Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1905/2024 14.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair (maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi) ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 08.04.*96*-ci il təvəllüdlü atası X5 **.08.2023-cü il tarixdə ölüm faktının müəyyən edilməsi və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinin üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin həcminin azaldılması Ərizəçi *8.04.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən mərhum atası X5 **.08.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 08.04.*96*-ci il təvəllüdlü atası X*0 xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəlik səbəbindən də Milli Onkologiya Mərkəzində ambulator müalicə alırdı. **.08.2023-cü il tarixdə evdə qəflətən səhhəti pisləşmiş və həmən günü vəfat etmişdir. Vəfat etdiyi günün səhəri, yəni *2.08.2023-cü il tarixdə Tərtər rayonu Qaynaq kənd qəbiristanlığında dəfn edilmişdir. Bu barədə Tərtər rayonu Qaynaq kənd icra nümayəndəliyi tərəfindən 25 dekabr 2023-cü il tarixli arayış da verilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, sözügedən şöbənin 20.*2.2023-cü il tarixli, 3-*6-5/7-*332-*5-23 nömrəli cavab məktubu ilə imtina verilmişdir. Hal-hazırda 08.04.*96*-ci il təvəllüdlü atası X5 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, 08.04.*96*-ci il təvəllüdlü atası X*0 xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəlik səbəbindən də Milli Onkologiya Mərkəzində ambulator müalicə alırdı. **.08.2023-cü il tarixdə atasının səhhəti qəflətən pisləşmiş və həmin gün vəfat etmişdir. Hal-hazırda 08.04.*96*-ci il təvəllüdlü atası X5 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunun nəzərə alınmasını və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası xərçəng xəstəliyinə tutulmuş və həmin xəstəlikdən əziyyət çəkdiyi dövrdə o, xəstənin yanına hərdən gedib-gəlmişdir. Ərizəçinin atasının səhhəti pisləşdikdən sonra anasının yanına aparılmış və orada ev şəraitində vəfat etmişdir. Onun vəfatından sonra məhlədə yas mərasimi də təşkil olunmuşdur ki, o, özü də həmin mərasimdə iştirak etmişdir. Daha sonra mərhum Tərtər rayonunda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 ifadəsində bildirdi ki, ərizəçi onun bacısı, ölüm faktı müəyyən edilməli olan şəxs isə atasıdır. Atası keçən il avqust ayının **də vəfat etmişdir. Belə ki, atası xərçəng xəstəliyindən əziyyət çəkmiş və Milli Onkologiya Mərkəzində qeydiyyatda olmaqla orada müalicə almışdır. Vəfatından 2-3 gün qabaq heç su da içməmiş, vəziyyəti get-gedə pisləşmişdir. Atası vəfat edən zaman o, özü də evdə olmuşdur. Atasının vəfatından sonra Qaraçuxur qəsəbəsində həyətdə yerləşən xeyir-şər evində yas mərasimi keçirilmiş və daha sonra atası Tərtər rayonunda dəfn edilmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Yevlax şəhər qeydiyyat şöbəsi tərəfindən 08.02.*990-cı il tarixdə verilmiş XV-JQ seriyalı, 259747 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X9 (atası X*0, anası X6) xx.xx.*990-cı il tarixdə Yevlax rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 08.02.*990-cı il tarixdə **5 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X*8 Təcili və X8 Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcilli tibbi yardım briqadası **.08.2023-cü il saat *9:07 tarixində çağırış üzrə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev *2 ünvanında yerləşən mənzilə gələrək xəstə X5 həkimə qədər ölməsi faktını aşkar etmişlər. Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qaynaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25.*2.2023-cü il tarixdə verilmiş 448 nömrəli arayışdan müəyyən olunur ki, X* qəbristanlığında dəfn olunmuş və daha sonra icra həmin ərazi üzrə icra nümayəndəsi tərəfindən mərhumun məzarına baxış keçirilərək məzarın üzərində mərhumun dəfn tarixinin (*2.08.2023-cü il) qeyd olunduğunu aşkar etmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 20.*2.2023-cü il tarixdə Ərizəçi ünvanlanmış 3-*6-5/7-*332-*5-23 saylı cavab məktubundan müəyyən olunur ki, ona ölüm faktının qeydə alınması ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*8 “Bakı Baş Səhiyyə Mərkəzi” X*8 43 nömrəli şəhər poliklinikası tərəfindən 30.*2.2023-cü il tarixdə Ərizəçi ünvanlanmış 969 nömrəli cavab məktubundan müəyyən olunur ki, xəbərdarlıq vərəqəsinə əsasən ərizəçinin mərhum atası 08.04.*96*-ci il təvəllüdlü X*0 **.08.2023-cü il tarixdə rəhmətə getmişdir və mərhumun vəfatından *4* gün keçdiyi üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. 2 ədəd fotoşəkildən üzərində “X*0. 08.04.*96* – *2.08.2023” yazılı qəbir daşı görünür. 28.*2.2023-cü il tarixli, *3304933*4 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi tərəfindən hazırki ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum atası X5 **.08.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 həkimə qədər ölümü ilə bağlı Təcili və X8 Stansiyası tərəfindən xəbərdarlıq vərəqəsi verilmişdir. Sonradan ərizəçi X5 ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-ə müraciət etmiş, lakin mərhumun vəfatından *4* gün keçdiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Bununla əlaqədar olaraq qeydiyyat orqanı tərəfindən ölümün qeydə alınmasından imtina edilmişdir. Bu səbəbdən ərizəçi mərhum atasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum atasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı X5 **.08.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev *2 ünvanında vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 08.04.*96*-ci il tarixdə Yevlax rayonu, Meşə qəsəbəsində anadan olmuş X5 **.08.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev *2 ünvanında ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. 08.04.*96*-ci il tarixdə Yevlax rayonu, Meşə qəsəbəsində anadan olmuş X5 **.08.2023-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi, ev *2 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva