Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2264/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 4 saylı Bakı ASAN Xidmət X6) "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi Ərizəçi atası 26.07.*975-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş X8 *8 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi atası X*0 *8.02.2025-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev *0, mənzil *7 ünvanında infakt keçirərək vəfat etmişdir. X* üçün təcili tibbi yardım çağırılmış, lakin həkim heyəti çağırılmış ünvana çatanadək atası vəfat etmişdir. Daha sonra Təcili və X5 Stansiyası tərəfindən onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. O, və qohumları mərhum atasını yaxınlıqdakı məzarlıqda dəfn etmişdir. O, atasına ölüm şəhadətnaməsi almaq məqsədi ilə 4 saylı Bakı ‘Asan Xidmət” X2 müraciət etmiş, lakin müraciətinə xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*,*0.2003cü i! tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qeyd edir ki, atasının ölümü haqqında şəhadətnamənin verilməsindən 4 saylı Bakı “Asan Xidmət” X6 tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atasının ölməsi faktını təsdiq edəcək sübutlarını ərizəsinə əlavə edir, eyni zamanda məhkəmə iclasında atasının ölməsi faktını təsdiq edəcək şahidləri də olacaqdır. Tәrәflәrin izahatı Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs 4 saylı Bakı ASAN Xidmət X6 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, o, Ərizəçi ilə qonşudur. Ərizəçinin atası İlhamı tanıyırdı, İlham usta olub. Usta İlham *8 fevral 2025-ci il tarixdə qəfildən vəfat etmişdir. Usta İlham gecə yatmış, səhəri gün isə qalxmamışdır, təcili yardım gələndə bədəni titrəyirdi. Həmin gün hava soyuq idi. X*3 qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Qonşu kimi mərhumun həm dəfn, həm də yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*2 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, həm qonşudurlar, həm də Kamran onun əmisi oğludur. Əmisi İlham *8 fevral 2025ci il tarixdə vəfat etmişdir. Onlar əmisi evinə gələndə artıq əmisi vəfat etmişdir. Əmisi Suraxanı rayonunun Yeni Suraxanı qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Qonşu kimi mərhumun həm dəfn, həm də yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin *06.*-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materialları Təcili və X5 stansiyasınün ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, *8 fevral 2025-ci il tarixdə saat 20:*5-də ünvan 2 ünvanına X8 adına çağırış olmuş və çağırışa gələn həkim, həkimə qədər ölüm kişi cinsli meyit aşkar etmişdir. 4 saylı Bakı «Asan Xidmət» X6nin xx.xx.2025-ci il tarixli 3-*6-5/8-*5-2*3/2025 saylı Ərizəçi ünvanladığı məktubundan görünür ki, X8 ölümünün qeydə alınması ilə bağlı 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi onun xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003cü i! tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı QaydasTnın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Nizami rayon Qeydiyyat şöbəsi tərəfindnə 24.05.20*2-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməən görünür ki, Ərizəçi xx.xx.*995-ci ildə doğulmuşdur və valideynləri X*0 ilə X7. 42 nömrəli Şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, atası X*0 42 nömrəli Şəhər Poliklinikasına hər hansı bir xəstəliklə müraciət etməmişdir. Poliklinikada dispanser qeydiyyatda olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” verilmir. X3 89 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi atası X*0 *8.02.2025-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası – 26.07.*975-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş X*0 *8 fevral 2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçi atası X8 ölümü haqqında şəhadətnamə almaq üçün 4 saylı Bakı ASAN Xidmət X2 müraciət etmiş, lakin ərizəçinin atası X8 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyindən ona imtina məktubu verilərək faktın təsdiq olunması ilə əlaqədar olaraq rayon məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması ilə bağlı lazımdır. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 26.07.*975-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş X8 *8 fevral 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, X8 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 2*8.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26.07.*975-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş X8 *8 fevral 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. X8 ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydlərin aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2264/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2264/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver