Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2268/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi *892-ci il təvəllüdlü X5 *968-ci ildə Bakı şəhərində vəfatı ilə bağlı ölüm faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi xx.xx.*969-cu ildə Bakı şəhərində Əbdülrəhim Şahbulad oğlu ilə Suriyə Məmmədhüseyn qızının nikahından doğulmuşdur. X2 04.0*.20*4-cü ildə Bakı şəhərində vəfat etmişdir. Atasının anası Zeynəb Güli qızı isə *968-ci ildə Bakı şəhərində vəfat etmiş və Əmircan kənd qəbirstanlığında basdırılmışdır. Hazırda yaşadığı Bakı şəhəri, Əmircan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 4 nömrəli ev şəxsi mülkiyyət hüququ ilə X7 qızına məxsus olmuşdur. Hazırda da mərhumun adınadır. Yaşadığı həmin evə dair sənədləşdirmə işlərinin aparılması üçün X5 ölüm faktının müəyyən edilməsi zərirəti yaranmışdır. Belə ki, X8 qızı *968-ci ildə vəfat edərək, Əmircan kəndinin qəbirstanlığında dəfn edilməsinə baxmayaraq ölümünün qeydə alınması üçün həmin vaxt müraciət edilmədiyi üçün ölüm haqqında şəhadətnamə mövcud deyildir. Ölüm haqqında şəhadətnaməni əldə etmək üçün X3, habelə ölüm haqqında tibbi şəhadətnamə alınması üçün Əmircan qəsəbəsində yerləşən *3 nöməli Birləşmiş Şəhər Xəstəxanasına müraciət etməsinə baxmayaraq müraciətləri təmin olunmamışdır. Odur ki, ərizəçi doğulduğu gündən bu günə qədər 54 il müddətində yaşadığı evlə bağlı sənədləşdirmə işləri üçün *968-ci ildə vəfat etmiş X4 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. X4 ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. X5 *968-ci ildə vəfat etməsini şahidlər də təsdiq edirlər. Həmin şahid ifadələrini məhkəmə iclasında təqdim edəcəkdir. Nənəsi Zeynəbin atası Gülü Kərbəla ziyarətində olduğu üçün nənəsinin başdaşında atasının adı Kəlbəgülü yazılmışdır. Tәrәflәrin izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verib ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Maraqlı şəxs mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları Azərbaycan Respublikası Dövlət Arxivinin *2.04.2023-cü il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən *933-cü ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 26 (sənəddə olduğu kimi) yanvar *933-cü ildə doğulan (soyadı qeyd olunmayıb) Əbdürəhim (sənəddə olduğu kimi) Şahbulad oğlunun təvəllüdü qeyd olunur. Atası: Şahbulad Murad oğlu; Anası: Zeynəb Güli qızı. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Zeynəb Kəlbəkülü qızının barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinətinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək qeyri mümkündür. Məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. *3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, *892-ci il təvəllüdlü nənəsi Zeynəbxanım Kəlbəkülü qızının *968-ci ildə vəfat etdiyi barədə heç bir sənəd yoxdur. xx.xx.2023-cü il tarixli Əmircan qəsəbə «İmam Cümə» məscidinin dini icmasının sədri Hacıbala Eyvazovun, həmin məscidin imamın müavini Həsən Kərimlinin, dini icmanın üzvü İlham Yusifovun iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, Zeynəbxanım Kəlbəkulu qızı həqiqətən *892-ci (min səkkiz yüz doxsan ikinci) ildə Əmircan qəsəbəsində anadan olub və *968-ci (min doqquz yüz altımış səkkizinci) ildə vəfat etmişdir, Əmircan qəsəbəsi, Məktəbli küçəsindəki qəbirstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin *2.06.2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Əmircan kənd məscidi üzrə *890-*895-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında Zeynəb Güli qızının doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. Tәtbiq edilәn hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi *4.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2*7.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.* Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.** Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308 Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mәhkәmәnin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi X8 (və ya Zeynəbxanım Kəlbəgülü qızı) qızının *968-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini tələb etsə də, məhkəməyə X8 (və ya Zeynəbxanım Kəlbəgülü qızı) qızının doğulmasını faktını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. Məhkəmə hesab edir ki, ərizəsində nəzərdə tutduğu şəxsin doğulmasına dair reyestr məlumatlarında hər hansı bir qeyd aparılmadığından həmin şəxsin ölməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi mümkün deyil. Mәhkәmәnin gәldiyi nәticә Məhkəmə hesab edir ki, ərizəçi Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2268/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2268/2023
19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver