Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2193/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən nənəsi *892-ci il təvəllüdlü Zeynəb Gülü qızının *968-ci ildə Bakı şəhərində Əmircan qəsəbəsində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,o, xx.xx.*969-cu ildə Əbdülrəhim Şahpulat oğlu ilə Suriyə Məmmədhüseyn qızının nikahından Bakı şəhərində doğulmuşdur. X4 *4.0*.2004-cü ildə vəfat etmişdir. Atasının doğum haqqında şəhadətnaməsində atası kimi Şahbulad Murad oğlu, anası kimi Zeynəb Gülü qızı göstərilmişdir. X*4 *892-ci il təvəllüdlü olmuşdur. Onun *892-ci ildə Bakı şəhəri, Əmircan qəsəbəsində doğulması faktı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4597/2023 nömrəli, 26.*2.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Nənəsi *968-ci ildə vəfat etmişdir və Bakı şəhəri, Əmircan qəsəbəsinin qəbiristanlığında dəfn olunmuşdur. Hal-hazırda X9 ölüm haqqında şəhadətnaməsini ala bilmir. Belə ki, Suraxanı rayon qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmalıdır. 42 nömrəli şəhər poliklinikası da ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Hazırda X9 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, X9 ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün deyildir. Həmin ölüm haqqında şəhadətnamənin alınması isə ona yaşadığı evlə bağlı vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün zəruridir. Belə ki, yaşadığı ev X9 adınadır, bu barədə texniki pasport mövcuddur. O isə həmin miras əmlakı faktiki qəbul etmişdir, doğulduğu vaxtdan orada yaşayır. Hal-hazırda onun həmin ölüm haqqında şəhadətnaməni əldə etmək hüququ pozulur. Ölüm faktı müəyyən edilmədiyi üçün ölüm haqqında şəhadətnaməni ala bilmir. Ölüm haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün isə bu günə qədər yaşadığı evin sənədlərini qaydasına sala bilmir. Göründüyü kimi, onun şəxsi və əmlak hüquqlarının bərpa edilməsi üçün ölüm haqqında şəhadətnaməni almağı zəruridir. X9 ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirdi ki, hazırda ölüm faktının qeydə alınması zəruri olan şəxs onun nənəsi idi. Hazırda onun yaşadığı evdə dünyaya gəlmiş və nənəsinin sağlığında da onunla birlikdə həmin evdə yaşamışdır. Qeyd edilən ev isə nənəsinin adına olmuşdur. Bu faktın müəyyən edilməsi ona həmin evi vərəsəlik qaydasında öz adına qeydə alması üçün lazımdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, mərhuma Zeynəb xala deyə müraciət edirmiş. Zeynəb xala öləndə onun *3-*4 yaşı olmuşdur. Onunla qapı bir qonşuluqda yaşamışdır. Dəfn mərasimində atası və anası da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Zeynəb xanım onların qonşusu idi və onu tanıyırdı. Zeynəb xanım vəfat edərkən onun təxminən 7 yaşı olmuşdur və onun dəfni köhnə qəbiristanlıqda baş tutumuşdur. Ailə üzvləri yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, mərhum Zeynəb Gülü onun nənəsidir. Nənəsi vəfat edən zaman onun * yaşı olmuşdur. Nənəsinin ölümü onun xatirində deyildir, lakin onun *968-ci ildə ölümü ilə bağlı evdəkilərin danışdıqlarından məlumatlıdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən *4.0*.20*4-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 639*35 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Əbdülrəhim Şahbulad oğlu 04.0*.20*4-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında həmin tarixdə 39 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən *2.04.2023-cü il tarixdə verilmiş arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı 4 saylı “Asan xidmət” mərkəzindən daxil olan xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fonundan mühafizə edilən *933-cü ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 26 (sənəddə olduğu kimi) yanvar *933-cü ildə doğulan (soyadı qeyd olunmayıb) Əbdürəhim (sənəddə olduğu kimi) Şahbulad oğlunun (atası Şahbulad Murad oğlu, anası Zeynəb Güli qızı) təvəllüdünun qeyd olunur. Atası: Şahbulad Murad oğlu, Anası: Zeynəb Güli qızı. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.*2.2023-cü il tarixli, 2(0*0)-4597/2023 saylı qətnaməsindən müəyyən olunur ki, ərizə təmin edilərək Zeynəb Güli qızının *892-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsində doğulması faktının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X*5 “Bakı Baş Səhiyyə Mərkəzi” X*5 42 nömrəli şəhər poliklinikası tərəfindən *3.02.2024-cü il tarixdə verilmiş 2 nömrəli arayışdan müəyyən olunur ki, həmin idarədə *892-ci il təvəllüdlü Zeynəbxanım Kəlbəkülü qızının *968-ci il tarixdə vəfat etməsi barədə heç bir sənəd yoxdur. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən *3.03.2024-cü il tarixdə verilmiş 72-05/68 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Zeynəb Güli qızı *892-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə *3.03.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində *2-B nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *4.03.2024-cü il tarixli, 3-*6-5/7-*0-625/24 nömrəli cavab məktubundan müəyyən olunur ki, ona ölüm faktının təsdiq edilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün Zeynəb Güli qızının ölümünün qeydə alınmasından imtina edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi “İmam Cümə” məscidi dini icması tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş * nömrəli arayışdan müəyyən olunur ki, *892-ci il tarixdə anadan olmuş Zeynəbxanım Kəlbəkülü qızı həqiqətən də *968-ci il tarixdə Əmircan qəbiristanlığında dəfn olunmuşdur. * ədəd fotoşəkildən üzərində “X*. *892-*968” yazılan qəbir daşı görünür. *5.03.2024-cü il tarixli, *398*048** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən Zeynəb Güli qızının *968-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Zeynəb Güli qızının ölümü ilə bağlı nə səhiyyə orqanlarında, nə də arxiv idarəsində müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi Zeynəb Güli qızının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi mərhum nənəsinin ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum nənəsinin ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı Zeynəb Güli qızının *968-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *892-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsində anadan olmuş Zeynəb Güli qızının *968-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. *892-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsində anadan olmuş Zeynəb Güli qızının *968-ci il tarixdə Bakı şəhəri, Əmircan qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva