Məhkəmə qərarları › İş №2(010)-2249/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2249/2023

14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2249/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə və 4 saylı Bakı Asan Xidmət X3rşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri XX.XX.*940-cı il təvəllüdlü X5 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, onun həyat yoldaşı XX.XX.*940-cı il təvəllüdlü X*0 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Belə ki, TTYS-nın ölüm haqqında xəbərdarlıq vərəqəsində də göstərilir ki, xx.xx.2023-cü il tarixdə saat 22-50 dəqiqədə Sabunçu rayonu, Ramana qəsəbəsi Şuşa şəhərciyi yeni tikili ünvanına X5 adına çağırış daxil olmuşdur. Çağırışı Şuşa MRX-nın həkimi A.Həsənov yerinə yetirmişdir və həmin ünvanda “həkimə qədər ölüm” kişi cinsli meyitin aşkar olunmuşdur. Lakin buna baxmayaraq mərhum əri X7 ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bakı Baş Səhiyyə Mərkəzi 2* nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli 68 saylı arayışında bildirilmişdir ki, 20*7-ci ildən Ramana qəsəbəsi 2-ci sahə ünvanında qeydiyyatsız yaşamış X*0 xx.xx.2023-cü il tarixində Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə ünvanında vəfat etmişdir. Mərhum qeydiyyatsız yaşadığı müddətdə 2* nömrəli Birləşmiş şəhər Xəstəxanasına heç bir xəstəliklə müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. 4 saylı Bakı “ASAN xidmət” X2 *2.04.2023-cü il tarixli imtina məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Hal-hazırda ölüm haqqında şəhadətnamə dəfn xərcinin alınması üçün lazımdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə və 4 saylı Bakı Asan Xidmət X6 məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, şahid X9 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, X* onun qardaşı, Ərizəçi isə mərhum qardaşının həyat yoldaşıdır. Mərhum qardaşı bir dəfə ürəkdən infarkt keçirmişdir. O özünü idarə etsə də, xəstə idi. Hadisə baş verən gün gecə saatlarında ona zəng gəlmiş və o getdikdə isə artıq qardaşının öldüyünü görmüşdür. X*0 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakıxanov qəsəbəsində yerləşən qəbrstanlığında dəfn olunmuşdur. Digər şahid X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun bacısıdır. X* isə xalası oğlu, həm də onun bacısının həyat yoldaşıdır. X* xəstə idi, o, əvvəl iki dəfə ürək infarktı keçirmişdir. Onun bacısının həyat yoldaşı X*0 ürək tutmasından xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, Bakıxanov qəsəbəsində yerləşən qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X5 ölümü haqqında şəhadətnamənin verilməsinə dair müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003- cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşiıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirmişlər. İş materiallarına əlavə edilmiş Təcili və X4 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X5 adına xx.xx.2023-cü il tarixində çağırış olmuş həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan 2* nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən Sabunçu rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, 20*7-ci il tarixindən Ramana qəsəbəsi 2-ci sahə ünvanında qeydiyyatsız yaşamış XX.XX.*940-cı il təvəllüdlü X*0 xx.xx.2023-cü il tarixində Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə ünvanında vəfat etmişdir. Mərhum qeydiyyatsız yaşadığı müddətdə 2* nömrəli Birləşmiş Şəhər Xəstəxansına heç bir xəstəliklə müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə (Forma *06) vermək mümkün deyildir. İş materiallarına əlavə edilmiş Ermənistan SSR, Massis rayon VVAQ tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 ilə Ərizəçi 27.09.*988-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş aktdan müəyyən olunur ki, XX.XX.*940-cı il təvəllüdlü X*0 xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, XX.XX.*940cı il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. XX.XX.*940-cı il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar