Məhkəmə qərarları › İş №2(010)-2255/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2255/2020

27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2255/2020 27.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1924cü il təvəllüdlü X3 xx.xx.2000-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, xx.xx.1924-cü il təvəllüdlü X8 onun anasıdır. xx xxxxxx 2000-ci il tarixdə anasının səhhəti qəfil pisləşdiyindən təcili tibbi yardım stansiyasına zəng vuraraq, anasının yaşadığı Bülbülə qəsəbəsi, R.Qarayev küçəsi, ev 14 ünvana həkim dəvət etmişlər. Lakin təcili tibbi yardım həkimləri gələnədək anası evdə ölmüşdür. xx.xx.2000-ci ildə onu qohumlarının da iştirakı ilə Bülbülə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Lakin anası öldükdən sonra onun başı yas mərasiminə qarışmış mərhumun ölümü barədə şəhadətnamə almaq üçün lazımi sənədləri toplayıb Qeydiyyat Şöbəsinə təqdim etməmişlər. Sonra isə bu yaddan çıxmış, anası barədə Ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda vərəsəlik məsələsinin həlli ilə əlaqədar ərizəçi Bakı şəhəri Maraqlı şəxsnə gedərək anasının ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq istəyən zaman Qeydiyyat Şöbəsindən anası X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün, onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkün olduğunu bildirmişlər. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Onun anası X8 xx.xx.2000-ci il tarixində vəfat etmişdir. O, qonşu kimi həmin yas mərasimində iştirak etmişdir. Mərhum X2-Bülə qəbirstalığında dəfn olunmuşdir. Digər şahid X11 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qonşusu və mərhum X8 isə ərizəçinin anasıdır. Qonşusu X8 xx.xx.2000-ci il tarixində vəfat etmişdir. Mərhum X2-Bülə qəbirstalığında dəfn olunmuşdir. Digər şahid X6 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. Ərizəçinin atası və anası uzun müddətdir ki vəfat etmişlər. Fizulinin mərhum anası X8 xx.xx.2000-ci il tarixində vəfat etmiş və Bül-Bülə qəbirstalıqında dəfn olunmuşdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, X8 barədə «Vətəndaşlıq vəziyyəti aktları» Avtomatlaşdırılmış qeydiyyat İnformasiya Sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı və ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün onun ölümü barədə akt qeydini tərtib etmək qeyri-mümkündür. İş materiallarında əlavə edilmiş Bakı şəhəri Orcanikidze rayonu VVAQ Bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. Atası X4, anası X7r. İş materiallarına əlavə edilmiş qəbrüstü abidənin fotoşəkilinin surətindən görünür ki, X8 xx.xx.1924-cü ildən – xx.xx.2000-ci il tarixədək yaşamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 həqiqətən də xx.xx.2000-ci ildə vəfat etmiş və Bül-bülə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X3 xx.xx.2000-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1924-cü il təvəllüdlü X3 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1924-cü il təvəllüdlü X3 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar