Məhkəmə qərarları › İş №2(010)-2320/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2320/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2320/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22.07.*963-cü il təvəllüdlü X3 *4.*0.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Tələbin dəlilləri

2. O, Ərizəçi hal-hazırda ünvan 1 ünvanındakı evdə yaşayır. 22.07.*963-cü il təvəllüdlü mərhum X5 ilə o, 03.06.*985-ci il tarixli 74* N-li Akt qeydi ilə rəsmi nikahla ailə həyatı qurmuşdurlar. 22.07.*963-cü il təvəllüdlü mərhum həyat yoldaşı X5 ciyərindəki xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu. Mərhum həyat yoldaşı X5 *4.*0.2022-ci il tarixində yaşadıqları Bakı şəhərində vəfat etmişdir. Həmin dəqiqə növbətçi həkimi çağırmış və həkim gələnəcən mərhum həyat yoldaşı X5 artıq keçinmişdi. Növbətçi həkim bunun əsasında onun ölməsi barədə arayış vermişdir. Mərhum həyat yoldaşı 2* Nömrəli Poliklinikada qeydiyyatda olduğu üçün həmin ölüm haqqında təcili yardım arayışını həmin poliklinikaya təqdim etmiş, oradan həkim arayışı verilməsini xahiş etmişdir. Lakin mərhum həmin poliklinikaya xəstəliklə müraciət etmədiyi üçün ona həkim şəhadətnaməsi verilməmişdir. Bundan sonra həmin ölüm haqqında təcili yardım arayışını Bakı şəhər Maraqlı şəxsndə ölüm haqqında şəhadətnamə verilməsi üçün təqdim etmiş, lakin ölüm kağızı verməmiş və imtina etmiş və ona məhkəməyə müraciət etməli olduğunu bildirmişdirlər. Mərhum həyat yoldaşı X5 Bakı şəh, Sabunçu ray, *-ci Zabrat qəs, Neftçilər küç, mən 9 ünvanındakı evdə vəfat etmişdir. Mərhum həyat yoldaşı X5 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəbirstanlığında dəfn edilmişdir.

Tərəflərin izahatları

3. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İş materialları

5. AZ-İ 90*090 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 03.07.*985-ci il tarixdə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ərə Vəliyev, arvada Vəliyeva soyadı verilmişdir.

6. Təcili və X2 Stansiyasının *2 saylı bölməsinin *4.*0.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Sabunçu ray, *-ci Zabrat qəs, Neftçilər küçəsi, m 9 ünvanında kişi cinsli meyid aşkar edilmişdir.

7. 27.*2.2022-ci il tarixli Arayışdan görünür ki, *5.*0.2022-ci ildə vəfat etmiş X* qəbristanlığında dəfn edilmişdir.

8. 2* nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış **.03.2023-cü il tarixli, 50 nömrəli məktubundan görünür ki, 7 il əvvəl Ramana qəsəbəsi, M.Qafarov ünvanında qeydiyyatsız yaşamış 22.07.*963-cü il təvəllüdlü X5 *5.*0.2022-ci ildə Sabunçu ray, *-ci Zabrat qəs, Neftçilər küçəsi ünvanında vəfat etmişdir. Mərhum qeydiyyatsız yaşadığı müddətdə 2* nömrəli Birləşmiş Şəhər Xəstəxanasına heç bir xəstəliklə müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə (Forma *06) vermək mümkün olmamışdır.

9. Maraqlı şəxs 28.*2.2022-ci il tarixli 06/*5-2442 №-li məktubundan görünür ki, X5 barəsində ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır. *0. Məhkəmə iclasında şahid qismində dindirilən Vəliyeva Nuranə bildirdi ki, ərizəçinin gəlinidir və qaynatası X5 həmin ünvanda vəfat etmişdir. **. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, ərizəçinin oğludur. Atasının ciyərində xəstəlik var idi. Zabrat qəsəbəsində yerləşən ünvanda vəfat etmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilən İsayeva Nazənin bildirdi ki, ərizəçinin gəlinidir və qaynatası *4 oktyabrda həmin ünvanda vəfat etmişdir.

İşin faktiki halları

*3. İş materialları ilə müəyyən edilir ki, X5 *4.*0.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır.

Tətbiq edilən hüquq

*4. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. *5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

Məhkəmənin mövqeyi

*7. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *8. Məhkəmə hesab edir ki, X3 *4.*0.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun bacısının ölüm faktı müəyyən olunmalıdır.

Məhkəmə xərcləri

*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

2*. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 22.07.*963-cü il təvəllüdlü X3 *4.*0.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi:

Ərizə təmin edilsin. 22.07.*963-cü il təvəllüdlü X3 *4.*0.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə BakıApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar