Məhkəmə qərarları › İş №2(010)-217/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-217/2023

13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-217/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X22 qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, ərizəçi X6 “şəxsin ölmüş elan edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi. *. Ərizəçi X*2 “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı 28.*2.*985-ci il təvəllüdlü X3 və 26.07.*982-ci il təvəllüdlü X*0 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizə təqdim edərək, 28.*2.*985ci il təvəllüdlü X3 və 26.07.*982-ci il təvəllüdlü X*0 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı Qeydiyyat şöbəsi ərizə ilə məhkəməmə müraciət edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

4. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin hakimi Ramil Həsənov tərəfindən *0.07.20*9-cu il tarixdə qəbul edilmiş qətnamə ilə Süleyman Zakirov və İlahə Abdullayevanın 0*.03.20*7-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. Qeyd edilən şəxslər “İŞİD” adlanan terror qrupuna qoşulmaq üçün Türkiyəyə getmişlər. Hətta onların ölmələri barədə də məlumatlar var. Ərizəçinin nəvəsi dövlət tərəfindən Qırmızı xaç yolu ilə Azərbaycana gətirilmiş və ərizəçi uşağı himayəyə götürmüşdür. Uşağa təqaüdün verilməsi üçün valideynlərinin olub-olmaması müəyyənləşdirilməli idi və ərizəçi bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Artıq həmin şəxslərin xəbərsiz itkin düşmüş elan edilməsi barədə qətnamənin qəbul edilməsindən 5 il keçir. Qanunvericiliyə əsasən belə qətnamə qəbul edildikdən sonra şəxslərin ölmüş elan edilməsi barədə məhkəməyə müraciət etmək mümkündür. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-304*/20*9 nömrəli iş üzrə qəbul etdiyi *0.07.20*9-cu il tarixli qətnaməsindən görünür ki, ərizəçi X5 maraqlı şəxs Suraxanı rayon Polis İdarəsinə qarşı «fiziki şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi tələbinə dair» ərizəsi təmin edilərək, 25.05.20*4-cü il təvəllüdlü X7 doğma valideyinləri 28.*2.*985-ci ildə Bakı şəhərində anadan olmuş X8 və 26.07.*982-ci ildə Bakı şəhərində anadan olmuş X*5 20*7-ci ilin mart ayının 0*-dən xəbərsiz itkin düşmüş hesab edilmələri qət edilmişdir.

6. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəmə sorğusuna cavab olaraq 02.*2.2022-ci il tarixli, 5/39*3 №-li məktubla bildirilmişdir ki, məhkəmənin qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən 26.07.*982-ci il təvəllüdlü X*5 və 28.*2.*985-ci il təvəllüdlü X9 ekstremist yönümlü şəxslər kimi məlumdurlar. Qeyd olunan şəxslər Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmək məqsədilə 03.09.20*4-cü il tarixdə ölkəni tərk etmiş və bu günədək geri qayıtmamışlar. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən, İ.Abdullayeva və S.Zakirov münaqişə bölgələrində öldürülmüşlər. Lakin, onların İraq və ya Suriyanın nəzarətsiz bölgələrində öldürüldükləri səbəbindən ölüm faktının müəyyən edilməsinə dair təsdiqləyici sənədlər əldə etmək mümkün olmamışdır.

7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmə sorğusuna cavab olaraq 02.*2.2022-ci il tarixli, 33/4784 №-li məktubla bildirilmişdir ki, 28.*2.*985-ci il təvəllüdlü X4 və 26.07.*982-ci il təvəllüdlü X2 dəfə dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: X4 çıxışı – 03.09.20*4, X*0 çıxışı – 03.09.20*4.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq 06.*2.2022-ci il tarixli, 096-28575-*222 №-li məktubla bildirilmişdir ki, X* RPİ-yə ərizə ilə müraciət etmiş və ərizəsində göstərmişdir ki, qızı X8 əri X*5 və övladları X*3 ilə birlikdə Türkiyə Respublikasına işləməyə getmişlər, orada olan zaman bir müddət onlarla telefon əlaqəsi saxlasa da, daha sonra əlaqə saxlaya bilməmişdir. Qeyd olunduğu kimi həmin şəxslər Respublikadan çıxış etdikləri və Türkiyə Respublikasında harada yaşadıqları barədə Ərizəçi xəbəri olmuşdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası DİN-in 03 saylı qərarını rəhbər tutaraq həmin şəxslər barəsində axtarış işi açılmamışdır.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X23 Miqrasiya İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq 22.*2.2022-ci il tarixli, 0*8-32483-*222 №-li məktubla bildirilmişdir ki, 28.*2.*985-ci il təvəllüdlü X8 03.07.20*2-ci il, *982-ci il təvəllüdlü X*5 xx.xx.2008-ci il tarixdən Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 4*, mənzil ** ünvanında qeydiyyatdadırlar.

İşin faktiki halları.

*0. 28.*2.*985-ci ildə Bakı şəhərində anadan olmuş X8 və 26.07.*982-ci ildə Bakı şəhərində anadan olmuş X*0 20*7-ci ilin mart ayının 0*-dən xəbərsiz itkin düşmüş hesab edilmələri işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

**. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 4*. Fiziki şəxsin ölmüş elan edilməsi 4*.*. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 4*.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.*.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Maddə 3*2. Ərizənin verilməsi Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 3*5. Məhkəmənin ərizə üzrə qətnaməsi 3*5.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi.

*3. İş materiallarını araşdırıb və ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *4. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən olunmuşdur ki, 26.07.*982-ci il təvəllüdlü X*5 və 28.*2.*985-ci il təvəllüdlü X9 03.09.20*4-cü il tarixdə ölkə hüdudlarını tərk edərək getmiş və geri qayıtmamışlar. Bu səbəbdən də məhkəmənin qətnaməsinə əsasən onlar xəbərsiz itkin düşmüş hesab edilmişlər. Həmçinin, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəmə sorğusuna əsasən göndərilmiş məktubdan aydın olmuşdur ki, həmin şəxslər ekstremist yönümlü şəxslər kimi məlumdurlar. Qeyd olunan şəxslər Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmək məqsədilə 03.09.20*4-cü il tarixdə ölkəni tərk etmiş və bu günədək geri qayıtmamışlar. Əldə olunmuş əməliyyat məlumatlarına əsasən, İ.Abdullayeva və S.Zakirov münaqişə bölgələrində öldürülmüşlər. Lakin, onların İraq və ya Suriyanın nəzarətsiz bölgələrində öldürüldükləri səbəbindən ölüm faktının müəyyən edilməsinə dair təsdiqləyici sənədlər əldə etmək mümkün olmamışdır. *5. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, 26.07.*982-ci il təvəllüdlü X*5 və 28.*2.*985-ci il təvəllüdlü X3 ölmüş elan edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır və ona görə də onlar məhkəmə qaydasında ölmüş elan edilməlidir.

Məhkəmə xərcləri.

*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *7. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçi X6 özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

*8. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 28.*2.*985-ci ildə Bakı şəhərində anadan olmuş X8 və 26.07.*982-ci ildə Bakı şəhərində anadan olmuş X*5 ölmüş elan edilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gün - X4 və X*0 ölüm günü hesab edilməli, qətnamənin icrası Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. *9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 3*2-3*6-cı maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. 28.*2.*985-ci ildə Bakı şəhərində anadan olmuş X8 və 26.07.*982-ci ildə Bakı şəhərində anadan olmuş X*5 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün - X4 və X*0 ölüm günü hesab edilsin. Qətnamənin icrası Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçi X6 özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar