Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1966/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan qızıl-zinət əşyalarının - ağ qızıl, sırğa, üzük, sep, qolbağı (komplekt dəst, briliant qaşlı) 35 qram 3500 ABŞ dolları, ağ qızıl, nişan üzüyü (briliant qaşlı) 6 qram, 600 ABŞ dolları, sarı qızıl üzük, 2 qram, hədiyyə, sarı qızıl, üzük, 2 qram, hədiyyə, sarı qızıl, uşaq qolbağı 2 qram, 140 manat, cavabdeh - Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və ya əgər həmin əşyalar yoxdursa cəmi dəyəri hesblanaraq pulu və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası 05 may 2021-ci il tarixə, saat 10:35-ə təyin edilmişdir. İddiaçı 05.05.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-1966/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1966/2021
05.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver