Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2137/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazışının təsdiq edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazışının təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, onlar arasında mediasiya prosesi nəticəsində imzalanmış 17.01.2022-ci il tarixli barışıq sazışının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 27.10.2012-ci il tarixdə nikaha daxil olmuş və bu nikahdan 15.07.2013-cü il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Tərəflər arasında Mediasiya prosesi nəticəsində imzalanmış 17.01.2022-ci il tarixli barışıq sazışınə əsasən nikahın pozulması, uşağın ananın yanında qalması və s. məsələlər barədə qarşılıqlı razılıq əldə edilmişdir. Həmin barışıq sazışı əsasında Suraxanı Rayon Məhkəməsinin 2(010)-1139/2022 saylı, 11.03.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək tərəflər arasında olan nikah pozulmuşdur. Lakin Maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinə əməl edilmədiyi üçün məhkəməyə müraciət edilmişdir. Hazırki iş üzrə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin iclasında iştirak edə bilməyəcəyini bildirmiş və tələbin təmin edilməsini xahiş etmişdir Məhkəmənin iclasında iştirak edən Maraqlı şəxs öz izahatında bildirdi ki, Ərizəçi birgə nikahda olan övladları 15.07.2013-cü il təvəllüdlü X4 ilə onun gorüşməsinə imkan vermədiyi üçün qeyd olunan barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZ-İİİ 150793 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 15.07.2013-cü il tarixdə anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşin materiallarına əlavə olunmuş Suraxanı Rayon Məhkəməsinin 2(010)-1139/2022 saylı, 11.03.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah pozulmuşdur. İş materiallarında olan 17.01.2022 tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 27.10.2012-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş 15.07.2013-cü il təvəllüdlü X2 anası - Ərizəçi yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi, 15.07.2013-cü il təvəllüdlü X2 baba, nənə və əmisi ilə telefon vasitəsi ilə əlaqə saxlaması, habelə atası Maraqlı şəxs ilə həftənin 5-ci günü saat 12.00dan şənbə günü 20.00-a dək görüşmələri barədə razılıq əldə edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər nikaha daxil olmuş və birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1139/2022 saylı, 11.03.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflər arasında yuxarıda qeyd olunan şərtlərlə 17.01.2022-ci il tarixli barışıq sazişi imzalanmış, lakin Maraqlı şəxs tərəfindən həmin sazişin şərtlərinə əməl edilməmişdir. Hal-hazırda ərizəçi barışıq sazişinin təsdiq olunmasını tələb edir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülən tələb qismən təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə görə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə görə barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Hazırkı işdə tərəflər arasında imzalanmış barışıq sazişinin şərtlərinə maraqlı şəxs tərəfindən riayət edilməməsi müəyyən edilmişdir. Bu hal, ərizəçinin bildirdikləri ilə yanaşı, maraqlı şəxsin izahatından da aydın olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-ci maddəsinə görə Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bununla belə, məhkəmə qeyd edir ki, barışıq sazişinin şərtlərinin bütünlükdə təsdiq edilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, sazişdə mövcud olan beş şərtdən, tərəflərin nikahın ləğvinə dair razılığa gəlmələri hissəsi ilə bağlı artıq məhkəmə qətnaməsi qəbul edilmişdir. Bundan başqa, məlum olduğu kimi, qanunvericilik nikahın pozulması qaydalarının imperativ şərtlərini müəyyən etmişdir və qanunvericilikdə barışıq sazişi ilə nikahın pozulması qaydası nəzərdə tutumayıb. X1 baba, nənə və əmisi ilə telefonla əlaqə saxlamalarına razılaşmaları, eləcə də X1 ata Maraqlı şəxs ilə həftənin 5-ci günü saat 12.00-dan 6-cı gün saat 20.00-dək görüşmələrinə dair razılaşmaları barədə şərtləri məhkəmə baxışının predmeti olmadığına görə bu şərtlərin məhkəmə tərəfindən təsdiq edilməsi prosessual qanunvericiliyin şərtlərinə ziddir. Çünki, bu şərtlərin azyaşlının mənafeyinə uyğun olub-olmamasının yoxlanılması məhkəmənin imkanı xaricindədir. Bu hal müəyyən edilmədən şərtlərin təsdiq edilməsi isə prosessual və ailə qanunvericiliyinin tələblərinə uyğun olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, qeyd edilən hissələr təsdiq edilən hissələrdən ayırmaq mümkündür, ona görə də, barışıq sazişi hissəvi şəkildə təsdiq edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında olan barışıq sazişi qismən aşağıdakı şərtlərlə təmin edilməlidir: 1) Tərəflərin birgə nikahından doğulmuş 15.07.2013-cü il təvəllüdlü X4 anası - Ərizəçi yanında saxlanılsın; 2) Birgə nikahdan doğulmuş 15.07.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin; Məhkəmə bu mövqeyini Ailə qanunvericiliyinin müddəaları ilə əsaslandırır. Belə ki, Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə qeyd edilən məsələləri özü həll edir. Tərəflər arasında nikah məhkəmə qaydasında pozulduğuna görə qeyd edilən məsələlərə dair barışıq sazişinin təsdiq edilməsi qanuni və əsaslıdır. (nəzərə alınmalıdır ki, azyaşlının 10 yaşı hələ tamam olmamışdır və onun məhkəmədə öz fikrini bildirməsi mütləq deyildir.) Beləliklə, məhkəmə hesab edir ki, barışıq sazişində tərəflərin razılığa gəldiyi digər məsələlər hazırki məhkəmə baxışının predmetinə aid olmadığı üçün həmin məsələlər barəsində məhkəmənin öz hüquqi movqeyini ifadə etməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 17.01.2022-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin: Tərəflərin birgə nikahından doğulmuş 15.07.2013-cü il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılsın. Maraqlı şəxs 13.04.2022-ci il tarixdən hesablanmaqla 15.07.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2137/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2137/2022
13.04.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver