Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2236/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1938-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya müvafiq işlər üçün qanunla müəyyən edilmiş qaydada, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına icazə verilən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Ərizəyə əlavə edilmiş sənədlərindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1938-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etməli, müvafiq qurumdan imtina aldığı təqdirdə məhkəməyə müraciət etməli idi. AR MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd edilənlərə əsasən və AR MPM-in 35, 41-1, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə verilə bilər. Hakim Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2236/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2236/2024
28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver