Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1928/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X**) "ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi Ərizəçi 0*.07.*942-ci il təvəllüdlü X*n *8.0*.2025-ci il tarixində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi atası X*3 oglu *8.0*.2025-ci il tarixində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 5 ev *3-də vəfat etmişdir. Vəfat etməmişdən bir neçə saat əvvəl saat 09-45 də 30 saylı poliklinikaya atasının vəziyyətinin ağır olduğunu bildirərək həkimə çağırış etmişdir. Ordan verilən məlumatla bildirdilər ki, həkim çağırışdadir. Çağırışdan azad olunandan sonra onlara gələcəklər. Onlar gələnə qədər atasının halı daha da pisləşmişdir. Onlar gələndə artıq atası bir neçə dəqiqə idi ki, keçinmişdir. Çağırışa gələn həkim ölümü təsdiqlədi. Özü təcili tibbi yardıma çağırış etmiş və onlar bir saat ərzində gəldilər. Xəstənin öldüyünü təsdiqlədilər. X* dini adət ənənə ilə Hövsan qəbirstanlığında dəfn etmişlər. Onun ölüm faktını dünyasını dəyişən günü evdə olan ev sakinləri və evdə olan qohumlar təsdiq edə bilərlər. X3 üçün ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhəri 6 saylı Bakı Asan xidmət X**nə ərizə ilə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Bu səbəbdən Suraxanı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X** məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. 6 saylı Bakı “Asan Xidmət” X** xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, iş yükünün çoxluğunu nəzərə alaraq, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X*0 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı qızıdır. Ərizəçi X3 onun bacısının əri idi. H.Hüseynovun 83 yaşı var idi və o, uzun müddət xəstə idi. Hüseynov Heydərin halı pisləşəndə ona məlumat verilmiş və o, Heydərgilə gəlmişdir. O, evə gələndə Heydər artıq canı verirdi. X7 *8.0*.2025-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Onu Zığ qəsəbə qəbirstanlığında dəfn etmişlər və o, dəfn, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*2 ifadəsində göstərdi ki, Ərizəçi onun dayısı qızıdır. Ərizəçi X3 onun dayısı idi. H.Hüseynovun 83 yaşı var idi və o, uzun müddət xəstə idi. O, hər həftənin beşinci günü Heydər dayısının evinə gəlirdi və gecəni orda qalırdı. Həftənin şənbə günü səhər saatlarında Heydər dayısının halı pisləşmiş və o, dayısı *8.0*.2025-ci il tarixində vəfat etmişdir. X2 *8.0*.2025-ci il tarixdə yaşadığı evdə vəfat etmiş və mərhumu Zığ qəsəbə qəbirstanlığında dəfn etmişlər və o, dəfn, yas mərasimlərində iştirak etmişdir. İş materialları Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının *8.0*.2025-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqindən görünür ki, həmin tarixdə saat *3:05-də Zığ qəsəbəsi, H.Allahverdiyev küç.5 mən.*3 ünvanında X4 adına çağırış olmuş və çağırışa gəən həkim «kişi cinsli meyit (həkimə qədər ölüm)» aşkar etmişdir. 6 saylı Bakı Asan xidmət X** tərəfindən 3*.0*.2025-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, onun X3 *8.0*.2025-ci il tarixində ölüm haqqında tibbi şəhadətnamə tərəfindən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında atanızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanı xaricindədir. Şaumyan rayon VVAQ şöbəsi tərəfindən 30.03.*974-cü il tarixdə verilmiş doğüm haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.*974-cü ildə doğulmuş və valideynləri X7 ilə X8r. 30 nömrəli Şəhər Poliklinikasının 30.0*.2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, *8.0*.2025-ci il tarixində vəfat etmiş atası 0*.07.*942-ci il təvəllüdlü X6 30 nömrəli Ambulatoriyaya heç bir xəstəliklə əlaqədar müraciəti olmadığı üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə (Forma *06) verilməmişdir. Hövsan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi atası mərhum X9 *8.0*.2025-ci ildə vəfat etmişdir. *8.0*.2025-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu y/s qəbristanlığında dəfn olunmuşdur. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi *4.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. *06.* İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 2*7.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 2*8.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.* Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.** Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası 0*.07.*942-ci il təvəllüdlü X7 *8.0*.2025-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Ərizəçi atası 0*.07.*942-ci il təvəllüdlü X4 ölümü haqqında şəhadətnamə almaq üçün 6 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin X*n ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 0*.07.*942-ci il təvəllüdlü X4 *8.0*.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X4 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 0*.07.*942-ci il təvəllüdlü X4 *8.0*.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X4 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1928/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1928/2025
14.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver