Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-215/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda və şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin müəyyən vaxtda və şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx xxx 1989-cu il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun nənəsidir. xx xxx 1989-cu il tarixdə nənəsinin səhhəti qəfil pisləşdiyindən onlar təcili tibbi yardım stansiyasına zəng vuraraq, nənəsinin yaşadığı ünvan 1 ünvana həkim dəvət etmişlər. Lakin, təcili tibbi yardım həkimləri gələnədək nənəsi evdə ölmüşdür. Onlar nənələrin Əmircan qəsəbəsinin qəbirstanlığında dəfn etmişlər. Onun bütün qohumları nənəsinin yas mərasimlərində iştirak etmiş və həmin şəxslər də nənəsinin ölməsi faktını təsdiq edə bilərlər. Lakin, nənəsi öləndən sonra atasının başı yas mərasiminə qarışmış, onun ölümü barədə şəhadətnamə almaq üçün lazımi sənədləri toplayıb Qeydiyyat Şöbəsinə təqdim etməmişlər. Bundan sonra isə bu yaddan çıxmış, nənəsi barədə “Ölüm haqqında” şəhadətnamə almamışlar. X4 da xx xxx 1993-cü ildə ölmüşdür. O, hazırda vərəsəlik məsələlərinin həlli ilə əlaqədar Bakı şəhəri Maraqlı şəxsnə gedərək nənəsinin ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Qeydiyyat Şöbəsindən nənəsi X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün, onun ölümü barədə akt qeydini tərtib etməyin qeyri-mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək ərizənin əsaslı hesab edilməsi üçün kifayət qədər sübutun olduğunu, əlavə sübuta ehtiyac olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, ərizəyə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd edir. - AA №084075 olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X8 18.İX.1941-c ildə anadan olmuşdur. X1r. - A3 № ******* olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 28.Vİİİ.1967-ci il də doğulmuşdur. X2r. - AZ-İİ №021013 olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2019-cu ildə vəfat etmişdir. İşə əlavə edilən qəbirdaşı fotoşəkillərində mərhumə X6 1905-13 V 1989 yazıları əks edilmişdir. - Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 592-05/70 № li arayışa əsasən X3 barəsində Bakı şəhəri, Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 267-05/76 № li məktubundan görünür ki, Ərizəçi X3 ölümünün qeydə alınması ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. - Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsindən məhkəmə sorğusuna verilən xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş malumatların öyrənilərkən Ş.Məmmədovanın nikahı və ölümü haqqında akt qeydinin aşkar olunmadığı, Ş.Məmmədovanın doğumu haqqında sənədlərin qeyd edilən ildən əvvəlki dövrə aid olduğundan onların əldə olunması üçün Milli arxiv idarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında şahid kimi dindirilmiş X11 ərizəçi ilə qonşu olduğunu, ərizəçi ilə eyni məhəllədə böyüdüyünü, onun nənəsinin 1989-cu ilin mayında vəfat etdiyini bildirdi. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli iclasında şahid kimi dindirilmiş X10 ərizəçi ilə qonşu olduğunu, doğulandan bəri həmin yerdə yaşadığını, ərizəçinin nənəsini gördüyünü, nənəsinin 1989-cu ilin mayında vəfat etdiyini bildirdi. Məhkəmə qeyd edir ki, X3 hansı tarixdə anadan olması ilə bağlı hər hansı sənəd iş materiallarında yoxdur. Başqa sözlə, 1989-cu il 3 mayda ölməsi faktının müəyyən edilməsi xahiş edilən Ş.Məmədovanın həmin vaxta qədər yaşaması faktı təsdiq edilmir. Bu nöqteyi nəzərdən, yaşaması təsdiq edilməyən şəxsin ölməsi faktının müəyyən edilməsini məhkəmə qanuni hesab etmir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019cu il tarixli, 03 saylı Qərarının 1.4.-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur..... Həmin Qərarın 9-cu bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizəçi şəxsin müəyyən vaxtda və şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-215/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-215/2021
29.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver