Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2307/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək **.07.*937-ci ildə doğulmuş anası X7 **.04.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi və onun adına Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, onun anası X*4 **.04.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və onu Yasamal qəbiristanlığında dəfn etmişlər. Anası xx.xx.2022-ci ildə evdə yıxılmış və sınıq xəsarətləri almışdır, onu “X22”nə aparmış və orada ona “Sağ bud sümüyünün burmalardan keçən sınığı” diaqnozu qoyulmuşdur, orada tibbi yardım göstərilərək (gips qoyulmuş) və evə buraxılmışdır. **.04.2022-ci ildə anasının vəziyyəti pisləşmiş, evə təcili tibbi yardım çağırılmışlar, lakin təcili tibbi yardım həkimi gələnə qədər anası vəfat etmişdir. Bu barədə Təcili və X*3 Stansiyası Ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Anası həmin arayış əsasında dəfn edilmişdir. Bundan sonra tibb müəssisəsinə *5 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına tibbi şəhadətnamənin verilməsi üçün müraciət etmiş, lakin anası yaşadığı müddət ərzində poliklinikaya müraciət etmədiyi üçün və ambulator kartı olmadığı üçün ona imtina cavabı verilmişdir. Habelə qeydiyyat şöbəsi də ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Dəfn müavinətinin alınması, qeydiyyatdan çıxarılma məsələsinin həll edilməsi və digər sənədləşdirmə işləri üçün **.04.2022-ci ildə vəfat etmiş anasının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Onun ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X*5 ifadəsində göstərmişdir ki, vəfat etmiş X*4 onun bibisi, Ərizəçi isə onun bibisi oğludur. X5 yıxılmış və ona “Sağ bud sümüyünün burmalardan keçən sınığı” diaqnozu qoyulmuşdur. Mərhum bir müddət xəstəlikdən əziyyət çəkmiş və **.04.2022-ci il tarixdə vəfat etmişdir. Həmin yas mərasimində o da iştirak etmiş və X5nı isə Yasamal rayonunda yerləşən qəbrstanlığında dəfn etmişlər. Digər şahid X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, X5 onun bibisi, Ərizəçi isə onun bibisi oğludur. X5 vəfat etməmişdən bir həftə qabaq yıxılmış və onun bud sümüyü sınmışdır. X4 onlar fasilə ilə baxmışlar. X6 **.04.2022-ci il tarixdə vəfat etmiş və onu Yasamal rayonunda yerləşən qəbrstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanladığı *4.04.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı, qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 *5 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən Ərizəçi ünvanladığı *4.04.2022-ci il tarixli məktubdan görünür ki, X5 yaşadığı müddət ərzində poliknikaya müraciət etmədiyi üçün və ambulator kartası olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Təcili və X*3 Stansiyası tərəfindən verilmiş **.04.2022-ci il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X7 adına **.04.2022-ci il tarixində çağırış olmuş həkimə qədər ölüm, qadın cinsli meyid diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş AЗ **7**69 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.*966-ci ildə anadan olmuşdur. X*7, anası X**r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş *8.05.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X* yerləşən Dağüstü * qəbirstanlığında *2.04.2022-ci il tarixdə Ərizəçi tərəfindən dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş X22 P.H.Ş tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X*4 xx.xx.2022-ci il tarixdə “Sağ bud sümüyünün burmalardan keçən sınığı” diaqnozu ilə cərrahi təcili tibbi yardım şöbəsinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X*4 həqiqətən dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X7 **.04.2022-ci il tarixdə vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, **.07.*937-ci il təvəllüdlü X7 **.04.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. **.07.*937-ci il təvəllüdlü X7 **.04.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2307/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2307/2022
01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver