Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2175/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, 25.08.*966-cı il tarixdə doğulmuş atası X5 xx.xx.2025-ci il tarixdə Qusar rayonunda ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X9 25.08.*966-cı il tarixdə ünvan 1ində anadan olmuşdur. O, xx.xx.2025-ci il tarixdə Qusar rayonunun Şahdağ ərazində iş vaxtı (əmək funksiyalarının icra edərkən) qəfil vəfat etmişdir. Atası vəfat etdiyi günün səhəri, yəni xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciət etmədiklərindən atasının ölüm haqqında şəhadətnaməsini almaq mümkün olmamışdır. Halhazırda iş yerindən dəfn pulunun və sığorta haqqının alınması üçün atası X5 ölüm haqqında şəhadətnaməsinin alınması vardır. Ölüm haqqında tibbi arayışın verilməsi üçün Suraxanı Sağlamlıq Mərkəzinə müraciət etsə də atası Qusar rayonunda ezamiyyətdə olarkən iş yerində dünyasını dəyişdiyi üçün *06 nömrəli tibbi arayış verməkdən imtina etmişlər. Habelə, ölüm haqqında şəhadətnamə alınması üçün Azərbaycan Respublikası 4 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi sənəd olmadığı üçün mərhum atası X5 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, atasının ölüm kağızı lazımdır, onun ölüm faktının müəyyən olunmasını istəyir. Qeyd edir ki, 04 fevralda Qusarda, iş başında dünyasını dəyişib, onlarda torpağa qoyulan gün hesablanır, amma 04 fevral axşam saatlarında dünyasını dəyişib. Ərizənin təmin edilməsini xahiş edir. İş üzrə maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, qardaşı rəhmətə gedib, ölüm kağızı ala bilməmişdirlər. Qeyd edir ki, 04 fevralda rəhmətə gedib, xəstə deyildi. İşlədiyi vaxt maşında nasazlıq olub, dostuna zəng edib. Maşında rəhmətə gedib, Qusardan gedib gətirdilər. Dədə Qorqud qəbirstanlığında dəfn olunub, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, əmisinin ölüm səbəbi ilə gəlmişdir. X7. 04 fevralda evdə idilər. Əmisioğlu zəng etdi ki, atası rəhmətə gedib, xəstəliyi yox idi. Qusarda şirkət maşını ilə ezamiyyətdə idi. Gecə Qusara yola çıxdılar, səhər Bakıya gətirdilər. Dədə Qorqud qəbirstanlığında dəfn olunub, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, dayısının ölümü ilə bağlı gəlmişdir. Qeyd edir ki, doğma dayısıdır, anasının adı X*r. İşdə sükan arxasında rəhmətə gedib. 04 fevralda rəhmətə gedib, 05 fevralda gətirib dəfn etmişdirlər. Dəfndə iştirak etmişdir, Suraxanıda dəfn olunub. İş materialları. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən AA № **9*00 seriya nömrəli *3.07.2005-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinə əsasən X9 *993-cü il tarixdə Füzuli rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən AA № 288856 seriya nömrəli 24.04.20*3-cü il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinə əsasən Ərizəçi *993-cü il tarixdə Füzuli rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır. Qusar Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası xx.xx.2025-ci il tarixdə çağırış üzrə ünvan 1i ünvanına gəlmiş, X5 qəfləti ürək dayanması səbəbindən qeyd edilmişdir. BST və ** saylı Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası xx.xx.2025-ci il tarixdə çağırış üzrə Suraxanı rayonu, X*3 massivi ünvanına gəlmiş, 59 yaşlı X5 həkimə qədər ölməsi (kişi cinsli meyit) qeyd edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*4 “Bakı Baş Səhiyyə Mərkəzi” X*4 Suraxanı Sağlamlıq Mərkəzi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli 33 saylı cavab məktubundan görünür ki, onun atası X2 rayonunda ezamiyyətdə olarkən iş yerində dünyasını dəyişdiyi üçün Suraxanı Sağlamlıq Mərkəzi tərəfindən ona ölüm kağızı forma nömrə *06 yazılması mümkün deyil. 4 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 2*.02.2025-ci il tarixli cavab məktubdan görünür ki, şəxsin ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümünün qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillər ilə müəyyən olunur ki, qəbirstanlıqda dəfn olunmuş mərhumun qəbirüstü abidəsində X9 qeyd edilib. İş materiallarında olan AR Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli 95 saylı arayışdan görünür ki, həqiqətən də onun atası, X9 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Dədə-Qorqud qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli, 529 nömrəli arayışına əsasən, Füzuli rayonundan məcburi köçkün olan Ərizəçi Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolun sol hissəsində fərdi evdə müvəqqəti məskunlaşmışdır. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə *94.*. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə *95. Ölümün dövlət qeydiyyatına alınması qaydası *95.*. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: ...9.*.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər... “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı.
8. Ölümün qeydə alınması 8.*. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.... ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.*4. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.
4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.*. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.*-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir.... ....4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.... 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.*-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X3 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi atası X5 xx.xx.2025-ci il tarixdə Qusar rayonunda ölməsi faktının müəyyən olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə 4 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şəxsin ölümünü təsdiq edən sənəd olmadığından, ölümünün qeydə alınmasının mümkün olmadığı qeyd edilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi məhrum X5 oğludur. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətləri həyata keçirə bilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 ölümü ilə bağlı tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi yoxdur. Məhz bu sənəd olmadığından, sonradan ərizəçi atasının ölüm faktını təsdiq edən şəhadətnaməni almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Həmçinin, iş üzrə çağırılmış şahidlər X5 vəfat etməsini təsdiqləmişdirlər. X5 xx.xx.2025-ci il tarixdə vəfat etdiyi və xx.xx.2025-ci il tarixdə Dədə-Qorqud qəbristanlığında dəfn olunduğu görünür. Ərizəçinin atası X5 xx.xx.2025ci il tarixdə ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25.08.*966-cı il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Qusar rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən məcburi köçkün olduğu üçün dövlət rüsumunun ödənilməsindən azad olunmuşdur. Bununla da, məhkəmə xərclərini aid etməyə şəxsin olmadığı görünür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 25.08.*966-cı il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə Qusar rayonunda ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva