Məhkəmə qərarları › İş №2(010)-2054/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2054/2025

05.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2054/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) "barışıq sazişinin təsdiqi" tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) "barışıq sazişinin təsdiqi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə təqdim edərək, ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən maraqlı həxs Maraqlı şəxs izahatında mülki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi (Maraqlı şəxs) "barışıq sazişinin təsdiqi" tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə işi baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, ərizəçi tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (Maraqlı şəxs) "barışıq sazişinin təsdiqi" tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İş üzrə dövlət rüsümu olaraq ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Ərizəçi (qəbzin nömrəsi **********, xx.xx.2025-ci il tarixli) qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar