Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1987/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X*nun *8.*0.*985-ci ildə Ermənistanın Əzizbəyov rayonu Qabaqlı kəndində ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri
2. O, Ərizəçi xx.xx.*969-cu ildə Ermənistanın Əzizbəyov rayonu Qabaqlı kəndində anadan olmuşdur. Mərhum X* mərhum anası X6 ilə Ermənistanın Əzizbəyov rayonu Qabaqlı kəndində nikahlarını rəsmiləşdirmişdirlər. Mərhum X* *8.*0.*985-ci ildə Ermənistanın Əzizbəyov rayonu Qabaqlı kəndində vəfat etmişdir və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Mərhum anası X6 *5.04.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. *988-ci ildə Ermənistandan ailəlikcə məcburi şəkildə Bakı şəhərinə köçmüşdürlər. Hal-hazırda o, Ərizəçi Ermənistanın Əzizbəyov rayonu Qabaqlı kəndindən məcburi köçkün kimi Bakı şəh, Suraxanı ray, Qaraçuxur qəs, İ. Musayev küç, ev-** də məskunlaşaraq öz ailəsi ilə birlikdə yaşayır. *988-ci ildə yaşadıqları yurdlarından çıxarkən onlar hamısı didərgin düşmüş və sənədlərini evlərindən götürə bilməmişdirlər. Ermənistanın Əzizbəyov rayonu Qabaqlı kəndindən köçən zaman ailəsinin və onun bəzi sənədləri yaşadıqları evdə qalmış və sənədləri götürə bilməmişdirlər. Həmin sənədlərdən biri də *8.*0.*985-ci ildə vəfat etmiş mərhum X*nun ölüm haqqında şəhadətnaməsidir. *988-ci ildə erməni işğalçıları Azərbaycan rayonlarını işğal etməyə başlayarkən azərbaycanlıların hamısı qaçqın düşdü, artıq məlum səbəblərə görə Ermənistanın Əzizbəyov rayonu Qabaqlı kəndinə gedə bilmir və bu səbəbdən də, atasının ölüm haqqında şəhadətnaməsinin surətini ala bilmir. Yenidən o, təkrar ölüm və nikah haqqında şəhadətnamə almaq üçün AR Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş və ona imtina edilərək bildirilmişdir ki, aidiyyatı üzrə məhkəməyə müraciət etməlidir. Tərəflərin izahatları
3. İş üzrə maraqlı şəxs AR Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
İş materialları
5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*969-cu il tarixdə anadan olmuşdur. X*, anası X5r.
6. Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının Pasportunun surətindən görünür ki, X4 *93*-ci ildə Ermənistan SSR, Yeğeqnadzor (Yexeqnadzor) rayonu, Qabaxlı (Qabaqlı) kəndində anadan olmuşdur.
7. AZ-İ seriyalı, 248250 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *5.04.2007-ci il tarixdə vəfat etmişdir.
8. AR Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il * mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa, və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” ın *6-cı bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qürum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənizin icrasının mümkün olmadığı qeyd edilmişdir. Həmçinin qeyd edilmişdir ki, həmin Məcəllənin *62.2-ci maddəsinə və həmin Qərarın *4- cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq ölüm haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
9. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirir ki, Ərizəçi qardaşının yoldaşıdır. X4 *8.*0.*985-ci il tarixdə vəfat etmişdir. Bibisinin yoldaşı olmuşdur. Dəfn mərasimində iştirak etmişdir. Həmin vaxt *0-cu sinifdə oxuyurdu. *0. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* bildirir ki, Ərizəçi qardaşıdır. Atası *8.*0.*985-ci il tarixdə vəfat etmişdir. Həmin kənddə dəfn olunmuşdur. Həmin zaman kənd sovetliyindən ölüm kağızı alınmışdır. Lakin qaçqın düşdüklərindən bütün sənədlər orada qalmışdır.
İşin faktiki halları
**. İşin faktiki halları ondan ibarətdir ki, Ərizəçi X*nun *8.*0.*985-ci il tarixdə Ermənistanın Əzizbəyov rayonu Qabaqlı kəndində vəfat etdiyini və o vəfat edən zaman ona ölüm haqqında sənəd aldığını, lakin qaçqın düşdükləri zaman həmin sənədi götürə bilmədiklərini bildirir. Hazırda atasının ölüm haqqında qeydinin aparılması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini tələb edir və tələbinin əsası kimi işdə olan sənədlərə və şahid ifadələrinə əsaslanır.
Tətbiq edilən hüquq
*2. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.
*3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*4. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı. Həmin Qərarda məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi
*5. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *6. Məhkəmə qeyd edir ki, iş materialları və şahid ifadələri ilə müəyyən edilir ki, *93*ci il təvəllüdlü X4 *8.*0.*985-ci ildə Ermənistanın Əzizbəyov rayonu Qabaqlı kəndində vəfat etmişdir. Lakin məlum səbəblərə görə Ərizəçi öz ailəsi ilə birlikdə Ermənistan Respublikasından qaçqın düşmüşdür və hüquqmüəyyənedici sənədlər Ermənistan Respublikasında qalmışdır. Hazırda, məlum səbəblərə görə arxiv məlumatlarının əldə edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir.
Məhkəmə xərcləri
*7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə
*8. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X*nun *8.*0.*985-ci il tarixdə Ermənistanın Əzizbəyov rayonu, Qabaqlı kəndində ölümünün qeydə alınması faktı müəyyən edilməlidir. *9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi X*nun *8.*0.*985-ci il tarixdə Ermənistanın Əzizbəyov rayonu, Qabaqlı kəndində ölümünün qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.