Məhkəmə qərarları › İş №2(010)-2195/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2195/2025

20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2195/2025 20.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06.*2.*986-cı il tarixdə Bakı şəhərində anadan olmuş qardaşı X* xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X3 xx.xx.2025-ci ildə yaşadıqları ünvan 1 ünvanında vəfat etmişdir. O və qohumları qardaşını yaxınlıqdakı “Dədə Qorqud” qəbiristanlığında dəfn etmişlər. Qardaşı ərazi üzrə poliklinikaya heç bir xəstəliklə bağlı müraciət etmədiyindən, qardaşının adına ölüm haqqında tibbi şəhadətnamə (forma *6) verilməsindən imtina edilmişdir. Müəyyən hüquqi sənədləşmə işlərini aparmaq üçün qardaşının ölüm haqqında şəhadətnaməsi lazım olduğundan, bu məqsədlə o, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz”. Qardaşının ölümü haqqında şəhadətnamənin verilməsindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin qeyd edir ki, qardaşının ölümünü təsdiq edən sübutları ərizəyə əlavə etmişdir. Eyni zamanda, qardaşının ölməsi faktını təsdiq edəcək şahidlərin iştirakını məhkəmə iclasında təmin edəcəkdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu nəzərə alınaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, həm ərizəçi, həm də ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs onun qaynıdır. Ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs, yəni ərizəçinin qardaşı uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkmişdir. İl ərzində bir neçə dəfə onun vəziyyəti pisləşsə də, təcili tibbi yardım briqadası tərəfindən tibbi müdaxilə edildikdən sonra səhhəti yaxşılaşmağa doğru getmişdir. Belə ki, bir gün onun qayınanası zəng vuraraq Vasifin vəziyyətinin pis olduğunu bildirmişdir. O, həyat yoldaşı ilə birlikdə ünvana çatdıqda təcili tibbi yardımla əlaqə saxlanılmış, hava şəraiti yaxşı olmasa da, təcili tibbi yardım briqadası çağırış üzrə ünvana gələrək xəstəyə ilk tibbi yardım göstərmişdir. Daha sonra onlara bildirilmişdir ki, xəstənin sakitliyə ehtiyacı var və bu şərait təmin edilməlidir. Təcili tibbi yardım briqadası getdikdən sonra qaynının vəziyyəti yenidən pisləşmiş və göz önündə vəfat etmişdir. Qaynı Vasif vəfat etdikdən sonra “Dədə Qorqud” qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, həm ərizəçi, həm də ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs onun dayısıdır. Dayısı Vasif epilepsiya xəstəliyindən əziyyət çəkmiş və həmin xəstəliklə bağlı vəziyyəti tez-tez pisləşmişdir. Dayısının vəziyyəti hər dəfə pisləşən zaman ünvana təcili tibbi yardım briqadası çağırılmış və briqdanın həkim heyəti ilk tibbi yardım göstərdikdən sonra xəstənin vəziyyəti yaxşılaşmışdır. Dayısının öldüyü gün vəziyyəti yenə həmən qaydada pisləşmiş və ünvana həkim çağırılmışdır. Lakin, həkimlər tərəfindən müdaxilə edildikdən 2 saat sonra dayısının vəziyyəti yenidən pisləşmiş və dayısı vəfat etmişdir. Dayısı vəfat etdikdən sonra “Dədə Qorqud” qəbiristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Orconikidze (indiki Suraxanı rayonu) rayon qeydiyyat şöbəsi tərəfindən 23.07.*983-cü il tarixdə verilmiş İX-JQ seriyalı, 3842*7 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (atası X4, anası X7) xx.xx.*983-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 23.07.*983-cü il tarixdə 948 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Orconikidze (indiki Suraxanı rayonu) rayon qeydiyyat şöbəsi tərəfindən 08.0*.*987-ci il tarixdə verilmiş Xİİ-JQ seriyalı, 264825 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 (atası X4, anası X7) 06.*2.*986-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 08.0*.*987-ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. “Bakı şəhəri Təcili və X5 Stansiyası” X*5 tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, təcili tibbi yardım briqadası xx.xx.2025-ci il, saat 00:42-də çağırış üzrə ünvan 3 ünvanında yerləşən 30 nömrəli mənzilə gələrək həkimə qədər ölüm (kişi cinsli meyit) faktını aşkar etmişlər. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*5 “Bakı Baş Səhiyyə Mərkəzi” X*5 42 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, 06.*2.*986-cı il təvəllüdlü X* heç vaxt heç bir xəstəliklə bağlı 42 nömrəli Şəhər Poliklinikasına müraciət etmədiyi və bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 64 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi mərhum qardaşı X3 xx.xx.2025ci il tarixdə vəfat etmiş və “Dədə Qorqud” qəbiristanlığında dəfn edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, X* ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2025-ci il tarixli, *735958698 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum qardaşı X* xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X* ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədləri yoxdur. Məhz bu sənədlər olmadığından sonradan ərizəçi qardaşının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi qardaşının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum qardaşının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı 06.*2.*986-cı il tarixdə Bakı şəhərində doğulmuş X* xx.xx.2025-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında yerləşən 30 nömrəli mənzildə ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 06.*2.*986-cı il tarixdə Bakı şəhərində doğulmuş X* xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 30 nömrəli mənzildə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06.*2.*986-cı il tarixdə Bakı şəhərində doğulmuş X* xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 30 nömrəli mənzildə ölməsi faktı müəyyən edilsin. Ödənilmiş *00 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar