Məhkəmə qərarları › İş №2(010)-2205/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2205/2020

25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2205/2020 25.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi və, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən X3 Gəncə şəhərində xx xxxxxx 2000-ci il tarixdə vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi və onun adına Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci ildə doğulmuş qızı X4 xx.xx.2000-ci ildə vəfat etmişdir. Bununla əlaqədar ölüm haqqında şəhadətnamənin alınması məqsədilə Maraqlı şəxsnə müraciət edilmişdir. xx.xx.2020-ci il tarixli, 05/11-91 nömrəli cavab məktubu ilə imtina olunmuş və ölüm faktının müəyyən edilməsi üçün qeydiyyatda olduğu rayon üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmçinin, Maraqlı şəxsndə ərizəçinin qızı İsayeva Aynurənin xx.xx.2000-ci ildə vəfat etməsinin müəyyən edilməsi ilə əlaqədar arxiv məlumatları yoxlanılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Göstərilənlərlə əlaqədar olaraq Gəncə şəhər Kəpəz rayonu Qeydiyyat Şöbəsi tərəfindən 635 nömrəli, xx.xx.2019-cu il tarixli müvafiq arayış verilmişdir. Ərizəçinin qızı İsayeva Aynurənin 18 yaşı olduqda vəfat etməsini şahidlər də təsdiq edirlər. Həmin şahid ifadələrini məhkəmə iclasında təqdim edə bilər. Həmçinin, qızının dəfn olunduğu qəbiristanlıqda olan məzarın çəkilmiş şəkilləri də mövcuddur. Bəzi sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamənin olmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək bildirdi ki, qızı X4 xx.xx.1982-ci ildə Ermənistan Respublikasında doğulmuşdur. O, Süleymanov Asəf adlı şəxslə ailə qurmuş, bundan on bir ay sonra uşaq dünyaya gətirən zaman ölmüş, uşaq da sonradan ölmüşdür. Ölüm hadisəsi xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Gülüstan qəsəbə xəstəxanasında baş vermiş, Göygöl rayonu Hacıməlikli qəsəbəsində yerləşən qəbiritanlıqda dəfn olunmuşdur. Aynurənin ərinin soyadı Süleymanov olduğundan qəbir daşında soyadı Süleymanova kimi qeyd edilmişdir. Aynurə öldükdən qısa bir müddət sonra, hələ qırx mərasimi keçməmiş əri Süleymanov Asəf yenidən ailə qurmuşdur. Onun 16 yaşlı oğlu X8 isə bacısının ölümündən üç gün sonra Göygöl rayonu Hacıməlikli kəndinə yasa gedərkən yol kənarında elektrik naqilinə toxunaraq özünü öldürmüşdür. Onlar həmin vaxta qədər Gəncə şəhəri Kəpəz rayonunda qeydiyyatda olmuşlar. Bu hadisələrdən bir il sonra o, Bakıya köçmüş, köç zamanı sənədlərini itirmişdir. Hazırda mərhum qızının adına ölüm haqqında akt qeydi olmadığından o bir sıra problemlərlə üzləşir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə verərək X3 ölüm tarixinin ərizədə səhvən xx.xx.2000-ci il kimi qeyd edildiyini, əslində isə ölüm tarixinin xx.xx.2000-ci il tarix olduğunu qeyd etdi. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla X3 ölüm faktının müəyyən edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edildi. Maraqlı şəxs rəisi məhkəməyə məktub göndərərək mülki işə dair heç bir rəy və etirazları olmadığını bildirmiş, işə Şöbənin nümayəndəsinin iştirakı olmadan baxılaraq müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, yuxarıda qeyd edilən tədqiq olunmuş iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X4 adına xx.xx.2019-cu il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/11-91 saylı cavab məktubundan görünür ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün qeydiyyatda olduğu rayon üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Alapark kənd sovetliyi tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İV-SL 348136 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, X4 (atası X10, anası Ərizəçi) xx.xx.1982-ci il tarixdə Ermənistan SSR, Hrzadan rayonu, Gümüş kəndində doğulmuşdur. İş materiallarında olan üç ədəd fotoşəkildən görünür ki, X2 adına hazırlanmış və qucağında körpə uşaqla təsvir edildiyi qəbir daşında doğum və ölüm tarixi kimi xx.xx.1982-xx.xx.2000-ci tarixləri qeyd edilmiş, X8 adına hazırlanmış qəbir daşında isə xx.xx.1984-xx.xx.2000-ci il tarixləri qeyd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş AZ 013317 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 rayonu Hacıməlik qəsəbəsində xx.xx.2000-ci il tarixdə elektrik vurmasından ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 187 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Göygöl rayon İcra Hakimiyyəti başçısının Hacıməlik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 394 nömrəli arayışdan görünür ki, mərhum İsayeva (Süleymanova) Aynurə Süleyman qızı xx.xx.2000ci il tarixdə vəfat etmiş, Göygöl rayon Hacıməlik qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, Ərizəçi onun bacısı, vəfat etmiş X4 isə bacısının qızıdır. Aynurənin toyu olduqdan bir müddət sonra, 2000-ci ilin fevral ayında doğuş zamanı qanına zəhərlənmə keçdiyindən ölmüş, Göygöl rayonu Hacıməlikli qəsəbəsində dəfn olunmuşdur. Onun ölümündən üç gün sonra qardaşı İlqar özünü öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Ərizəçi onun əmisi qızıdır. Bəsdinin dörd övladı olmuş, onlardan ikisi – Aynurə və İlqar 2000-ci ilin fevral ayında ölmüşdür. Belə ki, Aynurə doğuş zamanı ölmüş, balaca oğlu İlqar isə bacısının ölümünə görə özünü elektrikə verərək öldürmüş, onların hər ikisi Göygöl rayonu Hacıməlikli qəsəbəsində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Ərizəçi onun xalası, vəfat etmiş X4 isə onun xalası qızı olmuşdur. Aynurənin toyu olduqdan sonra 2000-ci ilin fevral ayında o, doğuş zamanı ölmüş, bundan üç gün sonra isə qardaşı İlqar özünü öldürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi qızı X4 xx.xx.1982-ci il tarixdə Ermənistan SSR, Hrzadan rayonu, Gümüş kəndində doğulmuşdur. O, rəsmi nikah bağlamadan ailə qurmuş, xx.xx.2000-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Gülüstan qəsəbə xəstəxanasında doğuş zamanı ölmüşdür. Bacısının ölümündən üç gün sonra qardaşı X8 intihar edərək özünü öldürmüşdür. X4 Göygöl rayonu Hacıməlik qəsəbə qəbiristanlığına dəfn olunmuşdur. Lakin qardaşı İlqar adına ölüm haqqında akt qeydi tərtib edilsə də Aynurənin ölüm faktı ilə bağlı heç bir sənədləşdirmə aparılmamış, sonradan Ərizəçi ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etsə də müraciəti təmin olunmamış, ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəmə iclasında dindirilən şahidlərin hər biri ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək ərizədə qeyd edilənləri təsdiq etmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin (bundan sonra AM) 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. İşdən görünür ki, ərizəçi məhkəmədən qızı X3 xx.xx.2000-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın .“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bundan başqa, həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İşdən görünür ki, X3 ölüm faktı ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından Ərizəçi sonradan qızının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. O da qızının ölüm faktının müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin hər biri ərizədə qeyd edilənləri təsdiq etmiş, Ərizəçi övladı X3 xx.xx.2000-ci il tarixdə xəstəxanada doğuş zamanı öldüyünü təsdiq etmişdir. MPM-in 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Beləliklə məhkəmə hesab edir ki, X3 xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X3 xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölüm haqqında akt qeydləri kitabında müvafiq qeydin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səlimə Miriyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar