Məhkəmə qərarları › İş №2(010)-2157/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2157/2025

22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2157/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30.06.*979-cu il tarixdə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 30.06.*979-cu il təvəllüdlü X2 bioloji qardaşıdır. Qardaşı 30.06.*979-cu il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş, mərhum qardaşı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*4 Bakı Baş Səhiyyə X*3 Şəxsi 42 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, *8-*-97/3-*2*/2025 nömrəli arayışa əsasən, mərhum qardaşı xx.xx.2025-ci il tarixdə saat *2:50-də ** saylı BŞT və TTYS əsasən bioloji ölüm baş vermişdir. xx.xx.2025-ci il tarixdə mərhum qardaşı 30.06.*979-cu il təvəllüdlü X5 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə mərhum qardaşının ölümünün qeydə alınması barədə müraciət etsə də, ölüm faktını təsdiq edən tibbi müəssisənin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Mərhum qardaşının adına daşınmaz əmlak qalmış, qeyd edilən daşınmaz əmlakın vərəsəlik qaydasında qəbul edilməsi (sənədləşdirilməsi) zərurəti yaranmışdır. Həmin sənədləşdirmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin əldə edilməsi vacibdir. Bu səbəbdən ölüm faktının təsdiq edilməsi onun üçün zəruridir. Onun hər iki valideyni vəfat etmiş, mərhum qardaşı isə subay olmuşdur. Yeganə yaxın qohumu bacısı kimi odur. Bu səbəbdən də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi məhkəmə icraatının aparıldığı dili bilmədiyi üçün tərcüməçinin iştirakı ilə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, ərizəçi onun anası, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə onun dayısıdır. Dayısı X5 xx.xx.2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid *848, ev *0 ünvanında yerləşən 22 nömrəli mənzildə vəfat etmişdir. Dayısı vəfat edən gün həm anası, həm də özü dəfələrlə dayısının mobil telefon nömrəsi zəng etsələr də, dayısı telefona cavab verməmişdir. Daha sonra onlar digər bir qohumla birlikdə dayısının yaşadığı mənzilə getmiş və qapını açıb içəri daxil olduqda dayısının ölüm faktını aşkar etmişlər. X*2 hər hansı xəstəlikdən əziyyət çəkməmiş, sağlamlığı ilə bağlı problemi olmamışdır. Dayısı vəfat etdikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən, “Tatar” qəbiristanlığında dəfn edilmiş, yas mərasimləri isə qəbiristanlığa yaxın ərazidə yerləşən “Muğan” mərasim evində təşkil olunmuşdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçi onun arvadının bacısı, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə arvadının qardaşıdır. xx.xx.2025-ci il tarixdə ona hazırda ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxsin, yəni X3 ölümü ilə bağlı məlumat verilmiş, o da həm Ruslan Çukmaryevin dəfnində, həm də ölümü ilə bağlı təşkil edilmiş yas mərasimlərində iştirak etmişdir. Ruslan Çukmaryev yaşadığı mənzildə vəfat edərkən tək olmuş, yanında heç kim olmamışdır. Ruslan Çukmaryevin hər hansı xəstəliyi və sağlamlığı ilə bağlı şikayəti olmamışdır. Ruslan Çukmaryev öldükdən sonra Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmiş, yas mərasimləri isə “Muğan” şadlıq sarayında keçirilmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, *46386 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid *848, ev *0 ünvanında yerləşən, yaşayış sahəsi 32.77 m2 olan, 2 otaqlı, 22 nömrəli mənzil X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2003-cü il tarixdə *26* saylı reyestr kitabının, *89450 nömrəli səhifəsində 30/*89450 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Orconikidze (indiki Suraxanı rayonu) rayon qeydiyyat şöbəsi tərəfindən 2*.06.*973-cü il tarixdə verilmiş İİ-JQ seriyalı, 28036* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (atası X7, anası Çukmaryeva Sofiya) xx.xx.*973-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2*.07.*973-cü il tarixdə 697 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Orconikidze (indiki Suraxanı rayonu) rayon qeydiyyat şöbəsi tərəfindən *0.07.*979-cu il tarixdə verilmiş Vİ-JQ seriyalı, 345467 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 (atası X7, anası Çukmaryeva Sofiya) 30.06.*979-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *0.07.*979-cu il tarixdə 899 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Təcili və X4 Stansiyasının ** nömrəli bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadası xx.xx.2025-ci il, saat *2:50-də çağırış üzrə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid *848, ev *0 ünvanında yerləşən 22 nömrəli mənzilə gələrək həkimə qədər ölüm (kişi cinsli meyit) faktını aşkar etmişlər. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*4 “Bakı Baş Səhiyyə Mərkəzi” X*4 42 nömrəli Şəhər Poliklinikası tərəfindən X8 ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, 30.06.*979-cu il təvəllüdlü X3 heç vaxt heç bir xəstəliklə bağlı 42 nömrəli Şəhər Poliklinikasına müraciət etmədiyi və bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 52 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi mərhum qardaşı X5 xx.xx.2025ci il tarixdə vəfat etmiş və Əmircan qəsəbəsində yerləşən tatar qəbiristanlığında dəfn edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, X3 ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2025-ci il tarixli, *730224339 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 02 ədəd fotoşəkildən üzərində “Çukmaryev Ruslan 24.02.25” yazılmış məzar və qəbir daşı görünür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum qardaşı X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi qardaşının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qardaşının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum qardaşının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı 30.06.*979-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid *848, ev *0 ünvanında yerləşən 22 nömrəli mənzildə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 30.06.*979-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid *848, ev *0 ünvanında yerləşən 22 nömrəli mənzildə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 30.06.*979-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid *848, ev *0 ünvanında yerləşən 22 nömrəli mənzildə ölməsi faktı müəyyən edilsin. Ödənilmiş *00 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar