Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1933/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəçi anası X1 xx.xx.1999-cu il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi anası - X5 xx.xx.1945-ci ildə Kiyev vilayətinin (Ukrayna) Kiyev şəhərində doğulmuşdur və atası - X8 ilə xx.xx.1945-ci ildə nikaha daxil olmuşdur. Səhhətində öncədən mövcud olan xəstəliklərin ağırlaşması nəticəsində ambulator şəraitdə V.Adıgözəlovanın müalicəsini davam etdirmək mümkün olmadığından 1984-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində müalicəsini davam etdirmişdir. Ərizəçi 1996-cı ilə qədər mütəmadi şəkildə anası müalicə aldığı müəssisədə ziyarət etmiş, müalicəsinin gedişatı barədə həkimlərdən məlumat almışdır. Sonradan, həm öz səhhətində yaranan problemlərlə əlaqədar, həm də anasının xəstəliklərinin kəskinləşərək, ərizəçini görmək istəməməsi ilə əlaqədar ziyarət edə bilməmişdir. Belə ki, epilepsiya ilə əlaqədar ağıl zəifliyindən əziyyət çəkirdi və bəzən ərizəçini tanımırdı. Sonradan əldə etdiyi məlumata əsasən ərizəçinin anası xx.xx.1999-çu ildə müalicə aldığı tibb müəssisəsində - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində vəfat etmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar ərizəçinin anası X3 ölüm haqqında şəhadətnaməsini vaxtında ala bilməmişdir. Sonradan Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət etsə də, bildirdilər ki, epikriz (xəstəlik tarixindən çıxarış) sənədi ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas deyil, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında tibbi şəhadətnamə) olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Valentina anası idi, 3-cü uşaqdan sonra havalanmışdı. 1984-cü ildə xəstəxanaya yerləşdirmişdir. Arada gedib anasını görürdülər, sonra əlaqəsi kəsildi. Qardaşı anasını heç görməmişdi. Anası Hövsan qəsəbəsində dəfn olunub. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Sovet Sosialist Respublikaları ittifaqı vətəndaşının pasportundun görünür ki, X4 xx.xx.1945-ci il tarixdə Kiyev vilayətinin Kiyev şəhərində anadan olmuşdur. Lenin rayon VVADQ şöbəsi tərəfindən 26.Xİ.1965-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə doğulmuş, valideynləri X8 və X2. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ünvanlanmış məktubdan görünür ki, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində vəfat etmiş X4 ilə bağlı müraciətinə baxılmışdır. Təqdim etdiyi sənədlər əsasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata lə bağlı aidiyyət üzrə müraciət etməlidir. Respublika Psixiatrik Xəstəxanası tərəfindən verilmiş ambulator kitabçasının çıxarışından görünür ki, xx.xx.1945-ci il təvəllüdlü X4 xx.xx.1984-cü ildən xx.xx.1999-cu il tarixədək müalicədə olmuş və xx.xx.1999-cu ildə ölmüşdür. Diaqnozu ürəyin xroniki işemik xəstəliyi, ürək damar çatışmazlığı və epilepsiya nəticəsində ağıl zəifliyi. Zığ Bələdiyyəsinin xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi mərhum anası X3 xx.xx.1999-cu il tarixində vəfat etmiş, Zığ qəsəbəsi Dədə Qorqud qəbirstanlığında yerləşən Kimsəsizlər Qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası xx.xx.1945-ci il təvəllüdlü X4 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Ərizəçi anası X1 ölümü haqqında şəhadətnamə almaq üçün Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçinin anası X1 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1945-ci il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X6 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1945-ci il təvəllüdlü X1 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1933/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1933/2024
06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver