Məhkəmə qərarları › İş №2(010)-2181/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2181/2023

18.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2181/2023 18.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl-zinət əşyalarının və cehiz əmlakların qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus “Perla” şirkətinin Marsel yataq və qonaq dəstlərinə aid, taxt çarpayı 828 azn, matras- 200 azn, şifoner 1368 azn dəyərində, 2 ədəd tumba 378 azn dəyərində, 1ədəd güzgülü qarderob 594 azn dəyərində, divan 1 ədəd 1206 azn dəyərində, kreslo 2 ədəd 864 azn dəyərində, tumba və stoyka 60 azn, 1ədəd televizor altlığı 468 azn dəyərində, 2 ədəd servant 864 azn dəyərində, 1 ədəd stol 300 azn, 6 ədəd stul qonaq otağı üçün 600 azn dəyərində, 1 ədəd xalça ipək 500 azn, paltaryuyan samsung-960 azn, soyuducu samsung 1400 azn dəyərində, peç 420 azn dəyərində, qaz plitəsi 200 azn dəyərində, aspirator 230 azn dəyərində, televizor samsung 109 diam., 1100 azn dəyərində, tozsoran samsung 1 ədəd 180 azn dəyərində, sok çəkən 90 azn, ət çəkən 120 azn, mikser 30 azn, ütü 80 azn, mətbəx mebeli 860 azn, mətbəx stolu 1 ədəd 180 azn, mətbəx stulları 4ədəd 200 azn, qonaq otağı üçün pərdə 400 azn dəyərində, yataq otağı üçün pərdə 400 azn dəyərində, kuxna üçün pərdə 30 azn, lüstr qonaq otağı üçün 550 azn dəyərində, lüstr yataq otağı üçün 450 azn dəyərində, mətbəx üçün lüstr 50 azn, noçnik 2 ədəd 70 azn, yorğan 1 ədəd 50 azn, döşək taxt üçün 1 ədəd 200 azn, yastıq 2 ədəd 20 azn, tac yataq örtüyü 1 ədəd 400 azn dəyərində, odeyal dəsti göy rəngdə 50 azn, pastel dəsti 5 ədəd 300 azn, qətifə 5 ədəd 75 azn, dəsmal 6 ədəd 48 azn, mavi rəngdə servis dəsti 12 nəfərlik 450 azn, yaşıl şüşə servis dəsti 100 azn, karacadan qara-qızılı meyvə qabı 50 azn, qəhvə naboru 120 azn, altı qızılı güldan, vaza konfet qabı dəsti 450 azn, çemodan içində mətbəx dəstləri 120 azn, vilka və qaşıq dəstləri 50 azn, skatertlər (stol örtüyü) 4 ədəd 100 azn, çaşka dəsti 6 ədədli -2 nabor 70 ədəd, qəhvəyi rəngdə şirniyyat boşqab dəsti 40 azn, göy naxışlı 5 növ boşqabı olan 6 nəfərlik servis 150 azn, bokallar zərli işləməli 6 ədəd 50 azn, sadə 6 ədədli bakal dəsti 25 azn, qrafinka və 6 ədəd stəkan dəsti 20 azn, göy rəngli şirniyyat dəsti 20 azn, podnos 10 azn, mətbəx üçün vilka-qaşıq dəsti 30 azn, asılqanlı mətbəx ləvazimatlar dəsti 25 azn, çaydan və çaynik 90 azn, çərəz naboru 4 ədəd 60 azn, bordovu rəngdə 4-lü nabor 20 azn, çərəz qabı 3-lü 50 azn, qazan dəsti 150 azn, tavalar 50 azn, əlavə qazanlar 30 azn, xrustal stəkanlar və nərbəkilər 12 ədəd 50 azn dəyərində, mürəbbə qabı və razetkalar 50 azn, stolüstü saat 50 azn, hamam aksesuarları-150 azn, dorojkalar 20 azn, qızıl briliant komplekt qolbaq, üzük, sırğa, sep 3000 azn dəyərində, qeyim əşyaları (palto, kurtka, pencəklər, donlar, idman kostyumu, balonka, yay və qış koftaları, ev geyimləri, pijama dəstləri, hamam xalatı, üst və alt qeyimləri, penyuarlar, kosmetika əşyaları, 4 cüt ayaqqabı, 3 cüt domaşnik, sapojki 1 cüt, çantalar, epilyator.fen) 1500 azn dəyərində, ümumilikdə 24523 manat dəyərində əşyaların alınıb ona verilməsi, qətnamə icra olunan zaman mövcud olmayan əşyaların dəyərinin və ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ünvan 1 ünvanda yaşayıb birgə təsərrüfat aparmışlar. Lakin iddiaçının keçmiş yoldaşı ilə yaşadıqları dövr ərzində onun cavabdeh tərəfındən xoşa gəlməz rəftara məruz qalmış və münasibətləri pozulduğuna görə işdən çıxaraq valideynlərinin evinə müvəqqəti qonaq getmək qərarına gəlmişdir. Lakin cavabdeh ona qarşı daha da aqressiv münasibət bəsləmişdir. Daha sonra Cavabdeh1 ilə aralarında bağlanmış nikahın pozulması tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının ünvan 2 mənzilə cehiz qismində apardığı “Perla” şirkətinin Marsel yataq və qonaq dəstlərinə aid, taxt çarpayı 828 azn, matras- 200 azn, şifoner 1368 azn dəyərində, 2 ədəd tumba 378 azn dəyərində, 1 ədəd güzgülü qarderob 594 azn dəyərində, divan 1 ədəd 1206 azn dəyərində, kreslo 2 ədəd 864 azn dəyərində, tumba və stoyka 60 azn, lədəd televizor atlığı 468 azn dəyərində, 2 ədəd servant 864 azn dəyərində, 1 ədəd stol 300 azn, 6 ədəd stul qonaq otağı üçün 600 azn dəyərində, 1 ədəd xalça ipək 500 azn, paltaryuyan samsung-960 azn,soyducu Samsung 1400 azn dəyərində, peç 420 azn dəyərində, qaz plitəsi 200 azn dəyərində, aspirator 230 azn dəyərində, televizor Samsung 109 diaırı. 1100 azn dəyərində, tozsoran Samsung 1 ədəd 180 azn dəyərində, sok çəkən 90 azn, ət çəkən 120 azn, mikser 30 azn, ütü 80 azn, mətbəx mebeli 860 azn, mətbəx stolu 1 ədəd 180 azn, mətbəx stulları 4ədəd 200 azn, qonaq otağı üçün pərdə 400 azn dəyərində, yataq otağı üçün pərdə 400 azn dəyərində, kuxnya üçün pərdə 30 azn ,lüstr qonaq otağı üçün 550 azn dəyərində, lüstr yataq otağı üçün 450 azn dəyərində, mətbəx üçün lüstr 50 azn, noçnik 2 ədəd 70 azn, yorğan 1 ədəd 50 azn, döşək taxt üçün 1 ədəd 200 azn, yastıq 2 ədəd 20 azn, tac yataq örtüyü 1 ədəd 400 azn dəyərində, odeyal dəsti göy rəngdə 50 azn, pastel dəsti 5 ədəd 300 azn, qətifə 5 ədəd 75 azn, dəsmal 6 ədəd 48 azn, mavi rəngdə servis dəsti 12 nəfərlik 450 azn, yaşıl şüşə servis dəsti 100 azn, karacadan qara-qızılı məyvə qabı 50 azn, qəhvə naboru 120 azn, altı qızılı güldan,vaza konfet qabı dəsti 450 azn, çemodan içində mətbəx dəstləri 120 azn, vilka və qaşıq dəstləri 50 azn, skatertlər (stol örtüyü) 4 ədəd 100 azn, çaşka dəsti 6 ədədli -2 nabor 70 ədəd, qəhvəyi rəngdə şirniyyat boşqab dəsti 40 azn, göy naxışlı 5 növ boşqabı olan 6 nəfərlik servis 150 azn, bokallar zərli işləməli 6 ədəd 50 azn, sadə 6 ədədli bakal dəsti 25 azn, qrafınka və 6 ədəd stəkan dəsti 20 azn, göy rəngli şirniyyat dəsti 20 azn, podnos 10 azn, mətbəx üçün vilka-qaşıq dəsti 30 azn, asılqanlı mətbəx ləvazimatlar dəsti 25 azn, çaydan və çaynik 90 azn, çərəz naboru 4 ədəd 60 azn, bordovu rəngdə 4-lü nabor 20 azn, çərəz qabı 3-lü 50 azn, qazan naboru 150 azn, tavalar 50 azn, əlavə qazanlar 30 azn, xrustal stəkanlar və nərbəkilər 12 ədəd 50 azn dəyərində, mürəbbə qabı və razetkalar 50 azn, stolüstü saat 50 azn, hamam aksesuarları-150 azn, dorojkalar 20 azn, qızıl briliant komplekt qolbaq, üzük, sırğa, sep 3000 azn dəyərində, qeyim əşyaları (palto,kurtka,pencəklər,donlar, idman kostyumu,balonka, yay və qış koftaları, ev geyimləri, pijama dəstləri,hamam xalatı, üst və alt qeyimləri, penyuarlar, kosmetika əşyaları, 4 cüt ayaqqabı, 3 cüt domaşnik, sapojki 1 cüt, çantalar, epilyator,fen) 1500 azn, dəyərində əşyaları həmin mənzildə qalmaqdadır. İddiaçı tərəfindən dəfələrlə Cavabdeh1 ona məxsus cehiz və qızıl-zinət əşyalarının qaytarılmasını xahiş etsə də, cavabdeh həmin əşyaları ona qaytarmaqdan yayınmışdır. Həmin əşyalardan bir necəsi onun tərəfindən alınmış və bununla bağlı qaimə faktura mövcuddur və məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə mətbəx mebeli də iddiaçı tərəfindən yığılmişdir. Cavabdeh tərəf qıza bahalı komplekt qızıl-zinət əşyaları alınmamasını iddia etsə də, lakin oğlan evi tərəfindən iddiaçıya bir dəst komlekt alınmışdır və hətta bununla bağlı videoçəkiliş də mövcuddur. Qeyd olunanlara əsasən iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı iddia və etiraz ərizələri qətiyyən həqiqəti əks etdirmir, şantaj böhtan xarakterli, qərəzli, varlanmaq üçün ssenari kimi hazırlanmış əsassız ərizələrdir. İddiaçının iddia və etiraz ərizələrinin şər, böhtan, qərəzli olması, heç bir hüquqi əsası olmaması birinci növbədə onun və həyat yoldaşı Cavabdeh3 evləri tamamilə ayrı ünvanda yerləşdiyinə, ayrı yaşadıqlarına, cehiz əşyalarına heç bir aidiyyatləri olmadığı halda qanunsuz olaraq şərləyərək şər böhtan kimi cavabdeh qismində baş-başa verib utanmadan, məsuliyyətdən qorxmadan onlara qarşı rəsmi iddia qaldırması deyilənlərə qeyd olunanlara əyani sübutdur. Cehiz əşyalarının alınması barədə qəbz, maliyyə arayışları və qaimələr araşdırıldıqda məlum oldu ki, əşyaların qiymətində bunlar arasında kəskin fərqlər vardır, bir-birlərinə uyqun gəlmir. Buradan görünür ki, bunlar saxta, bəlkə də sonradan alınmış sənədlərdir. İddiaçının atası Tapdıq Aslanova etibar və inamı olduğuna görə əksər dostavka, sənədləşmə işləri ilə bekar olduğu üçün ona həvalə olunmuşdur. Hal-hazırkı vəziyyət onu göstərir ki, boşanmaq üçün maddi maraq xətrinə bəri başdan hazırlıq işləri göstərilmişdir. Belə ki, iddia ərizəsində taxt çarpayı 828.0 manat, matras - 200.0 manat, şifoner -1368.0 manat, 2 ədəd tumba 378.0 manat, 1 ədəd güzgülü qarderob-594.0 manat, divan-1206.0 manat, kreslo 2 ədəd-864.0 manat, tumba stoyka - 60.0 manat, 1 ədəd televizor altlığı-468.0 manat, 2 ədəd servant - 864.0 manat olmaqla, cəmi 6830.0 manat göstərilmişdir. Lakin maliyyə arayışında bunların cəmi 4700.0 manat göstərilmişdir. Fərq iddia ərizəsində 2130.0 manat artıq göstərilmişdir. (6830-4700=2130) Usta ekspertin qeydlərində bu məbləğ 4400.0 manat göstərilmişdir. (4700-300=4400). Yəni 300.0 manat əskik göstərilmişdir. Maliyyə arayışında Samsung soyuducu, Samsung paltaryuyan, Samsung televizor, sobanın qiymətləri cəmi 2930.0 manat, qaimə fakturalarda 2820.0 manat göstərilmişdir. Maliyyə arayışı ilə qaimə faktura arasında 110.0 manat maliyyə arayışında çox göstərilmişdir. İddia ərizəsində soyuducu - 1400.0 manat, televizor 1100.0 manat, paltaryuyan 960.0 manat, soba 420.0 manat, bunların cəmi 3880.0 manat göstərilmişdir. Maliyyə arayışı ilə iddia ərizəsi arasında 950.0 manat fərq (3880 - 2930 = 950), qaimə faktura ilə iddia ərizəsi arasında 1060.0 manat fərq (3880- 2820=1060). Ticarət şəbəkələrindən mal alanda birinci növbədə hər bir vətəndaşa alıcıya qəbz təqdim olunur. Bu da ilkin növbədə əsas sənəd mağaza sənədi sayılır. Mətbəxt mebelinin oğlu tərəfindən alınıb yığılması, oraya soyuducu, paltaryuyan, soba, aspirator, duxovka qoyulması barədə video çəkiliş və fotolar əlavə olunmuşdur. Həyat yoldaşından 1 gün müddətinə götürülmüş bir ədəd qolbağı 370.0 manat, brilyant komplekt qaşlı 2 ədəd sırğa, 1 ədəd qolbağı, 1 ədəd boyun bağı (sep), 1 ədəd kulon ümumi komplektin qiyməti 4850.0 manat, 1 ədəd brilyant üzük 2280.0 manat, gündəlik qızıl əşyaları 200.0 manat olmaqla cəmi 7700.0 manat dəyərində qızıl zinət əşyalarının qaytarılması üçün 1-ci iddiaçıya, sonra atasına, anasına, qardaşına, nənəsinə bir neçə dəfə müraciət olunub telefon əlaqəsi yaradılmışdır. İddiaçının nənəsi 15 yanvar 2023-cü il tarixdə telefonla zəng edib bildirdi ki, Nərgizin götürdüyü qızıl-zinət əşyalarını gətirib verəcəklərini, onların nə əşyaları varsa gəlib götürülməsi və hər şeyi razılıqla həll edilməsini bildirmişdir. Onları gözləsələr də, lakin qızıl-zinət əşyalarını gətirməmişlər və bu məsələ razılıqla alınmamışdır. Nikah zamanı iddiaçıya 1825.0 manat dəyərində brilyant üzük, 450.0 manat dəyərində sırğa, 500.0 manat dəyərində pal-paltar və digər əşyalar ərdən boşanmış olsa da ona alınmışdır. Həyat yoldaşı Cavabdeh3 qızıl-zinət əşyalarına məhkəməyə təqdim olunmuş fotoların heç bir aidiyyəti yoxdur. Böhtandır, şərdir. Hal-hazırda iddiaçıya alınmış 1825.0 manat dəyərində brilyant üzük, 450.0 manat dəyərində sırğa, 500.0 manat dəyərində pal-paltar və digər əşyalar onun tərəfindən evdən aparılmışdır. İcra məmuru tərəfindən cehiz əşyaları barədə tərtib olunmuş aktda qeyd aparılmışdır ki, 3000.0 manat dəyərində qızıl əşyaları heç vaxt evdə olmayıb və evə gətirməyib. İddiaçı evə həftənin 3-4 gününü işdən sonra gəlib getmişdir. Ona görə də qızıl əşyalarının evdə olması qeyrimümkün idi. İddiaçının cavabdehə 2000.0 manat dəyərində brilyant üzük, 2500.0 manat dəyərində qızıl saat almaları tamamilə yalandır. Cavabdehə 2000.0 manat dəyərində deyil ucuz qiymətə bir üzük alınmış, saat tamamilə alınmamışdır. Evlilik dövründə iddiaçının anası İradə Aslanova ayrı-ayrı vaxtlarda müəyyən adlarla 5000.0 və 1200.0 manat borc kimi qaytarmaq şərti ilə almış və bu günə kimi qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, (tərəflər) xx.xx.2023-cü tarixində saat 16:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh1 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Aslanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Sahara Electroniks MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, həqiqətən də xx.xx.2021-ci il tarixində fiziki şəxs X2 Electroniks mağazasından 2930 manat dəyərində Samsung soyuducu, Samsung paltayuyan, Samsung televizor, Sob adlı məhsul almışdır. Alınan məişət texnikası məhsulları şirkət tərəfindən müştərinin bildirdiyi ünvana aparılmış və quraşdırılmışdır. Alınan mallara zəmanət verilmişdir. İş materiallarına əlavə edilmiş Foriella MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, həqiqətən də xx.xx.2021-ci il tarixində fiziki şəxs X4 şirkətə məxsus olan Babək prospektində yerləşən Perla Mebel mağazasından 4700 manat dəyərində Yataq dəsti Marsel, Qonaq dəsti Marsel, döşək plusline, divan kreslo Zen, jurnal masa sektor, pufik adlı məhsul almışdır. Məhsul şirkət tərəfindən müştərinin bildirdiyi ünvana aparılmış və quraşdırılmışdır. Alınan mallara zəmanət verilmişdir. İş materiallarına əlavə edilmiş Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 11 may 2023-cü il tarixli aktda qeyd edilir: “ünvan 2 ünvanında yerləşən cavabdehlərə məxsus evdə yerləşən İddiaçı məxsus olan “Perla” şirkətinin Marsel yataq və qonaq dəstlərinə aid, taxt çarpayı 828 azn, matras- 200 azn, şifoner 1368 azn dəyərində, 2 ədəd tumba 378 azn dəyərində, 1ədəd güzgülü qarderob 594 azn dəyərində, divan 1 ədəd 1206 azn dəyərində, kreslo 2 ədəd 864 azn dəyərində, tumba və stoyka 60 azn, 1ədəd televizor atlığı 468 azn dəyərində, 2 ədəd servant 864 azn dəyərində, 1 ədəd stol 300 azn, 6 ədəd stul qonaq otağı üçün 600 azn dəyərində, 1 ədəd xalça ipək 500 azn, paltaryuyan samsung-960 azn, soyducu samsung 1400 azn dəyərində, peç 420 azn dəyərində, qaz plitəsi 200 azn dəyərində, aspirator 230 azn dəyərində, televizor samsung 109 diam. 1100 azn dəyərində, tozsoran samsung 1 ədəd 180 azn dəyərində, sok çəkən 90 azn, ət çəkən 120 azn, mikser 30 azn, ütü 80 azn, mətbəx mebeli 860 azn, mətbəx stolu 1 ədəd 180 azn, mətbəx stulları 4ədəd 200 azn, qonaq otağı üçün pərdə 400 azn dəyərində, yataq otağı üçün pərdə 400 azn dəyərində, kuxna üçün pərdə 30 azn, lüstr qonaq otağı üçün 550 azn dəyərində, lüstr yataq otağı üçün 450 azn dəyərində, mətbəx üçün lüstr 50 azn, noçnik 2 ədəd 70 azn, yorğan 1 ədəd 50 azn, döşək taxt üçün 1 ədəd 200 azn, yastıq 2 ədəd 20 azn, tac yataq örtüyü 1 ədəd 400 azn dəyərində, odeyal dəsti göy rəngdə 50 azn, pastel dəsti 5 ədəd 300 azn, qətifə 5 ədəd 75 azn, dəsmal 6 ədəd 48 azn, mavi rəngdə servis dəsti 12 nəfərlik 450 azn, yaşıl şüşə servis dəsti 100 azn, karacadan qara-qızılı meyvə qabı 50 azn, qəhvə naboru 120 azn, altı qızılı güldan, vaza konfet qabı dəsti 450 azn, çemodan içində mətbəx dəstləri 120 azn, vilka və qaşıq dəstləri 50 azn, skatertlər (stol örtüyü) 4 ədəd 100 azn, çaşka dəsti 6 ədədli -2 nabor 70 ədəd, qəhvəyi rəngdə şirniyyat boşqab dəsti 40 azn, göy naxışlı 5 növ boşqabı olan 6 nəfərlik servis 150 azn, bokallar zərli işləməli 6 ədəd 50 azn, sadə 6 ədədli bakal dəsti 25 azn, qrafinka və 6 ədəd stəkan dəsti 20 azn, göy rəngli şirniyyat dəsti 20 azn, podnos 10 azn, mətbəx üçün vilka-qaşıq dəsti 30 azn, asılqanlı mətbəx ləvazimatlar dəsti 25 azn, çaydan və çaynik 90 azn, çərəz naboru 4 ədəd 60 azn, bordovu rəngdə 4-lü nabor 20 azn, çərəz qabı 3-lü 50 azn, qazan naboru 150 azn, tavalar 50 azn, əlavə qazanlar 30 azn, xrustal stəkanlar və nərbəkilər 12 ədəd 50 azn dəyərində, mürəbbə qabı və razetkalar 50 azn, stolüstü saat 50 azn, hamam aksesuarları-150 azn, dorojkalar 20 azn, qızıl briliant komplekt qolbaq, üzük, sırğa, sep 3000 azn dəyərində, qeyim əşyaları (palto, kurtka, pencəklər, donlar, idman kostyumu, balonka, yay və qış koftaları, ev geyimləri, pijama dəstləri, hamam xalatı, üst və alt qeyimləri, penyuarlar, kosmetika əşyaları, 4 cüt ayaqqabı, 3 cüt domaşnik, sapojki 1 cüt, çantalar, epilyator.fen) 1500 azn dəyərində və adda olan əmlaklar üzərinə həbs qoyulması qeyd olunmuş, lakin həmin əşyaların siyahısında qızıl briliant komplekt, üzük, sırğa, sep 3000 azn dəyərində əşya mənzildə aşkar olunmamışdır. Digər əşyalar mənzildə aşkar olunmuş və üzərinə həbs qoyulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında Mənzil X1” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd olunur ki, ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qeyd olunan qanunvericilik normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi fotoşəkillərə və videoya baxış keçirilərkən və iddiaçı tərəfin verdiyi izahatından müəyyən olunur ki, iddiaçıya nişan mərasimində bir ədəd komlpekt hədiyyə edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan, iddiaçının evdən hansı şəraitdə getməsi halından təsdiq olunur ki, iddiaçı işdən sonra valideynlərinin evinə qonaq qismində getmiş və özü ilə qızıl-zinət əşyalarını aparmamış, həmin qızıl-zinət əşyaları cavabdehin yaşadığı mənzildə qalmışdır. Cavabdehin izahatından müəyyən olunmuşdur ki, iddiaçıya başqa qızıl-zinət əşyaları alınmış, lakin iddiaçının iddia etdiyi komlpekt isə digər Cavabdeh3 məxsusdur, iddiaçının sadəcə müvəqqəti istifadəsinə verilmişdir. Lakin cavabdehlər tərəfindən həmin qızıl-zinət əşyasının digər cavabdehə məxsus olması və iddiaçının həmin qızıl-zinət əşyalarını aparması barədə sübut təqdim olunmamışdır. Bundan əlavə cavabdeh tərəf iddia ərizəsində göstərilən bəzi əmlakların onlar tərəfindən alınmasını qeyd etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Əksinə iddiaçı tərəf bəzi əmlakların onlar tərəfindən alınması ilə bağlı arayışlar və qaimə faktura təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan cehiz əmlaklarının və qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan ona məxsus olan əmlaklar və qızıl-zinət əşyaları cavabdehlərdən birgə qaydada alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə, belə qənaətə gəlir ki, iddiaçıya evləndikləri ərəfədə qızıl-zinət əşyalarının alınması və ona hədiyyə verilməsi, həmçinin hədiyyə edilmiş əmlakın cavabdehlərdə qalması iş üzrə sübutlarla təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 3 ünvanda yerləşən mənzildə İddiaçı məxsus olan – “Perla” şirkətinin Marsel yataq və qonaq dəsti, taxt çarpayı, matras, şifoner, 2 ədəd tumba, 1ədəd güzgülü qarderob, divan 1 ədəd, kreslo 2 ədəd, tumba və stoyka, 1 ədəd televizor atlığı, 2 ədəd servant, 1 ədəd stol, 6 ədəd stul qonaq otağı üçün, 1 ədəd xalça ipək, 1 ədəd paltaryuyan samsung, 1 ədəd soyuducu samsung, 1 ədəd soba, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd televizor samsung 109 diam., tozsoran samsung 1 ədəd, 1 ədəd sok çəkən, 1 ədəd ət çəkən, 1 ədəd mikser, 1 ədəd ütü, 1ədəd mətbəx stolu, 4 ədəd mətbəx stulları, qonaq otağı üçün pərdə, yataq otağı üçün pərdə, mətbəx üçün pərdə, lüstr qonaq otağı üçün, lüstr yataq otağı üçün, mətbəx üçün lüstr, noçnik 2 ədəd, yorğan 1 ədəd, döşək taxt üçün 1 ədəd, yastıq 2 ədəd, tac yataq örtüyü 1 ədəd, odeyal dəsti göy rəngdə, pastel dəsti 5 ədəd, qətifə 5 ədəd, dəsmal 6 ədəd, mavi rəngdə servis dəsti 12 nəfərlik, yaşıl şüşə servis dəsti, karacadan qara-qızılı meyvə qabı, qəhvə naboru, altı qızılı güldan, vaza konfet qabı dəsti, çemodan içində mətbəx dəstləri, vilka və qaşıq dəstləri, skatertlər (stol örtüyü) 4 ədəd, çaşka dəsti 6 ədədli -2 nabor, qəhvəyi rəngdə şirniyyat boşqab dəsti, göy naxışlı 5 növ boşqabı olan 6 nəfərlik servis, bokallar zərli işləməli 6 ədəd, sadə 6 ədədli bakal dəsti, qrafinka və 6 ədəd stəkan dəsti, göy rəngli şirniyyat dəsti, podnos, mətbəx üçün vilka-qaşıq dəsti, asılqanlı mətbəx ləvazimatlar dəsti, çaydan və çaynik, çərəz naboru 4 ədəd, bordovu rəngdə 4-lü nabor, çərəz qabı 3-lü, qazan naboru, tavalar, əlavə qazanlar, xrustal stəkanlar və nəlbəkilər 12 ədəd, mürəbbə qabı və razetkalar, stolüstü saat, hamam aksesuarları, dorojkalar, geyim əşyaları (palto, kurtka, pencəklər, donlar, idman kostyumu, balonka, yay və qış koftaları, ev geyimləri, pijama dəstləri, hamam xalatı, üst və alt qeyimləri, penyuarlar, kosmetika əşyaları, 4 cüt ayaqqabı, 3 cüt domaşnik, çəkmə 1 cüt, çantalar, epilyator, fen) adda olan əmlaklar cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada alınaraq İddiaçı qaytarılmalıdır. İddiaçı məxsus 1 ədəd komplekt (qolbağ, sırğa, sep və üzük) çəkisi 16 qram, ağ qızıl, 585 əyarlı və brilyant qaşlarla bəzədilmiş qızıl-zinət əşyaları cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada alınaraq İddiaçı qaytarılmalıdır. Qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. ünvan 3 ünvanda yerləşən mənzildə İddiaçı məxsus olan – “Perla” şirkətinin Marsel yataq və qonaq dəsti, taxt çarpayı, matras, şifoner, 2 ədəd tumba, 1ədəd güzgülü qarderob, divan 1 ədəd, kreslo 2 ədəd, tumba və stoyka, 1 ədəd televizor atlığı, 2 ədəd servant, 1 ədəd stol, 6 ədəd stul qonaq otağı üçün, 1 ədəd xalça ipək, 1 ədəd paltaryuyan samsung, 1 ədəd soyuducu samsung, 1 ədəd soba, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd televizor samsung 109 diam., tozsoran samsung 1 ədəd, 1 ədəd sok çəkən, 1 ədəd ət çəkən, 1 ədəd mikser, 1 ədəd ütü, 1ədəd mətbəx stolu, 4 ədəd mətbəx stulları, qonaq otağı üçün pərdə, yataq otağı üçün pərdə, mətbəx üçün pərdə, lüstr qonaq otağı üçün, lüstr yataq otağı üçün, mətbəx üçün lüstr, noçnik 2 ədəd, yorğan 1 ədəd, döşək taxt üçün 1 ədəd, yastıq 2 ədəd, tac yataq örtüyü 1 ədəd, odeyal dəsti göy rəngdə, pastel dəsti 5 ədəd, qətifə 5 ədəd, dəsmal 6 ədəd, mavi rəngdə servis dəsti 12 nəfərlik, yaşıl şüşə servis dəsti, karacadan qara-qızılı meyvə qabı, qəhvə naboru, altı qızılı güldan, vaza konfet qabı dəsti, çemodan içində mətbəx dəstləri, vilka və qaşıq dəstləri, skatertlər (stol örtüyü) 4 ədəd, çaşka dəsti 6 ədədli -2 nabor, qəhvəyi rəngdə şirniyyat boşqab dəsti, göy naxışlı 5 növ boşqabı olan 6 nəfərlik servis, bokallar zərli işləməli 6 ədəd, sadə 6 ədədli bakal dəsti, qrafinka və 6 ədəd stəkan dəsti, göy rəngli şirniyyat dəsti, podnos, mətbəx üçün vilka-qaşıq dəsti, asılqanlı mətbəx ləvazimatlar dəsti, çaydan və çaynik, çərəz naboru 4 ədəd, bordovu rəngdə 4-lü nabor, çərəz qabı 3-lü, qazan naboru, tavalar, əlavə qazanlar, xrustal stəkanlar və nəlbəkilər 12 ədəd, mürəbbə qabı və razetkalar, stolüstü saat, hamam aksesuarları, dorojkalar, geyim əşyaları (palto, kurtka, pencəklər, donlar, idman kostyumu, balonka, yay və qış koftaları, ev geyimləri, pijama dəstləri, hamam xalatı, üst və alt qeyimləri, penyuarlar, kosmetika əşyaları, 4 cüt ayaqqabı, 3 cüt domaşnik, çəkmə 1 cüt, çantalar, epilyator, fen) adda olan əmlaklar cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada alınaraq İddiaçı qaytarılsın. İddiaçı məxsus 1 ədəd komplekt (qolbağ, sırğa, sep və üzük) çəkisi 16 qram, ağ qızıl, 585 əyarlı və brilyant qaşlarla bəzədilmiş qızıl-zinət əşyaları cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada alınaraq İddiaçı qaytarılsın. Qətnamə icra olunan zaman qızıl-zinət əşyalarının naturada mövcud olmadığı aşkar olunarsa, onun dəyəri 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar