Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2025/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (Maraqlı şəxs) “hər iki valideyninin ölüm faktlarının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi atası Abdulla Lütfulla oğlunun 29.07.*980-cı il tarixdə Xudat şəhərində, anası X7 0*.05.*978-ci il tarixdə Xudat şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərdi ki, o, xx.xx.*955-ci ildə ünvan 1 ünvanda anadan olmuş və *974-cü ilə qədər həmin ünvanda yaşamışdır. X4 və anası X* rayonu, Xudat şəhəri, Xəzər küçəsi 8 ünvanında yaşamış və dünyalarını dəyişmişlər. Anası *978-ci ildə, atası isə *979-cu ildə vəfat etmişlər. X2 tərəfindən Maraqlı şəxsnə müraciət edilmiş və ərizələrə verilən cavablara əsasən vəfat etmiş valideynləri barəsində ölüm akt qeydi aşkar olunmamışdır. X3 *978-ci ilin may ayında və bir il sonra X4 *979-cu ildə vəfat ediblər və qohumları ilə birgə valideynləri Xaçmaz rayonu, Xudat kənd qəbirstanlığında dəfn olunublar və hal-hazırda onların qəbirləri kənd qəbirstanlığında yerləşir. Faktın müəyyən olunması ona valideynlərindən miras qalmış torpağın sənədləşdirilməsi üçün lazımdır. Məhkəmə tərəfindən Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Nurullayeva Məriyam XXX ifadəsində göstərdi ki, o, Ərizəçi dayısı arvadıdır. Töfə onun baldızı olub. Özü *972-ci ildə ailə qurub. Töfə 0*.05.*978-ci ildə vəfat etmişdir. Həmin vaxt oğlunun 5 yaşı olardı. Ondan iki il sonra yoldaşı rəhmətə gedib, 80-ci ilin iyul ayında. Hər ikisi Xudatda vəfat edib və Xudat qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X*5 ifadəsində göstərdi ki, o, Ərizəçi dayısı oğludur. Bibisi və yoldaşı vəfat edəndə onun yaşı az olsa da başa düşmüşdür ki, rəhmətə gedənlər kimdi. Onun atası dəfn və yas mərasiminə gələndə özü əmisigildə qalmışdır. Bibisinin ölümündün iki il keçəndən sonra əri vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Xaçmaz rayon VVAQ şöbəsi tərəfindən *9.02.*973-cü ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.*955-ci ildə anadan olmuş, valideynləri X*6 və Ərizəçidır. SSSR pasportundan müəyyən olunur ki, - Abdulla Lütfulla oğlu *926-cı ildə ünvan 3 ünvanı göstərilmişdir. SSSP pasportundan müəyyən olunur ki, X*2 *929-cu ildə Xudat şəhərində anadan olmuş və yaşadığı yer Xudat şəhəri, Kaspi küçəsi, 8 ünvanı göstərilmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xudat şəhər İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, ərizədə qeyd etdiyi Xaçmaz rayonu, Xudat şəhəri, Xəzər küçəsi, ev 8 ünvanında yaşamış və dunyalarını dəyişmiş valideynlərini X*3 və X5 adına olmuş rəsmi sənədlərin surətləri barədə Xudat İƏD üzrə nümayəndəliyində heç bir məlumat yoxdur. Maraqlı şəxs X*0 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, onun vəfat etmiş X4nun barəsində XX.XX.*979-cu xx.xx.2022-ci illər üzrə Xaçmaz royon Qeydiyyat şöbəsi üzrə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X8 barəsində XX.XX.İ979~cu xx.xx.2022-ci illər üzrə Xaçmaz royon barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır ölüm akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti X**ydasının 8.5 maddəsinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərətindən müəyyən edilir. Bununla əlaqədar məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli Ərizəçi ünvanlanmış arxiv arayışından görünür ki, vətəndaşların ölüm kağızları rayon dövlət arxivində mühafizə olunmur, bununla bağlı «Nikah evi»nə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmçinin sorğuda tələb olunan digər məsələ ilə əlaqədar dolğun məlumat (ilkin torpaq sahəsinin neçənci ildə kimin adına ayrılması barədə dəqiq məlumat) olmadığından sorğunu araşdırmaq mümkün deyil. Xaçmaz RİHB-nın Xudat İƏD-nin nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, həqiqətən Ərizəçi Xaçmaz rayon Xudat şəhərində anadan olub və ünvan 7 ünvanında yaşamışdır. Ərizəçi atası X6r (X25). xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən Ərizəçi Xaçmaz rayonu, Xudat şəhərində anadan olub və Xaçmaz rayonu, Xudat şəhəri, Xəzər küçəsi, ev 8 ünvanında yaşamışdır. Ərizəçi atası X6r. Məhkəmə müəyyən edir ki, ərizəçi atası Abdulla Lütfulla oğlunun 29.07.*980-cı il tarixdə Xudat şəhərində, anası X7 0*.05.*978-ci il tarixdə Xudat şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abdulla Lütfulla oğlu *926-cı ildə Xaçmaz şəhərində anadan olmuşdur. Abdulla Lütfulla oğluna məxsus SSSR pasportundan müəyyən olunur ki, o, Xudat şəhəri, Kaspi küçəsi 8 ünvanında yaşamışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, X*2 *929-cu ildə Xudat şəhərində anadan olmuşdur. Nurallayeva Töfəyə məxsus SSSR pasportundan müəyyən olunur ki, onun yaşayış yeri Xudat şəhəri, Kaspi küçəsi 8 ünvanı olmuş və *7.05.*957-ci ildə Abdulla Lütfulla oğlu ilə nikaha daxil olmuşdur. İş materiallarında olan şahid ifadələri və digər sübutlara əsasən məhkəmə müəyyən edir ki, Ərizəçi Xaçmaz rayon Xudat şəhərində anadan olub və ünvan 8 ünvanında yaşamışdır. *926-cı ildə Xaçmaz rayonunda anadan olmuş Abdulla Lütfulla oğlu ərizəçinin atası, *929-cu ildə Xudat şəhərində anadan olmuş X*2 ərizəçinin anasıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin anası, *929-cu ildə Xudat şəhərində anadan olmuş X*2 0*.05.*978-ci ildə Xudat şəhərində vəfat etmişdir. Həmçinin müəyyən olunur ki, ərizəçinin atası, *926-cı ildə Xaçmazda anadan olmuş Abdulla Lütfulla oğlu 0*.05.*978-ci ildə Xudat şəhərində vəfat etmişdir. Faktın təsdiqi ərizəçiyə miras əmlakla bağlı lazımdır. Hazırda ərizəçi hər iki valideyninin ölümü barədə şəhadətnamə əldə etmək üçün müvafiq qurumlara müraciət etsə də, ona valideynlərinin ölümü barədə rəsmi məlumatın olmaması aşkarlanmışdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *926-cı ildə Xaçmaz şəhərində anadan olmuş Abdulla Lütfulla oğlunun 29.07.*980-cı ildə Xudat şəhərində ölməsi, *929-cu ildə Xudat şəhərində anadan olmuş X7 0*.05.*978-ci ildə Xudat şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *926-cı ildə Xaçmaz şəhərində anadan olmuş Abdulla Lütfulla oğlunun 29.07.*980cı ildə Xudat şəhərində ölməsi, *929-cu ildə Xudat şəhərində anadan olmuş X7 0*.05.*978-ci ildə Xudat şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2025/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2025/2022
22.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver