Məhkəmə qərarları › İş №2(010)-2189/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2189/2024

22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2189/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X*0 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları *. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *5 noyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 363875 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X2 *9 mart 2009-cu ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25 noyabr 2009-cu il tarixdə 2934 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Ərizəçi, ana qrafasında X7 qeyd olunmuşdur.

2. * №-li X5 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 53 №-li arayışdan görünür ki, *9.03.2009-cu il təvəllüdlü X2 xx.xx.2009-cu il tarixdən 8 nömrəli X3 (* nömrəli BUX) tibbi qeydiyyatda olmuşdur. B.Ə.Eyvazon adına ET Hematologiya institutunun *4.07.20*0-cu il tarixli 799 nömrəli Epikrizinə əsasən uşaqda “Limfosarkoma” diaqnozu aşkarlanmışdır. Valideyn tərəfindən xx.xx.2024-cü il tarixində təqdim edilən ** nömrəli TTYS-nın 5303 nömrəli xəbərdarlıq vərəqinə əsasən, X* *7.07.20*0-cu il tarixdə “Həkimə qədər evdə ölüm hadisəsi” qeydə alınmışdır.

3. Əmircan qəsəbəsi, “İmam Cümə” məscidinin dini icması tərəfindən verilmiş arayışdan görünür ki, X2 *4 iyul 20*0-cu il tarixdə Əmircan qəbirsanlığında dəfn edilmişdir.

4. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 05 mart 2024-cü il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri-mümkündür.

İşin faktiki halları

5. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X2 *4 iyul 20*0-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və Əmircan qəbiristanlığında dəfn edilmişdir. Sadəcə olaraq X* ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Ərizəçinin tələbi

6. Ərizəçi (Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu *9.03.2009-cu ildə doğulmuş X* *4.07.20*0-cu ildə Bakı şəhərində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları

7. İş üzrə maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi ərizə göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

8. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, övladı Müzəffər 2009-cu ildə doğulmuş və 20*0-cu ildə vəfat etmişdir, ancaq sistemdə hələ də sağ kimi göstərir. Oğlu iki dəfə yıxılmış və yıxılma nəticəsində qaraciyəri zədələnmişdi. Həkimlər əməliyyat edəcəklərini və onun qaraciyərindən orqan köçürüləcəyini bildirsələr də, daha sonra artıq gec olduğunu bildirmişlər. Oğlunu evə gətirdikdə vəfat etmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, ərizəçi onun oğlu, barəsində ölüm haqqında şəhadətnamə verilməsini tələb etdikləri uşaq isə nəvəsidir. Nəvəsi əsgərlik yaşına çatıb, ancaq sistemdə sağ göstərilir, lakin o, təxminən, 20*0-cu ildə vəfat edib. Uşaq yıxıldığı üçün onu poliklinikaya aparmışlar, oradan onları şəhərdə yerləşən xəstəxanaya göndərmişlər. Onlar şəhərdəki xəstəxanadan geri qayıdanda uşaq yolda vəfat etmişdir. Xəstəxanada nə ediblərsə uşağa iynə vurduqdan sonra onun bədəni şişməyə başlamışdır. O, dəfn mərasimində iştirak etmiş, nəvəsini yeni tikilmiş qəbirstanlıqda dəfn etmişlər. *0. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, ərizəçi onun bacısıoğludur. Barəsində ölüm haqqında şəhadətnamə verilməsini tələb etdikləri uşaq təxminən 20*0-cu illərdə vəfat edib, onu xəstəxanaya maşın ilə o, özü aparmışdır. Uşaq da maşında vəfat edib. O, həmin vaxt uşağı MRT etdirdiklərini və qaraciyərinin parçalandığını, buna səbəb soyuqdəymə olduğunu bildirdiklərini qeyd etdi.

Tətbiq edilən hüquq

**. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.

*2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*4. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *5. Məhkəmə hesab edir ki, X* *4 iyul 20*0-cu il tarixdə Bakı şəhərində ölməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun oğlunun ölüm faktı müəyyən olunmalıdır.

Məhkəmə xərcləri

*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. *7. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

*8. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X* *4 iyul 20*0-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməli, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. *9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. X* *4 iyul 20*0-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin, ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar