Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1922/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X*2 qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. 06 aprel *975-ci il tarixdə verilmiş İ-ЖГ seriyalı 3*5*7* №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X4 arasında 06 aprel *975-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 aprel *975-ci ildə 2* nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Müzəffərov, arvada Müzəffərova soyadı verilmişdir.
2. Bakı şəhər Təcili və X7 Stansiyasının 22 saylı bölməsinin *8 yanvar.2023-cü il tarixli arayışdan görünür ki, *8.0*.2023-cü il tarixdə, saat *5:00-da X* adına təcili tibbi yardım çağırışı daxil olmuşdur. Xəstəyə “həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoyulmuşdur.
3. Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 03 mart 2023-cü il tarixli 25 №-li arayışından görünür ki, X2 *8 yanvar 2023-cü ildə vəfat etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, T.Tağızadə küçəsində yerləşən 4 saylı qəbiristanlıqda dəfn edilmişdir.
4. 4 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 03 mart 2023cü il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür.
İşin faktiki halları
5. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X2 *8 yanvar 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Kürdəxanı qəbiristanlığında dəfn edilmişdir. Sadəcə olaraq X* ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.
Ərizəçinin tələbi
6. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, *2 iyun *947-ci il təvəllüdlü X* *8 yanvar 2023-cü il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
7. İş üzrə maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
8. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, Ərizəçi 06.04.*975-ci il tarixdən X2 ilə rəsmi nikah münasibətində olmuş və ailə üzvləri ilə birgə Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, AB Y/M, ev 68, mənzil *7 ünvanında yaşamışlar. Həyat yoldaşı Nəriman son illərdə diabet, ürək, mədə altı vəzindən 8-9 dəfə əməliyyat olmuş və bir neçə aydır ki, ağır yataq xəstəsi kimi yaşamışdır. Təqribi olaraq *4.0*.2023-cü il tarixdən yemək yeməyərək vəziyyəti ağırlaşmağa başlamış, *8.0*.2023-cü il tarixdə günorta saat *5:00 radələrində halı tamam pisləşmiş, həmin vaxt təcili yardıma zəng edilmiş, onlar gəldikdə artıq rəhmətə getmişdir. Təcili və Təxirə salınmaz Tibbi yardım stansiyasının həkimi ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişdir. Səhəri gün mərhum Sabunçu rayonu, Kürdəxanı Bələdiyəsi ərazisindəki qəbirsanlıqda dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamə gələcəkdə sənədləşmə işlərinin aparılması üçün lazımdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Səriyyə onun qonşusudur. Səriyyənin yoldaşı Nəriman uzun müddətdir yataq xəstəsi idi və vəfat edən zaman o, şəxsən orda olmuşdur. Sonradan bir qonşu kimi mərhumun dəfnində də iştirak etmişdir. *0. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, Səriyyə onun bacısı, mərhum isə bacısının yoldaşıdır. Mərhum uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirdi və yataq xəstəsi idi. Mərhumunun həyatının sonuna 3 gün qalmış vəziyyəti çox pisləşmiş və vəfat etmişdir. Həmin üç günü o, bacısıgildə qalmış və hadisələrə şahid olmuşdur. **. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, mərhum onun qayınatası olmuşdur. Qayınatası uzun zamandır davam edən yataq xəstəliyi səbəbindən *8 yanvar 2023-cü il tarixdə vəfat etmiş və dəfndə o da iştirak etmişdir.
Tətbiq edilən hüquq
*2. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*5. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *6. Məhkəmə hesab edir ki, X* *8 yanvar 2023-cü il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun ərinin ölüm faktı müəyyən olunmalıdır.
Məhkəmə xərcləri
*7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *8. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
*9. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X* *8 yanvar 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. X* *8 yanvar 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.