Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2028/2022 03.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X7 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X2 xx.xx.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni günəşli qəsəbəsi, D y/s, ev 9 mənzil *73 ünvanında vəfat etmişdir. Həmin vaxt Təcili Tibbi yardım çağırmış və onlar nənəsinin vəfat etməsini təsdi etmişlər. X* Binə kənd qəbirstanlığında dəfn etmişlər. Onun ölüm faktını qohum-qonşular şahid kimi təsdiq edə bilər. X2 üçün ölüm haqqında şəhadətnaməni almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnaməni ala bilməmişdir”. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum X8 onun nənəsi – anasının anası olmuşdur. Anası rəhmətə getmiş, bundan sonra nənəsi ilə vəfat edənə qədər birlikdə yaşamışlar. X3 rəhmətə gedən vaxt 92 yaşında olmuşdur. Son dövrlər onda beyin-qan dövranının pozulması getmiş, xx.xx.2022-ci il tarixdə isə vəziyyəti daha da ağırlaşmışdır. O, axşam saat səkkiz radələrində evə gələndə nənəsinin vəziyyətinin pis olduğunu görmüşdür. Təxminən bir saat sonra isə keçinmişdir. O, dərhal təcili tibbi yardımı çağırmış, təcili yardımın işçiləri gəlib ölümü təsdiq etmişlər. O, bu sənədi polklinikaya təqdim etsə də ölənin “kartoçka”sı yoxdur deyə ölüm haqqına arayış verməmişlər. Nənəsini xx.xx.2022-ci il tarixdə dəfn etmişlər. Hazırda həm dəfn xərclərinə görə, həm də mənzildən qeydiyyatdan çıxara bilmək üçün nənəsinin ölümü barədə şəhadətnamə almaq istəyir. Odur ki, məhkəmədən ərizənin təsdiq edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. AZE seriyalı 05453334 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 04.03.*930-cu ildə Bakı şəhərində doğulmuş və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D y/s, ev 9, mənzil *73 ünvanında qeydiyyatdadır. BŞT və TTYS 22 saylı bölmə Təcili və X*0 Stansiyası tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixli çağırış əsasında saat 23:*2-də ünvana çatmışlar və X4 meyitini (həkimə qədər ölüm) müəyyən etmişlər. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *0.03.2022-ci il tarixli məktubdan görünür ki, X4 ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir. Binə bələdiyyəsi tərəfindən verilmiş 0*.06.2022-ci il tarixli, *472 nömrəli arayışdan görünür ki, Ərizəçi X2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən məzarlıqda dəfn edilmişdir. Şahid ifadələri. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X** bildirmişdir ki, Ərizəçi onun uşaqlıq dostudur. Onunla bir sinifdə oxumuşdur. Ruslanın nənəsi Bibixanım Hüseynovanı da tanımışdır. Bildiyi qədərilə Bibixanım nənənin 88-89 yaşı olmuşdur. xx.xx.2022-ci ildə axşam saatlarında Emin adlı dostu ona zəng edərək Ruslanın nənəsinin rəhmətə getdiyini bildirmişdir. Bundan sonra o, Mikayıl adlı dostuna zəng edərək bu barədə məlumat vermiş və Ruslangilə getdiyini bildirmişdir. Təxminən *5 dəqiqə sonra Ruslanın evinə getmişdir. Həmin vaxt binanın blokunda Ruslanı görmüşdür. Növbəti gün – xx.xx.2022-ci il tarixdə Ruslanın nənəsi X*4 qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X*8 bildirmişdir ki, Ərizəçi onun dostudur. Ruslangilin evinə gediş-gəlişi olduğundan nənəsi Bibixanım Hüseynovanı da tanımışdır. Belə ki, Ruslanın anası rəhmətə getmiş, nənəsi Bibixanım da ölənə kimi onunla qalmışdır. Onun rəhmətə gedən vaxt 92 yaşı olmuşdur. xx.xx.2022-ci il tarixdə işdə olan vaxt Cavid adlı dostu ona zəng edərək Ruslanın nənəsi Bibixanımın əvvəlki gün rəhmətə getdiyini, bu gün dəfn ediləcəyini bildirmişdir. Xəbəri aldıqdan sonra işdən icazə alıb əvvəlcə Ruslanın evinə getmiş, həqiqətən nənəsi Bibixanımın rəhmətə getdiyini görmüşdür. Bundan sonra mərhumu Binə qəsəbə qəbiristanlığında dəfn etmişlər və dənfdə o da iştirak etmişdir. İşin faktiki halları. Ərizəçi X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüş, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Onun ölümündən sonra meyitinə baxış keçirən təcili tibbi yardım stansiyası əməkdaşları tərəfindən bu fakt təsdiq edilmiş, ölüm haqqında müvafiq xəbərdarlıq vərəqəsi verilmişdir. Eyni zamanda, məhkəmədə iclasında ifadəsi dinlənilən şahidlər ərizəçinin nənəsinin xx.xx.2022-ci il tarixdə ölümünə və növbəti gün dəfninə şahid olduqlarını təsdiq etmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi: Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı:
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi.
Ərizəçinin xahişindən görünür ki, ərizəçi məhkəmədən X*n xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi nənəsinin ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi nənəsinin ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər müvafiq təcili və X*0 stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun dəfn edildiyi qəbiristanlığın yerləşdiyi inzibati ərazi dairəsindən arayış kimi sübutlarla da təsdiq edilmişdir. Göründüyü kimi, ərizəçinin X*n xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi iş materialları və şahid ifadələri ilə tam sübut edilir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 04.03.*930-cu il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 04.03.*930-cu il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva