Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2175/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 07.*2.*983-cü ildə doğulmuş X*4 23.*2.*984-cü ildə Qusar rayonu İmamqulukənd kəndində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X27 07.*2.*983-cü ildə doğulmuşdur və 23.*2.*984-cü ildə vəfat etmişdir, Qusar rayonu İmamqulukənd kəndinin qəbiristanlığında dəfn olunmuşdur. Oğlu həmin vaxt çox kiçik yaşda vəfat etdiyi üçün onun haqqında ölüm haqqında şəhadətnaməni almamışdır. Hal-hazırda oğlu X*4 ölüm haqqında şəhadətnaməsini ala bilmir, belə ki, Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmalıdır. *6 nömrəli Uşaq Polikilinikasına ölüm haqqında tibbi şəhadətnamə üçün müraciət etdikdə isə həmin poliklinika imtina etmişdir və arayış vermişdir ki, oğlu poliklinikada qeydiyyatda olmamışdır. Hazırda oğlu X*4 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, ASAN xidmət tərəfindən verilən ailə tərkibi haqqında arayışda 23.*2.*984-cü ildə vəfat etmiş oğlu sağ ailə üzvü kimi görünür. 26.07.*984-cü ildə hazırda yaşadığı mənzil ona işlədiyi Bakı Kanalizasiya İdarəsindən verilmişdir, həmin orderdə 23.*2.*984-cü ildə vəfat etmiş oğlunun adı göstərilir. Həmin mənzili özəlləşdirmək üçün orderdə göstərilən bütün ailə üzvlərinin razılığı tələb olunur, orderdə adı göstərilən X27 isə vəfat etdiyi üçün o onun razılığını təqdim edə bilmir. Nəticədə mənzilin özəlləşdirilməsində problem yaranmışdır, o mənzili özəlləşdirmək hüququndan istifadə edə bilmir. Göründüyü kimi onun şəxsi və əmlak hüquqlarının bərpa edilməsi üçün oğlunun ölüm haqqında şəhadətnaməsini almağı zəruridir. Oğlu Əsgərin ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, order almaq üçün vəfat etmiş oğlunun ölüm haqqında şəhadətnaməsi lazımdır. *8.05.2024-cü il tarixdə Maraqlı şəxs məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Şahidlərin izahatları Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X4 bildirmişdir ki, Ərizəçi yaxınıdır. Ərizəçinin oğlu rəhmətə gedib. *984-cü ildə ölüb. * illik uşaq idi. Xəstəlikdən öldü. Xəstəliyinin nə olduğunu bilmir. Kənddə dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X*0 bildirmişdir ki, Ərizəçi qardaşıdır. Uşağı *984-cü ildə ölüb. Ay-gün yadında deyil. Yay-payız ayları idi. Dəfndə iştirak etmişdir. Zəif doğulmuşdu. Həkim baxırdı. Kənddə dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X*5 bildirmişdir ki, Ərizəçi qonşusudur. Uşaq *984-cü ildə rəhmətə getmişdir. Qapılarının qarşısında yaşayırdılar. Dəfndə iştirak etməmişdir. Uşaq xəstələnmişdir. Oğlan uşağı idi. İş materialları. Maraqlı şəxs 22 fevral 2024-cü il tarixli, 73 nömrəli arayışıdan görünür ki, 07.*2.*983-cü ildə Azərbaycan Respublikasının Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuş X*4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, şəxsin xx.xx.2024-cü il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, X*4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 Saylı Bakı “Asan Xidmət” X*3 *3.03.2024-cü il tarixli, 05/09İS/0*8272-24 nömrəli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi aid *3.03.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun ailə tərkibinin X3 (*3.02.*96*), X** (24.04.*982), X*2 (07.*2.*983), X2* (*9.06.*985), X5 (07.0*.*987) (ölüb) ibarət olduğu qeyd edilmişdir. Suraxanı rayon Mənzil-Kommunal Birliyinin *04 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 82 №-li arayışdan görünür ki, Ərizəçi Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev *6, mənzil 57-də qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X*6, Ərizəçi, X8, X6, X* Cəlil Əlisultan oğlunun 07.*2.*983-cü il tarixində anadan olmuş oğlu X*4 23.*2.*984-cü il tarixində vəfat etməsini və onun Qusar rayonun İmamqulukənd kənd qəbiristanlığında dəfn olunmasını öz imzaları ilə təsdiq etmişdirlər. Aktın və imzaların doğruluğu Qusar RİHB-nın İmamqulukənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Maraqlı şəxs 22 fevral 2024-cü il tarixli, AZ-İ seriyalı, 446092 nömrəli arayışıdan görünür ki, X27 (atası Ərizəçi, anası X9) 07.*2.*983-cü ildə Qusar rayonu İmamqulukənd kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *2.0*.*984-cü il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X36 “Bakı Baş Səhiyyə Mərkəzi” X36 *6 X20 **.03.2024-cü il tarixli, **3 nömrəli arayışından görünür ki, Ərizəçi Əlisoltan oğlunun 07.*2.*983-cü il təvəllüdlü övladı X27 poliklinikada qeydiyyatda olması barədə sənədlər qanunvericiliyə uyğun olaraq arxiv idarəsinə göndərildiyinə görə heç bir məlumat tapılmamışdır. İş materiallarında olan БГИ Orconokidze rayonu tərəfindən verilmiş 000392 nömrəli, 29.06.*984-cü il tarixli xüsusi orderin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev *6, mənzil 57 ünvanda yerləşən ümumi sahəsi 38.7* kv.metr olan mənzildə X9, X28, X2 Cəlil Əlisultan oğlu ilə birlikdə yaşayırlar. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Suraxanı rayon Məhkəməsinə ünvanlanmış *0.05.2024-cü il tarixli, 3-38-2/33-*6*3/24 nömrəli cavab məktubundan görünür ki, 07.*2.*983-cü il təvəllüdlü X*4 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, *8/2- *2038/24 nömrəli cavab məktubundan görünür ki, 07.*2.*983-cü il təvəllüdlü X*4 Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə *94.*. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə *95. Ölümün dövlət qeydiyyatına alınması qaydası *95.*. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı.
8. Ölümün qeydə alınması 8.*. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.... ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.*4. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.
4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.*. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X26 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.*-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir.... ....4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.... 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.*-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X23 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi 07.*2.*983-cü ildə doğulmuş övladı X*4 23.*2.*984-cü ildə Qusar rayonu İmamqulukənd kəndində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. O, oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə Maraqlı şəxsnə müraciət etmiş, lakin şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamənin olmaması bildirilmiş və ölüm faktının müəyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi məhrum X*4 atasıdır. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirə bilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X*4 ölümü ilə bağlı tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi yoxdur. Məhz bu sənəd olmadığından, sonradan ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Həmçinin, iş üzrə çağırılmış şahidlər X*4 vəfat etməsini təsdiqləmişdirlər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müvafiq sorğular göndərilmiş, X*4 dövlət sərhədindən hərəkəti və Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Göründüyü kimi, ərizəçinin oğlu X*4 23.*2.*984-cü il tarixdə Qusar rayonu İmamqulukənd kəndində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 07.*2.*983-cü ildə doğulmuş X*4 23.*2.*984-cü ildə Qusar rayonu İmamqulukənd kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 07.*2.*983-cü ildə doğulmuş X*4 23.*2.*984-cü ildə Qusar rayonu İmamqulukənd kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva