Məhkəmə qərarları › İş №2(010)-2286/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2286/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2286/2023 10.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum oğlu X7 2* iyun *992-ci tarixdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X*6 *3 noyabr *99*-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Xəstəlik səbəbindən oğlu 2* iyun *992-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Quba rayonu, Susay kənd qəbiristanlığında dəfn edilmişdir. Övladının azyaşlı olması, bir müddət sonra həyat yoldaşının da vəfat etməsi, bu və digər səbəblərdən yaşadığı əraziyə xidmət edən tibb sahəsinə (poliklinikaya) müraciət edilməmişdir. Oğlu vəfat edən zaman yaşadığı əraziyə xidmət edən tibb sahəsinə (poliklinikaya) məlumat verilmədiyindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması üçün 6 saylı Bakı “ASAN xidmət” X4 müraciət etsə də, maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını əsas gətirərək 3-*6-5/7-*5-785/2023 saylı, ** aprel 2023-cü il tarixli məktubla ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün onun ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Hazırki vəziyyətdə ölüm haqqında şəhadətnaməni başqa qaydada alınmaq qeyri-mümkündür. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin rəisinin qəbullar sarayının texniki məsələlər üzrə direktor müavini işləyir. Hazırki, iş yerində əmək fəaliyyətinin l0 ili tamam olduğu üçün iş yerinə ailə tərkibi haqqında arayış və ailə üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədlər təqdim etməyi tələb olunur. Ona görə də, vəfat etmiş övladının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranıb. Bundan başqa ölüm haqqında şəhadətnamə oğlunun ölümü ilə əlaqədar müvafiq məsələlər ortaya çıxacaq bu və digər sənədləşdirmə işlərinin aparılması üçün zəruridir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirdilər ki, *3 noyabr *99*-ci il təvəllüdlü Anar Şixbalayev xəstə olduğundan xəstəxanaya aparılmış və bir müddət sonra 2* iyun *992-ci ildə xəstəxanada vəfat etmişdir. Uşaq Quba rayonu, Susay kənd qəbistanlığında dəfn edilmişdir. Lakin, uşağın ölümü ilə bağlı xəstəxanadan tibbi sənəd alınması mümkün olmamışdır. Qısa müddət sonra da uşağın anası vəfat etmişdir. Vaxtında ölüm haqqında şəhadnamənin alınması üçün müraciət edilməmişdir. İddiaçı hal-hazırda X*2 İdarəsinin direktor müavini işləyir, hər *0 ildən bir ailə tərkibi barədə məlumat təqdim etməlidir. Bu səbəbdən, həm də digər məsələlər ilə bağlı ölüm haqqında şəhadətnamə lazımdır. Bu barədə müraciət etmiş və imtina almışdır. Buna görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs 6 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahidlərin izahatları: Məhkəmə iclasında izahat vermiş şahid X* bildirdi ki, ərizəçinin qohumudur. Ərizəçinin övladı təxminən *992-ci ildə təqribən bir yaşında xəstəlikdən rəhmətə getmişdir. Uşaq körpə olmuş, xəstəlikdən ölmüşdür. Uşağın anası ürək xəstəsi olmuş, təxmin edir ki, anasından uşağa xəstəlik keçmişdir. Uşağın ölümündən *-2 il sonra anası rəhmətə getmişdir. Uşaq Quba rayonu, Susay kəndində dəfn edilmişdir Əvəzin övladı rəhmətə getmişdi. Məhkəmə iclasında izahat vermiş şahid X2 bildirdi ki, ərizəçinin qohumudur. Ərizəçinin övladı *99*-ci ilin sonunda anadan olmuş, təxminən *992-ci ilin iyun ayında xəstəlikdən rəhmətə getmişdir. Uşağın anası da xəstə olmuşdur, uşaqları zəif doğulurdu. Başqa uşağı da rəhmətə getmişdir. Şəhadətnamənin alınması üçün müraciət olmamanın səbəbini bilmir. Uşaq Quba rayonu, Susay kəndində dəfn olunmuş, dəf mərasimində o da iştirak etmişdir. İş materialları. Bakı şəhəri Xətai Rayonu VVAQ Şöbəsi tərəfindən 25.0*.200*-ci il tarixdə verilmiş, AZ seriyalı 078549 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 25 yanvar 200*-cı il tarixdə kəskin ürək çatışmamazlığı səbəbindən Quba rayonunun Susay kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 25.0*.200*-ci il tarixdə 80 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayonu VVAQ Şöbəsi tərəfindən 04.0*.*992-ci il tarixdə verilmiş, XVİ-JQ seriyalı, 427908 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 (ata Ərizəçi, ana X9) *3 noyabr *99*-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 04.0*.*992-cı il tarixdə 50 nömrə ilə qeyd edilmişdir. Quba Rayon Susay Kənd sakinləri K.Şixbalayev, İ.Cabbarov, Z.Bədirxanov, H.Şixbalayev və L.Şixbalayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, *3 noyabr *99*-cı il tarixdə anadan olmuş X*6 2* iyun *992-ci il tarixdə vəfat etmiş və Quba Rayon Susay kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Quba rayonu İcra Hakimiyyəti başçısının Susay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş *5 nömrəli arayışdan görünür ki, Quba Rayon Susay Kənd sakinləri - K.Şixbalayev, İ.Cabbarov, Z.Bədirxanov, H.Şixbalayev və L.Şixbalayev tərəfindən tərtib edilmiş akta əsasən, *3 noyabr *99*-cı il tarixdə anadan olmuş X*6 2* iyun *992-ci il tarixdə vəfat etmiş və Quba Rayon Susar Kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2* “Bakı Baş Səhiyyə Mərkəzi” X2* 43 nömrəli Şəhər Poliklinikası tərəfindən *3.04.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış 424 nömrəli məktubdan görünür ki, 43 nömrəli Şəhər Poliklinikasının rəhbərliyi bildirir ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.06.20*5-ci il tarixli 52 nömrəli əmrinə uyğun olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Hacınski küçəsi, ev *00, mən. 28 ünvanında yaşamış *3 noyabr *99*-ci il təvəllüdlü X*6 2* iyun *992-ci il tarixdə vəfat etdiyi üçün ona ölüm haqqında sənəd (forma *06) verilmir. 6 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən **.04.2023-cü il tarixdə Vəkil ünvanlanmış 3-*6-5/7-*5-785/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 saylı, 3*.*0.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.*-ci bəndinə, əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin Qaydanın 8.5-ci bəndinə, əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqdan ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Bu səbəbdən də ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Quba rayonu Yelenovka Kənd soveti tərəfindən 04.**.*988-ci il tarixdə verilmiş İV-JQ 4836*0 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və X** arasında 04 noyabr *988-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 43 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Şixbalayeva soyadı verilmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış *3 iyun 2023-cü il tarixli 3-*6-5/8- *3-780 nömrəli məktubdan və ona əlavə edilmiş doğum haqqında akt qeydinin surətindən görünür ki, Bakı şəhəri, Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04.0*.*992-ci il tarixdə verilmiş 50 nömrəli qoğum haqqında akt qeydinə əsasən, X*6 (ata Ərizəçi, ana X9) *3 noyabr *99*-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-38-33/2- 2252/23 nömrəli məktubdan görünür ki, *3.**.*99*-cı il təvəllüdlü X7 dövlət sərhəddindən hərəkəti İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli *8/2-20225/23 nömrəli məktubdan görünür ki, *3.**.*99*-cı il təvəllüdlü X7 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və şəxsiyyəti təsdiq edən sənədlə sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə *94.*. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. *94.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə *95. Ölümün dövlət qeydiyyatına alınması qaydası *95.*. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri: Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *45 nömrəli 3* oktyabr 2003-cü il tarixli Qərarı.

8. Ölümün qeydə alınması 8.*. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.... ...8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.... ....8.7....Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.*4. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.

4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.*. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X*0 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.*-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir.... ....4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.... 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *94.*-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X6 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.*. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi X7 2* iyun *992-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə mərhumun qeydiyyata alındığı poliklinikaya, daha sonra 6 saylı Bakı “ASAN XİDMƏT” X*3 müraciət etmiş, lakin şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından, ölüm barədə akt qeydi tərtib edilməmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi məhrum X7 atasıdır. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətlərin həyata keçirə bilmir. Hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 ölümü ilə bağlı tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi yoxdur. Məhz bu sənəd olmadığından, sonradan ərizəçi oğlunun ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Həmçinin, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X7 dövlət sərhəddindən hərəkəti barədə məlumat qeydə alınmamış və onun ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və şəxsiyyəti təsdiq edən sənədlə sənədləşdirilməsi müəyyən edilməmişdir. İş materiallarından və şahid ifadələrindən göründüyü kimi, ərizəçinin oğlu X*6 *3 noyabr *99*-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 2* iyun *992-ci il tarixində Bakı şəhərində vəfat etmiş və Quba rayonu, Susay kənd qəbiristanlığında dəfn edilmişdir. Göründüyü kimi, ərizəçinin oğlu X7 2* iyun *992- ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, *3 noyabr *99*-cı il təvəllüdlü X7 2* iyun *992- ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. *3 noyabr *99*-ci il təvəllüdlü X7 2* iyun *992-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar