Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2381/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 38, mənzil 89 üzərində 2/3 hissədə iddiaçının və 1/3 hissədə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil İddiaçı cavabdehlə aralarında barışı sazişi bağlandığını və öz iddiasından imtina etdiyini bildirmiş, barışıq sazişinin təsdiq edilməsini və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, xx.xx.2023-cü il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi barədə iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.X9ni imzalamaqla tərəflər etiraf edir ki, İkinci tərəf İddiaçı bundan sonra Birinci tərəf Cavabdeh hər hansı əmlak tələb etməyəcək və hər ay sabit 900 manat aliment ödənildiyi halda alimentin əmək haqqına yönləndirilməsinə iddia etməyəcək.
2. Birinci tərəf Cavabdeh birgə nikah dövründə əldə edilmiş etdikləri ünvan 1 ünvanında yerləşən və hazırda "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş mənzilin öhdəliklərinin İkinci tərəf İddiaçı adına keçirilməsini öhdəsinə götürür.
3. Birinci tərəf Cavabdeh birgə nikah dövründə əldə edilmiş etdikləri ünvan 1 ünvanında yerləşən və hazırda "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş mənzilə cəmi 35509.91 manat (26400 manat ilkin ödənişin və 3 aprel 2023-cü il tarixədək ödənilmiş olan 9109.91 manat ipoteka aylıq ödənişləri) çəkilən xərcin 50%-dən (17754.95 manatdan) övladlarının mənafeyini nəzərə alaraq İkinci tərəf İddiaçı xeyrinə imtina edir.
4. İkinci tərəf İddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsində olan 2(010)-2885/2023 saylı mülki işin iddia ərizəsi üzrə məhkəmənin xx.xx.2023-cü il tarixinə təyin edilmiş baxış iclasında iddia ərizəsinə xitam verilməsi barədə ərizə təqdim etməlidir.
5. Birinci tərəf Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün İkinci tərəf İddiaçı hər ay sabit pul şəklində 900 manat aliment ödənilməsini öhdəsinə götürür. 6.Tərəflər razılaşır ki, Birinci tərəf Cavabdeh övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olması üçün hər hansı maneələr yaradılmayacaq və razılıq əsasında uşaqlarla ünsiyyət sərbəst həyata keçiriləcəkdir. 7.X9 tərəflər imzaladıqdan sonra qüvvəyə minir. 8.X9 2 eyni hüquqlu nüsxədə Azərbaycan dilində tərtib olunub imzalanır. 9.Bu sazişə əlavə və dəyişikliklər və ya xitamı yalnızca tərəflərin birgə razılığı əsasında yazılı saziş bağlamaqla mümkündür. İş materiallarında olan Bank BTB ASC tərəfindən 08 avqust 2023-cü il tarixində Cavabdeh verilmiş İH-2023/3215 saylı arayışına əsasən, müraciət olduğu zaman kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərin ötürülməsi qaydasını nəzərə alaraq, İddiaçı ötürülməsinə etiraz edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni həll etdiklərindən, işin məhkəmədə mahiyyəti üzrə baxılmasına zərurət və lüzum yoxdur. Bundan başqa, tərəflərin barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və onların barışıq sazişi hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Sonuncu ipoteka saxlayan bank tərəfindən təqdim edilmiş arayışla təsdiq edilir. Mövcud iddia tələbi, yalnız iş üzrə tərəflər olan, prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi barədə iddia ərizəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 1.X9ni imzalamaqla tərəflər etiraf edir ki, İkinci tərəf İddiaçı bundan sonra Birinci tərəf Cavabdeh hər hansı əmlak tələb etməyəcək və hər ay sabit 900 manat aliment ödənildiyi halda alimentin əmək haqqına yönləndirilməsinə iddia etməyəcək. 2.Birinci tərəf Cavabdeh birgə nikah dövründə əldə edilmiş etdikləri ünvan 1 ünvanında yerləşən və hazırda "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş mənzilin öhdəliklərinin İkinci tərəf İddiaçı adına keçirilməsini öhdəsinə götürür. 3.Birinci tərəf Cavabdeh birgə nikah dövründə əldə edilmiş etdikləri ünvan 1 ünvanında yerləşən və hazırda "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş mənzilə cəmi 35509.91 manat ( 26400 manat ilkin ödənişin və 3 aprel 2023-cü il tarixədək ödənilmiş olan 9109.91 manat ipoteka aylıq ödənişləri) çəkilən xərcin 50%-dən (17754.95 manatdan) övladlarının mənafeyini nəzərə alaraq İkinci tərəf İddiaçı xeyrinə imtina edir. 4.İkinci tərəf İddiaçı Bakı şəhəri Suraxanı rayon Məhkəməsində olan 2(010)- 2885/2023 saylı mülki işin iddia ərizəsi üzrə məhkəmənin xx.xx.2023-cü il tarixinə təyin edilmiş baxış iclasında iddia ərizəsinə xitam verilməsi barədə ərizə təqdim etməlidir. 5.Birinci tərəf Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün İkinci tərəf İddiaçı hər ay sabit pul şəklində 900 manat aliment ödənilməsini öhdəsinə götürür. 6.Tərəflər razılaşır ki, Birinci tərəf Cavabdeh övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olması üçün hər hansı maneələr yaradılmayacaq və razılıq əsasında uşaqlarla ünsiyyət sərbəst həyata keçiriləcəkdir. 7.X9 tərəflər imzaladıqdan sonra qüvvəyə minir. 8.X9 2 eyni hüquqlu nüsxədə Azərbaycan dilində tərtib olunub imzalanır. 9.Bu sazişə əlavə və dəyişikliklər və ya xitamı yalnızca tərəflərin birgə razılığı əsasında yazılı saziş bağlamaqla mümkündür. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər.
Hakim: Firuzə Mirzəyeva