Məhkəmə qərarları › İş №2(010)-2349/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2349/2025

22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2349/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi (4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X3 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X2 24.0*.*956-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Çivinli kəndində anadan olmuşdur. X2 xəstə olduğu üçün xx.xx.2025-ci il tarixdə vəziyyəti ağırlaşmış və bu səbəbdən X*0 aparılmışdır. Lakin atası xəstəxananın qəbul şöbəsinə daxil olan zaman vəfat etmişdir. X** həkimləri tərəfindən bu barədə akt tərtib edilmişdir. Vərəsəlik məsələlərinin həll edilməsi və müavinətin alınması üçün ölüm şəhadətnaməsi tələb edilir. Ölüm haqqında şəhadətnamənin alınması üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün *2.03.2025-ci il tarixli, 3-*6-5/8-*5-286/2025 saylı məktubla ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. X2 vəfat etdikdən sonra Əmircan qəbiristanlığında dəfn edilmişdir. X2 vəfat edərkən yanında əmisi X9, qardaşı X6, gəlinləri X4 olmuşdur və onlar da şahid qismində bu faktı təsdiq edə bilərlər.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Əmircan qəsəbə soveti tərəfindən 0*.02.*990-cı il tarixdə verilmiş Xİİİ- JQ seriyalı, 499999 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (X2, anası X7) xx.xx.*990-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 0*.02.*990-cı il tarixdə 35 nömrə ilə qeyd edilmişdir.

6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*9 X*6 X*9 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş aktın surətindən görünür ki, 24.0*.*965-ci il təvəllüdlü X3 həkimə qədər ölüm faktı müəyyən edilmişdir.

7. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *2.03.2025-ci il tarixli cavab məktubundan görünür ki, ərizəçinin mərhum X2nun ölümünü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınmasının mümkün olmadığı qeyd edilmiş və ölüm faktının müəyyən edilməs üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

8. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X*9 “Bakı Baş Səhiyyə Mərkəzi” X*9 42 nömrəli Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış *5.03.2025-ci il tarixli cavab məktubundan görünür ki, ərizəçinin mərhum X2 42 nömrəli Şəhər Poliklinikasına hər hansı bir xəstəliklə bağlı son iki il ərzində müraciət etməmiş və bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir.

9. İki ədəd fotoşəkildən görünür ki, qəbiristanlıqda yerləşən məzarların birinin üzərində kiril əlifbası ilə “Şahəli Əzim oğlu *965-2025” sözləri yazılmış qara lövhə var. *0. Bakı şəhəri Suraxanı rayon Əmircan Bələdiyyəsi tərəfindən *3.03.2025-ci il tarixdə verilmiş 0*/N-66 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Ərizəçi mərhum X2 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Əmircan qəsəbə qəbiristanlığında dəfn edilmişdir.

Şahid ifadələri.

**. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı oğlu, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə onun qardaşıdır. Qardaşı uzun müddət xəstəlikdən əziyyət çəkmişdir. Mart ayının 06-sı vəziyyəti pisləşdiyi üçün qardaşını xəstəxanaya aparmışlar. Qardaşı elə həmin xəstəxanada da vəfat etmişdir. *2. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi onun qaynı, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə onun qayınatasıdır. Qayınatası cari ilin mart ayının 06-da vəfat etmişdir. O, böyrək xəstəliyindən əziyyət çəkmiş, böyrəyinin biri olmamışdır. Mart ayının 06-sı halı pisləşmiş, bu səbəbdən xəstəxanaya aparmışlar. Lakin maşından düşən zaman oğlunun və qardaşının qolunda can vermişdir.

İşin faktiki halları.

*3. Ərizəçi mərhum atası 24.0*.*965-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin atasının ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.

Tətbiq edilən hüquq.

*4. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *93. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə *94. Ölüm haqqında məlumat vermə. *94.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

*5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*6. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

*7. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum atası 24.0*.*965-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 24.0*.*965-ci il təvəllüdlü X3 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi atasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi atasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. *9. Məhkəmə iclasında şahid qismində ifadə vermiş mərhumun qardaşı və gəlini ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün X*6 PHŞ tərəfindən verilmiş həkimə qədər ölüm halını təsdiq edən şəhadətnamə, mərhumun dəfn edildiyi qəbiristanlığa dair müvafiq arayışla təsdiq edilmişdir.

20. Göründüyü kimi ərizəçinin atası 24.0*.*965-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24.0*.*965-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. 24.0*.*965-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar