Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2081/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” ərizə ilə məhkəməyə müraciət edərək, *2.*0.*948-ci il təvəllüdlü anası X5 09.0*.2006-cı il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onun anası Azərbaycan Respublikasının vətəndaşı X*8, qızı *2.*0.*948-ci ildə Azərbaycan Respublikası, Laçın rayonu, Əhmədli kəndində anadan olmuşdur. Hamıya məlum olan səbəblərdən məcburi köçkün olaraq ailəsi ilə birlikdə *992-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 26, 9 saylı mənzildə yaşamağa başlamışlar. 09.0*.2006-cı il tarixində anası X5 vəziyyəti pisləşmiş, anası vəfat etmişdir. Mərhumə 09.0*.2006-cı il tarixində Bakı şəhəri, Pirallahı rayonu Gürgən qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilib. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə ölümün qeydə alınması üçün müraciət etdikdə, xx.xx.2023-cü il tarixli məktubdan da göründüyü kimi ölümü təsdiq edən sənəd (forma *06) olmadığına görə şəhadətnamənin verilməsindən imtina edilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mərhum anasının adına Laçın rayonunda, daşınmaz əmlak mövcud olmuşdur və vərəsəlik qaydasında daşınmaz əmlakı qəbul etmək iiçiln anasının ölüm haqqında şəhadətnaməsi lazımdır, buna görə də ölüm faktının təsdiq edilməsi onun üçün zəruridir. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bununla belə maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə məktub ünvanlayaraq, xx.xx.2023-cü il tarixdə keçiriləcək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*3 ifadəsində göstərdi ki, o, Ərizəçi baldızıdır, X4 isə onun qaynanası idi. X2 09.0*.2006-cı il tarixində Bakı şəhərində vəfat etmiş və Gürgən qəsəbəsində olan qəbirstanlıqda dəfn olunmuşdur. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*7 ifadəsində göstərdi ki, o, Ərizəçi qohumudur, həm də qonşudur. X4 onun atasının əmisi arvadıdır, ərizəçi Əsli mərhumun üçüncü övladıdır. Əslinin bacısı qardaşının yoldaşıdır. X3 xəstə idi. X9 09.0*.2006-cı il tarixində Bakı şəhərində vəfat etmiş və Gürgən qəsəbəsində olan qəbirstanlıqda dəfn olunmuşdur. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Laçın rayon VVAQ şöbəsi tərəfindən 28.**.*974-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.*974-cü ildə doğulmuş və valideynləri X8 və X6r. SSR pasportunun surətindən görünür ki, X9 *2.*0.*948-ci ildə Laçın rayonunun Əhmədli kəndində doğulmuşdur. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X*4 arasında nikah *2.05.*97*-ci ildə bağlanmış və evlənmə qeyd ediləndən sonra arvada «Kalbalıyeva» soyadı verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhər Suraxanı rayonu üzrə bölməsinin 3*.03.2023-cü il tarixli arayışından görünür ki, Laçın rayonundan məcburi köçkün Ərizəçi həqiqətən ünvan 2 ünvanda müvəqqəti məskunlaşmışdır. Gürgən Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X9 09.0*.2006cı ildə Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində olan qəbirstanlığında dəfn olunmuşdur. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X9 barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası – *2.*0.*948-ci il təvəllüdlü X9 09.0*.2006-cı il tarixində Bakı şəhərində vəfat etmişdir. Ərizəçi anasının ölümü haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ərizəçi anası barədə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə vərəsəlik üçün sənədləşmə prosesinə lazımdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, *2.*0.*948-ci ildə Laçın rayonu, Əhmədli kəndində anadan olmuş X5 09.0*.2006-cı il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Ərizəçi anasının ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *2.*0.*948-ci ildə Laçın rayonu, Əhmədli kəndində anadan olmuş X5 09.0*.2006-cı il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X5 ölüm faktının müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2081/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2081/2023
06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver