaşının oğludur. Onun qardaşı Vüqar Xuduşov ailənin birinci uşağı olmuşdur. O, hələ körpə vaxtı Qafan rayonunda ailəvi gəzintidə olarkən nəzarətdən kənarda qalmış, ehtiyatsızlıqdan arxa yıxılıb ölmüşdür. Uşağın suya yıxıldığını gec bilmişlər. Hadisə *970-ci ildə olmuşdur. Amma uşağın öldüyü tarixi dəqiq xatırlamır.
İşin faktiki halları.
*2. Ərizəçi mərhum qardaşı 05.**.*970-ci il təvəllüdlü X*0 20.*2.*970-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. O, qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından ölüm barədə akt qeydi tərtib edilməmişdir.
Tətbiq edilən hüquq.
*3. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
*4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. *5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
*6. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum qardaşı 05.**.*970-ci il təvəllüdlü X*0 20.*2.*970-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 05.**.*970-ci il təvəllüdlü X*0 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi qardaşının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qardaşının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *8. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X5 ifadəsində ərizəçinin qardaşı, özünün isə qardaşı oğlu olan 05.**.*970-ci il təvəllüdlü X*0 elə *970-ci ildə Qafan rayonunda öldüyünü təsdiqləmiş, lakin ölüm tarixini dəqiq xatırlamadığını bildirmişdir. *9. Məhkəmə hesab edir ki, iddia olunan ölüm hadisəsinin 55 il əvvəl baş verməsi, aradan keçən zamanda ölən uşağın hər iki valideyninin vəfat etməsi, ailədə ondan daha böyük uşağın olmaması, zaman etibarilə hadisəyə şahid olmuş həyatda qalan başqa şahidlərin tapılmasının imkan daxilində olmaması, eləcə də ölüm hadisəsinin Ermənistan SSR-in ərazisində baş verməsi və bu səbəbdən mərhumun dəfni/dəfn edildiyi yerlə bağlı əlavə sübutların təqdim edilməsinin ərizəçidən asılı olmayan səbəblərdən mümkün olmaması kimi hallar nəzərə alınmalı, məhkəməyə təqdim edilməsi mümkün olan yeganə sübut - X2 ifadəsi əsasında 05.**.*970-ci il təvəllüdlü X*0 *970-ci ildə öldüyü müəyyən edilməlidir.
20. Lakin məhkəmə hesab edir ki, məhkəmə iclasında ifadəsi dinlənilən şahid, eləcə də ərizəçi özü də 05.**.*970-ci il təvəllüdlü X*0 ölümünün konkret tarixi barədə heç bir məlumat verə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, bu barədə heç bir sübut təqdim edilmədiyindən ölümün *970-ci ilin konkret olaraq hansı tarixində baş verməsi məhkəmə tərəfindən müəyyən edilə bilməz. Odur ki, ərizə bu hissədə qismən təmin edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, 05.**.*970-ci il təvəllüdlü X*0 *970-ci ildə Ermənistan SSR, Qafan rayonunda ölməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. 05.**.*970-ci il təvəllüdlü X*0 *970-ci ildə Ermənistan SSR, Qafan rayonunda ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva