Məhkəmə qərarları › İş №2(010)-1983/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1983/2023

31.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1983/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nigah dövründə əldə olunmuş iddiaçı və cavabdehin ümumi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayon, X3 massivi “V” 3 saylı evin 35 saylı mənzilin ½ hissəsinin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından və iddia ərizəsindən görünür ki, tərəflər arasında eyni tələb barədə məhkəmə mübahisəsi olmuş və tərəflər barışıq müqaviləsi bağlayaraq məhkəməyə təqdim etmişdir. Belə ki, barışıq müqaviləsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən: hakim Səlimə Miriyeva) icraatında olan 2(010)-1578/2022 saylı iş üzrə İddiaçı tərəfindən Cavabdeh qarşı «İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəh., Suraxanı ray., Yeni Günəşli Y/M, "V” massivi, 3 saylı evin, 35 saylı mənzilinin üzərində tərəflərin 1/2 hissədə payının müəyyən edilməsi, - tərəflərin birgə nikah dövründə əldə edilmiş “VAZ21074" markalı **-CX-*** dövlət qeydiyyat nişanlı, "Mercedes C240“ markalı **-FK-*** dövlət qeydiyyat nişanlı və “Mercedes C180" markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində tərəflərin ½ hissədə payının müəyyən edilərək, avtomobillərin alqısatqı müqavilələrində qeyd olunan alqı-satqı olunduğu məbləğlərə uyğun olaraq ½ hissəsinin bərabər şəkildə bölünməsi» tələbinə dair ilk iddia qaldırılmışdır. Eyni zamanda iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı qarşı İddiaçı ilə Cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəh., Suraxanı ray., Yeni Günəşli Y/M, ‘V" massivi, 3 saylı evin, 35 saylı mənzilinin üzərində 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh payının müəyyən edilməsi, - İddiaçı ilə Cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş və xx.xx.2019-cu il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan 2012-ci il buraxılışlı “KİA CADENZA" markalı S9-EH- 096 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh payının müəyyən edilməsi, “KİA CADENZA“ markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin 1/3 hissəsinin İddiaçı, 2/3 hissəsinin Cavabdeh verilməsi barədə qarşılıqlı iddia qaldırılmışdır. Həmin iş üzrə Tərəflər bu sazişi aşağıdakı şərtlərlə bağladılar: Tərəflər razılığa gəlir ki, Cavabdeh birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması və digər xərclər üçün İddiaçı hər ay sabit pul məbləğində 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödənilməsini öhdəsinə götürür. Tərəflər razılığa gəlir ki, onların hər biri hazırkı mülki iş üzrə bütün iddia tələblərindən imtina etməyi və gələcəkdə hazırkı iddianın predmeti olmuş birgə nikah dövründə əldə edilmiş əmlaklara dair heç bir tələbinin olmayacağını öhdəsinə götürür və həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz. Elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, qeyd olunan əsaslarla 2(010)-1578/2022 saylı iş üzrə icraata xitam verilmişdir. Odur ki, qanunvericiliyə əsasən həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmaq yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar