Məhkəmə qərarları › İş №2(010)-2046/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2046/2023

06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2046/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən *0.06.*936-cı il təvəllüdlü Osmanov Shumshudun *8.03.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Atam - Gürcüstan Respublikasının vətəndaşı Osmanov Şümşüd *0.06.*936-cı ildə Gürcüstan Respublikasında anadan olmuşdur. 2006-cı ildən etibarən ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayırdı. Vətənimiz Azərbaycan Respublikasında Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşamaq üçün icazə vəsiqəsi əsasında yaşayırdı. *8.03.2023-cü il tarixində saat təxminən 04:45 radələrində atam Gürcüstan Respublikasının vətəndaşı Osmanov Şümşüdün vəziyyəti pisləşmiş və təcili tibbi yardım çağırılanadək artıq vəfat etmişdir. Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsinin ölüm səbəbi qrafasında “həkimə qədər ölüm, kişi cinsli meyit” qeyd edilmişdir. Qeyd edim ki, mərhum, *8.03.2023-cü il tarixdə Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda dəfn edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə ölümün qeydə alınması üçün müraciət etdikdə xx.xx.2023-cü il tarixli məktubdan da göründüyü kimi ölümü təsdiq edən sənəd (forma *06) olmadığına görə şəhadətnamənin verilməsindən imtina edilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyimiz məsləhət görülmüşdür. Mərhum atam Gürcüstan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə atamın ölüm faktı barədə məlumat verilməlidir, eyni zamanda mənə məxsus olan əmlakda müvəqqəti qeydiyyatdadır ki, onun qeydiyyatına son qoymaq üçün ölüm haqqında şəhadətnamə lazımdır. Bu səbəbdən də ölüm faktının təsdiq edilməsi bizim üçün zəruridir”. Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum Osmanov Şümşüd onun atası olmuş, atası ilə birlikdə yaşamışlar. *8.03.2023-cü il tarixdə, gecə saat 4 radələrində atası rəhmətə getmişdir. Həmin vaxt təcili tibbi yardım çağırsalar da, təcili yardım gəldikdə artıq atasının öldüyünü bildirmişlər. Mərhum atası 87 yaşında vəfat etmişdir. Bundan üç il öncə öd kisəsindən əməliyyat keçirmiş və əməliyyatdan sonra onda şiş meydana gəlmişdir. Atasını öldüyü gün dəfn etmişlər. Onun ölüm haqqında şəhadətnaməsi Dövlət Miqrasiya Xidmətinə təqdim edilməlidir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər.

İş materialları.

5. Gürcüstan SSR Dmanisi rayonu X6 Kilsə kənd sovetliyi tərəfindən 04.04.*962-ci il tarixdə verilmiş İİ-RƏ 295*5* nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.*962-ci il tarixində Gürcüstan SSR, Dmanisi rayonu, Qızıl Kilsə kəndində anadan olmuşdur və bu barədə *962-ci il aprel ayının 4-cü günündə doğum aktlarının qeydiyyatı kitabında 48 saylı akt qeydi aparılmışdır. Atası: X8, anası X*0.

6. Bakı şəhəri Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 990 nömrəli arayışdan görünür ki, həqiqətən X9 *8.03.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda dəfn olunmuş və onun dəfn xərclərini mərhumun oğlu Ərizəçi çəkmişdir.

7. Təcili və X4 Stansiyası *0 saylı Bölmə tərəfindən verilmiş *8.03.2023-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası *8.03.2023-ci il tarixdə, saat 04:45-də çağırış üzrə ünvana çatmış, xəstə X3 həkimə qədər öldüyü müəyyən edilmişdir.

8. “Bakı Baş Səhiyyə Mərkəzi” X*6 43 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xəstənin tibbi kartasından çıxarışdan görünür ki, *0.06.*936-cı il təvəllüdlü X3 ərazi poliklinikasına müraciəti olmamışdır.

9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-*6-5/7-294/2023 nömrəli məktubdan görünür ki, Osmanov Shumshudun ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etməyin qeyri-mümkün olduğu qeyd edilmişdir. *0. Bir ədəd fotoşəkildən qəbir və üzərində “X9. *0.06.*936-*8.03.2023” yazılan karton görünür.

Şahid ifadələri.

**. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X** bildirdi ki, Ərizəçi mərhum atası Osmanov Cümşüd onun qonşusu olmuşdur. Belə ki, onlar həm Gürcüstanda qonşu kəndlərdə yaşamış, həm də Bakıda qaldıqları evlər qonşu olmuşdur. Bu səbəbdən birbirləri ilə əlaqələri, tanışlıqları yaranmışdır. O, Cümşüd Osmanovun ad günündə də iştirak etmişdir və bildiyinə görə rəhmətə gedəndə 87 yaşında yaşında olmuşdur. Onun ölüm tarixini dəqiq xatırlamasa da, hələ ili tamam olmamışdır. Həmçinin yadındadır ki, mərhum yaz aylarında rəhmətə getmişdir. X*2 qonşuluqda arvadı Tovuz xanımla birlikdə yaşamışdır. Oğlu Bayram da onların yanına gedib-gəlmiş, yanlarında olmuş, onlara baxmış, suyunu gətirmiş, bazarlığını etmişdir. Mərhumun dəfnini eşitdikdən sonra həm dəfnində, həm də yas mərasimində iştirak etmişdir. O, Binə qəbiristanlığında dəfn edilmişdir. *2. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X2 bildirdi ki, Ərizəçi atası ilə qonşu olmuşdur. Mərhumla onun çox yaxın münasibətləri olmuş, hər gün dəfələrlə evlərinə getmişdir. Belə ki, onların evləri yolun sağ-solunda üzbəüz yerləşir və bir-birinə çox yaxındır. Mərhumla münasibətləri o qədər yaxşı olmuşdur ki, hətta evinə getmədiyi günlərdə mərhum özü onu evə çağırmışdır. Mərhumun bu ilin mart ayında rəhmətə getdiyini bilir, lakin gün dəqiq yadında deyil. Həmin gün gecə saat 4-ə 5 dəqiqə qalmış mərhumun oğlu Bayram ona zəng vurub evə çağırmışdır. Bundan əvvəl də mərhumun vəziyyəti hər dəfə pisləşəndə ona zəng vurmuşlar. Həmin gecə evə getmiş, mərhumun ürəyinin sakit döyündüyünü, lakin təngnəfəs olduğunu, soyuq tər tökdüyünü görmüşdür. Həmin vaxt Bayramın anası Tovuz xanımın Quran oxuduğunu görmüş, Bayrama da demişdir ki, “Gəl Quran oxu, kişi gedir”. Həmin gecə təcili yardım çağırılsa da, yardım gələnə qədər mərhum canını tapşırmışdır. Belə ki, mərhum, arvadı Tovuz xanım kəlmeyişəhadəti oxuyan kimi rəhmətə getmişdir. Təcili yardım gəlib xəstənin vəfat etdiyini gördükdən sonra bununla bağlı kağız yazıb getmişdir. Mərhum rəhmətə gedəndə 87 yaşı olmuşdur. Səhv etmirsə, bu ayın *0-u onu 88 yaşı tamam olmalı idi. Bunu ona görə bilir ki, mərhuma hər il ad günü keçirilmişdir. Ölümündən sonra sovxozun qəbiristanlığında dəfn edilmişdir.

İşin faktiki halları.

*3. Ərizəçi atası Osmanov Şümşüdün *8.03.2023-cü il tarixdə Bakı şəhərinə ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Onun ölümündən sonra ünvana çağırış üzrə gələn təcili tibbi yardım stansiyası əməkdaşları tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Buna baxmayaraq, ərizəçinin atasının ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə atasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəni müdafiə etmiş, şahidlər isə ərizəçinin izahatında qeyd etdiklərini təsdiq etmişdir.

Tətbiq edilən hüquq.

*4. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

*5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. *6. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi.

*7. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən atası Osmanov Şümşüdün (Osmanov Shumshud) *8.03.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Osmanov Şümşüdün ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi atasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi atasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *9. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə gedən təcili və X4 stansiyası əməkdaşları tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun həmin tarixdə qəbiristanlıqda dəfn edilməsinə dair müvafiq bələdiyyədən arayış kimi sübutlarla da təsdiq edilmişdir.

20. Göründüyü kimi, ərizəçinin atası Osmanov Şümşüdün *8.03.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *0.06.*936-cı il təvəllüdlü Osmanov Şümşüdün (Osmanov Shumshud) *8.03.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. *0.06.*936-cı il təvəllüdlü Osmanov Şümşüdün (Osmanov Shumshud) *8.03.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar