Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2296/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus əmlakların çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus əmlakların çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 4 dəst yorğan-döşək, 4 ədəd yastıq, 1 ədəd yun adyal, 2 ədəd süfrə, 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd 2 nəfərlik taxt, 1 ədəd kamod, 2 ədəd tumba, 1 ədəd paltar şkafı, 1 ədəd qorka, 5 ədəd xalça, aşsüzən l ədəd, şirəli ləyən l ədəd, şirəli vedrə l ədəd, elektrik samovarı l ədəd, böyük vaz 1 ədəd, meyvə vazı 2 ədəd, ləpə qabı 3 ədəd, konfet qabı 2 ədəd, bakal 2 dəst 12 ədəd, yemək servizi ldəst 12 ədəd, çay servizi l dəst, yemək boşqabı 24 ədəd, aş boşqabı 2 ədəd, məcməyi 2 ədəd, duz qabı 4 ədəd, çay stəkanı 12 ədəd xrustal, araq stəkanı 12 ədəd, xörək qaşığı 6 ədəd, vilka 6 ədəd, yağ bıçağı 6 ədəd, dəm çayniki l ədəd, çaynik l ədəd, sok çəkən l ədəd, müxtəlif ölçülü qazan 7 ədəd, 1 ədəd tozsoran, 1 ədəd ütü, 1 ədəd televizor - cehiz əşyalarının ona məxsus ünvan 1-dən cavabdehin hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Tağıyeva (Nağıyeva) Vüsalə Maarif qızı onun keçmiş gəlinidir. Cavabdehlə oğlu nikah münasibətlərinə daxil olduqdan sonra Cavabdeh onun razılığı əsasında ünvan 1-yə köçüb yaşamış, lakin əxlaqsız hərəkətlərə yol verdiyindən oğlu ilə cavabdeh arasındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Bundan sonra cavabdeh evi tərk edərək özünə başqa yaşayış yeri seçmişdir. Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi 194/2 saylı evin ilkin hüquqmüəyyənedici sənədi onun adınadır və cavabdehin mənzildən istifadə hüququ yaranmamışdır onun (cavabdehin) oğluna qarşı mənzillə təmin edilməsi tələbinin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə təmin olunmaması ilə təsdiq olunmuşdur. Buna baxmayaraq cavabdehə məxsus cehiz əşyaları bugünə kimi ona məxsus evdə qalmışdır. Bu isə ona maneçilik törədir və dəfələrlə cavabdehə deməyinə baxmayaraq öz əşyalarını onun evindən götürmür. Cavabdehin əmlakını insanlıq xatirinə evdən çıxarıb ata bilmir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunan əmlaklar ona məxsusdur. Eyni zamanda iddia ərizəsində qeyd olunmayan bəzi digər əmlaklarda mövcüddur və onları da iddiaçıdan tələb edir. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, ünvan 1 mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, iş № 2(012)-373/2021 saylı qətnaməsindən görünür ki, X3 ilə X1 arasında nikah pozulmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Onun oğlu X3 hazırkı iş üzrə Cavabdeh ilə rəsmi şəkildə xx.xx.2012-ci ildə ailə qurmuş və Cavabdeh cehiz əşyalarını onun evinə gətirilmişdir. xx.xx.2021-ci il tarixdə isə nikahları pozulmuş və boşandıqdan sonra da hazırki vaxta qədər Cavabdeh cehizlik əşyaları onun evində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlanır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iddiaçının mülkiyyətində olan məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məxsus ərizədə adları sadalanan əmlaklar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehə məxsus 4 dəst yorğan-döşək, 4 ədəd yastıq, 1 ədəd yun adyal, 2 ədəd süfrə, 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd 2 nəfərlik taxt, 1 ədəd kamod, 2 ədəd tumba, 1 ədəd paltar şkafı, 1 ədəd qorka, 5 ədəd xalça, aşsüzən l ədəd, şirəli ləyən l ədəd, şirəli vedrə l ədəd, elektrik samovarı l ədəd, böyük vaz 1 ədəd, meyvə vazı 2 ədəd, ləpə qabı 3 ədəd, konfet qabı 2 ədəd, bakal 2 dəst 12 ədəd, yemək servizi ldəst 12 ədəd, çay servizi l dəst, yemək boşqabı 24 ədəd, aş boşqabı 2 ədəd, məcməyi 2 ədəd, duz qabı 4 ədəd, çay stəkanı 12 ədəd xrustal, araq stəkanı 12 ədəd, xörək qaşığı 6 ədəd, vilka 6 ədəd, yağ bıçağı 6 ədəd, dəm çayniki l ədəd, çaynik 1 ədəd, sok çəkən 1 ədəd, müxtəlif ölçülü qazan 7 ədəd, 1 ədəd tozsoran, 1 ədəd ütü, 1 ədəd televizor ünvan 1 ünvanında yerləşən yaşayış evindən Cavabdeh tərəfindən çıxarılsın. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-2296/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2296/2022
13.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver