Məhkəmə qərarları › İş №2(010)-2384/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2384/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2384/2023 10.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X** qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları: *. Ərizə onunla əsaslandırılmışdır ki, X*3 qızı 20.02.*95*-ci il tarixdə doğulmuşdur və həmişə onunla birlikdə yaşamışdır, lakin son illər ahıl yaşda olduğu üçün Abşeron rayonu, Digəh qəsəbəsində yaşayan bacısının yanında qalmaq istəmiş, son illərini orda yaşamışdır, orda olan zaman *2.04.2023-cü ildə vəziyyəti pişləşmiş, təcili tibbi yardıma zəng edilmiş, təcili tibbi yardım gələnə qədər X*3 qızı artıq 72 yaşında beyin qan dövranının kəskin pozulması, insult səbəbindən vəfat etmişdir. X4 *2.04.2023-cü ildə vəfat etməsini aşağıdakı sübutlar təsdiq edir: *) Sumqayıt şəhər Təcili və X3 Stansiyasının * nömrəli yardımçı məntəqəsinin arayışı, 2) qəbrin fotoşəkili (həmin fotoşəkildən görünür ki, X*3 qızı *999-cu ildə vəfat etmiş qardaşı X5 yanında dəfn olunmuşdur), 3) dəfndə iştirak etmiş şahidlər: şahidlərin adları: *.X7, 2.X8. O, bacısının yaşayış yerinə əsasən qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə - “X*0”nə müraciət etmiş və bacısının ölüm haqında tibbi şəhadətnaməsinin verilməsini xahiş etmişdir, lakin müraciətinə cavab verilmişdir ki, Sədayə Murad qızı mərkəzdə psixiatrik kabinetdə dispanser qeydiyyatında deyil, bununla bağlı ona ölüm haqqında tibbi şəhadətnamənin verilməsi təmin olunmamışdır. Habelə Suraxanı rayon Qeydiyyat Şöbəsi də ölüm haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Hazırda sənədləşdirmə işləri, ölüm haqqında şəhadətnamənin alınması, onun mənzildə qeydiyyatdan çıxarılması və digər sənədləşdirmə işlərinin görülməsi üçün *2.04.2023-cü il tarixdə vəfat etmiş X4 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. X4 ölüm haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin tələbi.

2. Bacısı 20.02.*95*-ci il təvəllüdlü Sədayə Murad qızının *2.04.2023-cü tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, izahatında qeyd etdi ki, bacısı Sədayə anadan gəlmə şikəst olmuş, ona bacıqardaşları qulluq etmiş, bir ay bacısının, bir ay qardaşının evində qalmışdır. Balaca bacısı Almas uşaqları evləndiyinə görə tək yaşamış, buna görə də bacısı Sədayə son illər bacısı Almasın yanında yaşamışdır. Sədayə vəfat etdikdən sonra ölüm haqqında şəhadətnamə almaq üçün tibb müəssisəsinə müraciət etmiş, tibb müəssisəsi tərəfindən bacısı Sədayənin həmin məssisədə qeydiyyatı olmadığı üçün imtina cavabı verilmişdir. Belə ki, Sədayə heç vaxt xəstə olmamışdır, nadir hallarda dərman istifadə edirdi, sadəcə şikəst olmuşdur Qeydiyyat şöbəsi də ona imtina cavabı vermişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi.

4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi məhkəməyə məktubla müraciət edərək, işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, mərhum Sədayə Murad qızı onun bacısı olmuşdur, Sədayəyə o baxmış, daim ona qulluq etmişdir. Sədayə *2.04.2023-cü il tarixdə ölmüşdür.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, mərhum Sədayə Murad qızı onun bibisi olmuşdur. Ona digər bibisi Malikova Almas baxmışdır. Bibisi Sədayə, *2.04.2023-cü il tarixdə ölmüşdür. Kürdəxanı qəbiristanlığında əmisinin qəbrinin yanında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etməmiş, yas mərasimlərində iştirak etmişdir.

7. AZE seriyalı 032978*7 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, XXX Sədayə Murad qızı 20.02.*95*-ci il tarixdə doğulmuşdur.

8. AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*954-cü il tarixdə doğulmuşdur.

9. AЗ seriyalı 225723 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sədayə Murad qızı 20.02.*95*-ci il tarixdə doğulmuşdur. X2, anası Meyxanım Xamtay qızıdır. *0. AЗ seriyalı *942035 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.*954-cü il tarixdə doğulmuşdur. X2, anası Meyxanım Xamtay qızıdır. **. “Sumqayıt şəhəri Təcili və X3 Stansiyası”nın * №-li yardım məntəqəsi tərəfindən verilən arayışdan görünür ki, Abşeron, Digah qəsəbəsi, Koroğlu küçəsi, ev *4 ünvanda yaşayan 20.02.*95*-ci il təvəllüdlü XXX Sədayə Murad qızı *2.04.2023-cü il tarixdə beyin qan dövranının kəskin pozulması, insult xəstəliyindən vəfat etmişdir. TTYS-nın çağırışçı həkimi tərəfindən müayinə edilmiş və meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. *2. Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən Ərizəçi verilən 0*.05.2023-cü il tarixli, *66 nömrəli arayışdan görünür ki, X*3 qızı *2.04.2023-cü il tarixdə Sabunçu rayonu Kürdəxanı qəbristanlığında dəfn olunmuşdur. *3. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *8.04.2023-cü il tarixli Ərizəçi ünvanlanan məktubdan görünür ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, Sədayə Murad qızı barədə “Vətəndaşlıq vəziyyəti aktları” X* Sisteminə *8.04.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edildiyi, ölüm faktını təsdiq edən sənədin ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyatı tarixinin yazılmalı olduğu, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi bildirilmişdir. Ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölüm barədə akt qeydini tərtib etmək qeyri mümkündür. *4. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X*0”nin *9.04.2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatda olan XXX Sədayə Murad qızı mərkəz tərəfindən psixiatrik kabinetində dispanser qeydiyyatında olmadığına görə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. *5. İş materiallarına əlavə edilmiş bir ədəd fotoşəkildən görünür ki, *999-cu il tarixdə vəfat etmiş X5 qəbrinin yanında başqa bir şəxs dəfn olunmuşdur.

Tətbiq edilən hüquq.

*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307.2 və 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

*7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi.

*8. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. *9. Belə ki, iş materiallarında olan Sumqayıt şəhəri Təcili və X3 Stansiyası”nın * №-li yardım məntəqəsi tərəfindən verilən arayışdan görünür ki, Abşeron, Digah qəsəbəsi, Koroğlu küçəsi, ev *4 ünanda yaşayan 20.02.*95*-ci il təvəllüdlü XXX Sədayə Murad qızı *2.04.2023-cü il tarixdə beyin qan dövranının kəskin pozulması, İnsult xəstəliyindən vəfat etmişdir. Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən Ərizəçi verilən 0*.05.2023-cü il tarixli arayışdan görünür ki, X*3 qızı *2.04.2023-cü il tarixdə Sabunçu rayonu Kürdəxanı qəbristanlığında dəfn olunmuşdur.

20. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. 2*. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 20.02.*95*-ci il təvəllüdlü XXX Sədayə Murad qızının *2.04.2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır

Məhkəmə xərcləri.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 20.02.*95*-ci il tarixdə Bakı şəhərində anadan olmuş XXX Sədayə Murad qızının *2.04.2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

Ərizə təmin edilsin. 20.02.*95*-ci il tarixdə Bakı şəhərində anadan olmuş XXX Sədayə Murad qızının *2.04.2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mərhum XXX Sədayə Murad qızının ölümünün qeydə alınması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar