Məhkəmə qərarları › İş №2(010)-1980/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1980/2025

30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1980/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçinin tələbi. *.Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı 08.09.*978-ci il təvəllüdlü X5 28.0*.2025-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o həyat yoldaşı 08.09.*978-ci il təvəllüdlü X** ilə 08.09.*999-cu ildə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2000ci il təvəllüdlü X7, *0.07.2003-cü il təvəllüdlü X8, 3*.07.20*3-cü il təvəllüdlü X*2, 0*.08.20*5-ci il təvəllüdlü X9 anadan olub. 28.0*.2025-ci il tarixində saat *6:00 radələrində yoldaşı 08.09.*978-ci il təvəllüdlü X* rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 327 ünvanında qəfildən vəfat edib. Hadisə ilə bağlı dərhal tərəfindən Təcili və X6 Stansiyasına çağırış icra olunmuş, həmin qurumun həkimləri tərəfindən yoldaşı R.Məmmədova baxış keçirilərkən "həkimə qədərki ölüm” faktı müəyyən olunmuşdur. Həyat yoldaşı 08.09.*978-ci il təvəllüdlü X5 ölüm faktının qeydə alınması üçün Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etsə də, heç bir hüquqi əsas olmadan xx.xx.2025-ci il tarixdə ərizə təmin olunmamış, həmin faktın təsdiqi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Həyat yoldaşı 08.09.*978-ci il təvəllüdlü X5 ölüm faktını çağırış üzrə gəlmiş ** saylı bölmənin təcili tibbi yardım briqadasının həkimi V.Əliyeva, ailə üzvləri və yaxın qohumları təsdiq edə bilər.

Tərəflərin izahatları.

3. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, həyat yoldaşı 08.09.*978-ci il təvəllüdlü X5 28.0*.2025-ci il tarixdə ünvan 1 ünvanında qəflətən ölmüş və hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması övladlarına çatası miras payın müəyyən edilməsinə və sosial təminat hüquqlarının həyata keçirilməsinə görə zəruridir.

4. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahid İfadələri

5. Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçi ilə *5 ildir ki, qonşudur. Ərizəçi onun həyat yoldaşına zəng edərək, onların yaşadıqları mənzilə getməsini, X** haqqında ona məlumat verilməsini xahiş etmişdir. Bununla bağlı o dərhal mənzilə daxil olaraq X5 artıq vəfat etdiyi görmüş və Ərizəçi zəng edərək ona bu barədə məlumat vermişdir. Daha sonra Ərizəçi qaynı Təcili və X4 zəng etmişdir. O, mərhumun Suraxanı rayonunda dəfn edildiyini bildirmişdir.

6. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, X** onun əmisidir. Ərizəçi ona zəng edərək məlumat vermişdir ki, uşaqlar ona mərhumun nəbzini yoxladıqlarını və nəbzinin olmadığını bildirmişlər. O, dərhal atası ilə birlikdə onların yaşadıqları mənzilə getmiş və atası X*7 və X4 zəng etmişdir. Təcili və X6 Stansiyasının həkimi baxış keçirdikdən sonra onlara X5 vəfat etdiyini bildirmiş və bu barədə polisə zəng edərək məlumat vermişdir. X2 qəsəbə qəbirsanlığında dəfn edilmişdir.

İş materialları.

7.Təcili və X6 Stansiyası tərəfindən verilmiş 28.0*.2025-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X5 adına 28.0*.2025-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixdə 3*65/7-*0-283/25 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından X5 ölümün qeydə alınması mümkün olmamışdır.

9. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X** ilə Ərizəçi 08.09.*999-cü il tarixdə 349 nömrəli qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova, Məmmədov soyadı verilmişdir. *0.Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 0*/M-78 nömrəli arayışdan müəyyən olunur ki, vətəndaş Ərizəçi mərhum həyat yoldaşı X** 28.0*.2025-ci il tarixdə vəfat etmiş və 29.0*.2025-ci il tarixdə Əmircan qəsəbə qəbirsanlığında dəfn edilmişdir. **. İş materiallarına əlavə edilmiş “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs 42 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müraciətin baxılmasının nəticəsi barədə məlumat verilir ki, məsələ vəfat edən X** 42 nömrəli şəhər poliklinikasına müraciəti olmayıb və hər hansı bir xəstəliklə dispanser qeydiyyatda olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” verilmir.

İşin faktiki halları.

*2. Ərizəçi X** ilə 08.09.*999-cu ildə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü X7, *0.07.2003-cü il təvəllüdlü X8, 3*.07.20*3-cü il təvəllüdlü X*2, 0*.08.20*5-ci il təvəllüdlü X9 anadan olub. 28.0*.2025-ci il tarixində saat *7:40 radələrində 08.09.*978-ci il təvəllüdlü X* rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 327 ünvanında ölmüşdür. Təcili və X6 Stansiyasına çağırış icra olunmuş, həmin qurumun həkimləri tərəfindən R.Məmmədova baxış keçirilərkən "həkimə qədərki ölüm” faktı müəyyən olunmuşdur. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamənin alınmasının övladlarına çatası miras payın müəyyən edilməsi və azyaşlı övladlarının sosial təminat hüquqlarının həyata keçirilməsi üçün zəruri olmasını əsaslandırmışdır.

Tətbiq edilən hüquq *3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı.

4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

*5. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. *6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi X** ilə 08.09.*999-cu ildə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2000-ci il təvəllüdlü X7, *0.07.2003-cü il təvəllüdlü X8, 3*.07.20*3-cü il təvəllüdlü X*2, 0*.08.20*5-ci il təvəllüdlü X9 anadan olub. 28.0*.2025-ci il tarixində saat *7:40 radələrində 08.09.*978-ci il təvəllüdlü X* rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 327 ünvanında ölmüşdür. Təcili və X6 Stansiyasına çağırış icra olunmuş, həmin qurumun həkimləri tərəfindən R.Məmmədova baxış keçirilərkən "həkimə qədərki ölüm” faktı müəyyən olunmuşdur. Hazırda ölüm haqqında şəhadətnamənin alınması miras payın müəyyən edilməsi və tərəflərin azyaşlı övladlarının sosial təminat hüquqlarının həyata keçirilməsi üçün zəruridir.

Məhkəmə xərcləri.

*7. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi *00 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

*8. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, 08.09.*978-ci il təvəllüdlü X5 28.0*.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. *9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin olunsun. 08.09.*978-ci il təvəllüdlü X5 28.0*.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar