Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1951/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın 4 saylı Bakı şəhəri “Asan Xidmət” X2rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 01.07.1936-cı ildə Naxçıvan MR Şərur rayonunun Sədərək kəndində anadan olmuş X4 27.11.2020-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, 01 iyul 1936-cı il tarixdə Naxçıvan MR Şərur rayonu Sədərək kəndində anadan olmuş X11 onun anasıdır. Anası ölən günə qədər onunla ünvan 1 ünvanda qeydiyyatsız yaşamışdır. X18 son zamanlar qocalığı ilə əlaqədar xəstə olmuşdur. 27 noyabr 2020-ci il tarixdə anasının səhhəti qəflətən pisləşdiyindən onlar təcili tibbi yardım stansiyasına zəng vuraraq qardaşının kirayədə yaşadığı Suraxanı rayonu Qara-Cuxur qəsəbəsi R.Qurbanov küçəsi 4 saylı evə həkim dəvət etmişlər. Lakin təcili tibbi yardım həkimləri gələnədək anası həmin evdə ölmüşdür. Onlar 27 noyabr 2020-ci il tarixdə Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbirstanlıqda dəfn etmişlər. 27 noyabr 2020-ci il tarixə çağırışa gəlmiş təcili tibbi yardım həkimləri X1 öldüyünü görüb sahə həkimi üçün xəbərdalıq vərəqəsi vermişdir. O, həmin xəbərdarlıq vərəqəsi ilə Maraqlı şəxsnə gedərək anasının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Suraxanı rayon Qeydiyyat Şöbəsindən X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamə onun evdən qeydiyyatdan çıxarması və dəfn xərci almaq üçün lazımdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı şəhəri “Asan Xidmət” X12 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə 4 saylı Bakı şəhəri “Asan Xidmət” X8 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. X1 halı pisləşdiyindən təcili tibbi yardım çağırmışlar, lakin tbbi yardım gəlincə o artıq vəfat etmişdir. Bundan sonra ona ölüm haqqında şəhadətnamə almaq istəsələr də, həmin şəhadətnaməni almaq mümkün olmamışdır. Onu Günəşli qəsəbəsində yerləşən qəbrstanlıqda dəfn etmişlər. Digər şahid X6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, X11 onun qaynanasıdır. Qaynanası şəkər xəstəsi olmuşdur və son zamanlar artıq özünü idarə edə bilməmişdir. Onun halı pisləşən zaman ona təcili tibbi yardım çağırılmış, buna baxmayaraq o vəfat etmişdir. Onu Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Təcili və X9 Stansiyası tərəfindən verilmiş 27.11.2020-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X4 adına 27.11.2020-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, qadın cinsli meyid diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı şəhəri “Asan Xidmət” X10 tərəfindən Ərizəçi ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssəsinin müvafiq sənədi ilə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçinın ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, 104 saylı MKİS tərəfində verilmiş arayışından görünür ki, Ərizəçi Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 21, mənzil 36 ünvanda qeydiyyatsız yaşamışlar. İş materiallarına əlavə edilmiş Sədərək Xeyriyyə Cəmiyyəti tərəfindən verilmiş 24.02.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 01.07.1936-cı il təvəllüdlü X11 27.11.2020-ci ildə Bakı şəhərində ölmüş və mərhumu Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən Sədərək Xeyriyyə Cəmiyyətinə məxsus qəbirstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş 31.07.1967-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə anadan olmuşdur. X3, anası X7r. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X4 27.11.2020-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01.07.1936cı il təvəllüdlü X4 27.11.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 01.07.1936-cı il təvəllüdlü X4 27.11.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1951/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1951/2021
21.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver